Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rəzəvül
Rəzəvül — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 208 nəfərdir. == Toponimiyası == Rəzəvül oykonimi talış dilində "üzümlük", "tənəklik" mənasını bildirir.
Rekul-Prevenkyer
Rekul-Prevenkyer (fr. Recoules-Prévinquières, oks. Recolas-Previnquièiras) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12196. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 1195 nəfərdən (15-64 yaş) 870 nəfəri iqtisadi cəhətdən fəal, 325 nəfər hərəkətsiz (fəaliyyət göstərici 72.8%, 1999-cu ildə 70.6%) idi.
Müqəddəs Məryəm kilsəsi (Ərəkül)
Müqəddəs Məryəm kilsəsi — Xocavənd rayonunun Ərəkül kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Vaxtilə Erməni Qriqoryan Kilsəsinin Qarabağ yeparxiyasına tabe olmuş kilsə 1902-1907-ci illərdə Bakının zəngin ermənilərindən olan Makiç Qriqoryanın sifarişi ilə inşa edilmişdir. == Tarixi == Kilsə, Ərəkül kəndindən olan, lakin Bakıda yaşayan zəngin ermənilərdən biri – Makiç Qriqoryanın sifarişi ilə tikilmişdir. 1902-1907-ci illərdə kilsənin inşası üçün 30.000 rubl xərclənmişdir. 1960-cı illərdə Horadiz stansiyasından təkrar emal üçün göndərilmiş metal tullantıları arasından bu kilsənin naxışlı zınqırovu aşkarlanaraq Xankəndi Tarix-Diyarşünaslıq Muzeyinə göndərilmişdir. == Memarlıq xüsusiyyətləri == Ərəkül kəndinin qədim mərkəzində inşa edilmiş Müqəddəs Məryəm kilsəsi, digər tikililər arasında effektiv şəkildə seçilir. Kilsənin layihəsi Tbilisidən dəvət edilmiş memar tərəfindən hazırlanmış, lakin, memarın adı sənədlərdə qeyd edilməmişdir. İnteryerlərin işlənməsi üçün isə Bakıdan beş ədəd yunan memar dəvət edilmişdir. Digər işlərin icrasında yerli sənətkarlardan istifadə olunmuşdur. 20,5x16 metr ölçülərə malik olan kilsə, planda günbəzli bazilika quruluşuna malikdir.