Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Reçnoy adası
Reçnoy adası — Yapon dənizində, Amur körfəzi ərazisində, Vladivostokdan 19 km cənub-qərbdə, Tavriçankadan 6 km cənub-qərbdə yerləşən kiçik ada. İnzibati baxımdan Rusiya Ferederasiyası Primorsk diyarı Volno-Nadejdin rayonu ərazisinə daxildir. Öz adını ondan 5 km aralıda körfəzə tökülən Razdolnaya çayından almışdır. Yerli əhali bəzən adanı «Reçnaya Korvijka» olaraq adlandırırlar. Bu isə cənub-şərqdə yerləşən Skrebsov adasına verilən Kovrijka adı ilə bağlıdır. == Relyef == Ada cənub-qərbdən şimal-şərqə doğru 200 metr məsafədə uzanır. Adanın maksimal eni 75 metrdir. Adanın sahəsi 1,18 ha-dır. Üzəri tamamən düzəndir. Şimalı istisna olmaq şərti ilə sahilləri sıldırımlıdır.