Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Balıqqulağı rezonansı
Uşaqlıqda elə düşünərdik ki, balıqqulağı suvenirini qulağımıza yaxınlaşdırdığımız zaman yaranan səs — "okeanın və ya dənizin səsi"dir, əslində, elə deyil. Balıqqulağı boşluğunda rezonans hasil edilən səda — ətraf mühitdə olan səs-küylərdi. Fincanı və ya ovcunuzu qulağınıza yaxınlaşdırmaqla oxşar effekti suvenirsiz də yaratmaq mümkündür. Bundan savayı, həmin səs insan bədənində damarlardan axan qanın və ya qulağımızın içində nəql olan havanın səsidir.
Nüvə maqnit rezonansı
Nüvə maqnit rezonansı (NMR) — maqnit momentlərinin istiqamətinin dəyişdirilməsi səbəbindən ν tezliyində (NMR tezliyi adlanır) xarici maqnit sahəsində sıfırdan fərqli spinə malik nüvələri olan bir maddə tərəfindən elektromaqnit enerjisinin rezonanslı udulması və ya emissiyası. Nüvə maqnit rezonansı fenomeni 1938-ci ildə İsidor Rabi tərəfindən kəşf edilmiş və buna görə o, 1944-cü ildə Nobel mükafatına layiq görülmüşdür. 1946-cı ildə isə, Feliks Blox və Edvard Mills Parsell maye və bərk cisimlərdə nüvə maqnit rezonansı əldə etdilər və 1952-ci ildə Nobel mükafatına layiq görüldülər . Bir molekulda müxtəlif mühitlərdə eyni atom nüvələri fərqli NMR siqnalları göstərir. Belə bir NMR siqnalı ilə standart bir maddənin siqnalı arasındakı fərq, tədqiq olunan maddənin kimyəvi quruluşu ilə müəyyən edilən sözdə kimyəvi sürüşməni təyin etməyə imkan verir. NMR üsulları maddələrin kimyəvi quruluşunu, molekulyar uyğunlaşmaları, qarşılıqlı təsir effektlərini və molekuldaxili çevrilmələri təyin etmək üçün bir çox imkanlara malikdir.