Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Svetulka adası
Svetulka adası (bolq. остров Светулка, ‘Ostrov Svetulka’ \'os-trov sve-'tul-ka\) — Cənubi Şetland adalarının Robert adasının şimal-qərbində yerləşən, Onoqur adaları arxipelaqının ən şimalda yerləşən adasıdır. Ada qayalardan təşkil olunmuşdur. Adanın uzunluğu 150 m, eni 90 metrdir. Osenovlaq adasından 20 m məsafədə yerləşmişdir. Ada 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur. Ada Cənubi Bolqarıstanda yerləşən Svetulka şəhərinin adını daşıyır. == Yerləşməsi == Svetulka adası 62°20′49″ c. e. 59°40′45″ q.
Etelka Qerster
Etelka Qerster (27 iyun 1855, Kоşitsе, Macarıstan krallığı – 20 avqust 1920) — Macarıstan sopranosu. 1876-cı ildə İtaliyada və növbəti il isə Londonda çıxış etmişdi. == Həyatı == 1878-ci ildə Nyu-York şəhərinin Musiqi Akademiyasında çıxış edən Etelka həmin dövrdə aparıcı müğənnilərindən biri sayılırdı. Qızı dirijor Friç Rayner ilə ailə həyatı qurmuşdu. Qerster övladı doğulduqdan sonra öz səsini itirdi və bir daha heç vaxt oxumadı. 1896-cı ildən 1917-ci ilə qədər Berlində ifaçılıq dərsləri keçirdi. == İstinadlar == == Mənbə == Enciklopedia Slovenska. II. zväzok. Bratislava, 1978. VEDA Seeger, Horst: Opernlexikon.