Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qalina Ritova
Qalina Ritova (d. 10 sentyabr 1975) — Rusiyanı və Qazaxıstanı təmsil edən su poloçusu. == Karyerası == Qalina Ritova, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu. Daha sonra Qalina Ritova, Qazaxıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində üç görüşün üçündə də məğlub olan Qazaxıstan yığması, Afina Olimpiadasını 8-ci pillədə başa vurdu.