Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rosomaxa
Şimal porsuğu (ing. Wolverine) və ya Rosomaxa , əsl adı Ceyms Houlet — Marvel Comics tərəfindən yaradılmış xəyali super qəhrəman. İlk dəfə 1974-cü ildə nəşr olunmuş "İnanılmaz Halk" komiksinin 180-ci buraxılışında peyda olmuşdur. Marvel dünyasının ən kiçik boylu personajlarından biri olub, boyu sadəcə 160 sm-dir. İks-adamlar komandasının sabiq üzvüdür. Bu komandaya ilk dəfə 1975-ci ildə "Böyük ölçülü İks-adamlar" komiksinin may buraxılışında qatılmışdır. Yeni Qisasçılar və Yeni Fantastik dördlük komandalarında da görünmüşdür. 20th Century Fox tərəfindən çəkilən 7 filmdə əsas personaj kimi yer almış, 2 filmdə isə qısa səhnədə görünmüşdür. Vyetnam müharibəsindən sonra ABŞ mədəniyyətinə uymayan bir personaj olmuşdur. Öz adında ilk komiksi 1988-ci ildə nəşr olunmağa başlamışdır.