Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Promina
Promina (xorv. Promina) — Xorvatiyanın cənubundakı icma, Şibensko-Knin əyalətinin bir hissəsidir. İcmanın inzibati mərkəzi Oklay şəhəridir. Zaqora rayonunda yerləşir. == Əhalisi == Promina icmasının (bələdiyyəsi) tərkibinə kəndlər də daxildir. 2011-ci ilin siyahıalınmasına görə, oranın əhalisi bu qədərdir:1991-ci il əhalinin siyahıya alınmasına görə Promin icmasında 2574 sakin yaşaıyrdı ki, onların 85%-ı xorvatlar, 14%-ı serblər idi. == Görkəmli şəxsləri == İvan Aralika (d. 1930) — Xorvatiya yazıçısı və dramaturqu.
Müqəddəs Pavel promenadı
Müqəddəs Pavel promenadı (ing. Paul's walk) — Tüdor və Stüart dövründə Londonun Müqəddəs Pavel kafedralının əsas nefinə verilən addır. Həmin dövrdə kafedral şəhərin əsas qiybət yeri olmuş, Müqəddəs Pavel promenadı isə insanlar tərəfindən gəzmək və söhbət etmək üçün istifadə edilmişdir. İlk qəzetlərin kəşf edilməsindən əvvəl, "xəbər-alverçiləri" (ing. News-mongers) burada toplaşaraq son xəbərləri müzakirə edirdilər. Kafedral nefi olan "Müqəddəs Pavel promenadı"nın bazar və dünyəvi görüşlər yeri kimi istifadə edilməsi haqqında ilk məlumat yepiskop Robert Breybruka (1381–1404) aiddir. Yepiskop buraxdığı invektivdə kafedralı bazar kimi alış-veriş üçün istifadə edənləri kilsədən uzaqlaşdırmaqla hədələyirdi. Bəziləri isə kafedral ərazisini top oyunu üçün istifadə edərək gözəl və bahalı vitrajları sındırırdılar. 1554-cü ildə London lord-meri tərəfindən verilmiş əmrdə kilsənin uyğun olmayan məqsədlər, at və məhsul alış-verişi üçün istifadə edilməsinin "Hər şeyə qadir Rəbb və bütün yaxşı insanları təhqir etdiyi" qeyd edilir. XV əsrə kimi, kafedral həm də şəhər şayiələrinin mərkəzinə çevrilir və Londonun ən məşhur qeybətçiləri burda toplanır.