Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Olqa Sanfirova
Olqa Sanfirova (2 may 1917, Samara – 13 dekabr 1944, Qrodno) — 46-cı qvardiya gecə bombardmançı aviasiya alayının (325-ci gecə bombardman aviasiya diviziyası, 4-cü Hava Ordusu, 2-ci Belarus cəbhəsi) eskadron komandiri, qvardiya kapitanı. Sovet İttifaqı Qəhrəmanı. == Bioqrafiyası == 2 may 1917-ci ildə Samara şəhərində bir fəhlə ailəsində anadan olmuşdur. Milliyyətcə tatardır. Moskva vilayətinin Kolomna şəhərində aeroklubun 9 sinifindən məzun olur. Özbəkistanın paytaxtı Daşkənd şəhərində yaşayıbiişləmişdir. 1941-ci ilin dekabrından Qırmızı Ordu sıralarına qoşulur. Bataysk Hərbi Aviasiya Təyyaraəçi Məktəbini bitirir. 1942-ci ilin mayından bəri orduda fəal əməliyyatlara cəlb olunur. 1942-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olur.
Tamara Şakirova
Tamara Şakirova (26 noyabr 1955, Daşkənd – 22 fevral 2012, Daşkənd) — Aktrisa. == Həyatı == Tamara Qəniyeva (Şakirova) 26 noyabr 1955-ci ildə Daşkənddə anadan olub. O, 14 yaşında məktəb şagirdi kimi filmlərdə çəkilməyə başlayıb, 1970-ci ildə rejissor Anatoli Kabulovun çəkdiyi "Kor yağış" (1970) filmində tələbə rolunu oynayıb. Bundan sonra o, bir neçə yaddaqalan qadın obrazları (“Xarəzm əfsanəsi”, “Simurq”, “Odlu yollar”) yaratmışdır. 1973-cü ildən "Özbəkfilm" kinostudiyasında aktrisa kimi işləmişdir. 1974-1976-cı illərdə A.Ostrovski adına Daşkənd Teatr və İncəsənət İnstitutunun (indiki Özbəkistan Dövlət İncəsənət İnstitutu) aktyorluq fakültəsini qiyabi bitirmişdir. Onun həyat yoldaşı məşhur sovet və özbək kinorejissoru Nəbi Qəniyevin nəvəsi Otabəy Hotamoviç Qəniyevdir (1985-ci il təvəllüdlü). Onların bu evliliyindən Reyhan (1978-ci il təvəllüdlü; sonralar estrada müğənnisi və aktrisası kimi Özbəkistanda məşhurlaşır) adlı qız və kiçik qızı Nəsibə (Şakirova) (1994-cü ildə Daşkənddə anadan olub, pediatr) dünyaya gəlmişdir. Tamara Şakirova 22 fevral 2012-ci ildə xərçəng xəstəliyindən vəfat edib. == Filmoqrafiya == Çətirimiz buludlardır (film, 1976) Yeddinci cümə (1980 Özbəkfilm) Alovlu yollar (1977-1984 Özbəkfilm) Üsyançı (1981 Özbəkfilm) Bəyin oğurlanması (film, 1985) Qırmızı qatar (film, 1993) == Mükafatlar == 1983-cü ildə "Leninqradlılar - mənim uşaqlarım" və "Üsyançı" filmlərində "Qadın obrazı roluna görə" Həmzə adına Özbəkistan SSR Dövlət Mükafatı laureatı.