Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Proxladnı
Proxladnı (Krım rayonu)
Proxladnı (Kabarda-Balkariya)
Proxladnı (kab.-çərk. Майскэ) — Rusiya Federasiyası, Kabarda-Balkariyanın ərazisində yerləşən şəhər. Mayski şəhər dairəsinin və Proxladnenski rayonunun inzibati mərkəzidir. Əhali baxımından Kabarda-Balkariyanın ikinci (Nalçikdən sonra) şəhəridir. Əhəmiyyətli bir sənaye mərkəzi, kənd təsərrüfatı bölgəsinin mərkəzidir. Avtomobil və dəmir yollarının qovşağında yerləşir. == Coğrafiya == Şəhər respublikanın şimal-şərq hissəsində, Malka çayının sol sahilində (çayın sağ sahilində yerləşən Serunovka mikrorayonu istisna olmaqla) yerləşir. Nalçikdən 50 km şimal-şərqdədir. Qərbdən şərqə doğru şəhərin uzunluğu 11 km, cənubdan şimala isə 4 km-dir. Şəhərin ərazisi 35.08 km²-dir.