Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vodno
Vodno—(mak. ) Makedoniya ərazisində, Skopye vadisində yerləşən dağ. Vodno ölkənin şimalında, paytaxt Skopyenin isə cənub-qərbində yerləşir. Vodnonun ən yüksək zirvəsi Krstovar pikidir(1066 m). Orta Vodnonun hündürlüyü 557 m, dağ ətəyinin hündürlüyü 337 metrdir. 2002-ci ildə Krstovar pikində "Millenium Xaçı" abidəsi ucaldılıb. Bu mövcud xaç heykəllərindən ən böyüklərindən biri hesab olunur. == Coğrafiyası == Bir çox mənbələrdə Vodnonun hündürlüyü 1066 m göstərilir. Əslində bu rəqəm Adriatik dənizi səviyyəsindən ölçmə sisteminə əsasən göstərilib. Baltik dənizi ölçmə sisteminə əsasən isə Vodnonun hündürlüyü 1135 metrdir.
Svuynoy adası
Svuynoy adası (far. Svínoy) və ya Svinyo (dan. Svinø) — Farer adalarına daxil olan ada. 2013-cü il məlumatına görə adada 31 nəfər yaşayır. Sahəsi 27.1 km²-dır. Ən yüksək nöqtəsi hündürlüyü 586 m-dir. Arxipelaqın şimal-şərqində yerləşir. Adada eyni adlı qəsəbə yerləşir. == Coğrafiyası == Sahilləri əsasən sıldırımlıdır. Ən hündür nöqtəsi Havnartindur dağıdır (586 m).