Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anita Görbits
Anita Görbits (mac. Anita Görbicz; 13 may 1983, Vesprem) ― "Dyör Audi ETO" klubunda çıxış edən Macarıstan həndbolçusu. Beynəlxalq Həndbol Federasiyası onu 2005-ci ilin ən yaxşı həndbolçusu seçdi. O, bütün dövrlərin ən yaxşı qadın həndbolçularından biri kimi tanınır. beynəlxalq səviyyədə "Həndbolun kraliçası" adlandırılmışdır. O, Dyör şəhərinin fəxri vətəndaşıdır. == Karyerası == === Klub === Anita Görbits 1993-cü ildə 10 yaşındaykən karyerasına Macarıstanın" Dyör Audi ETO" klubunda başlamışdır. O, klubun əsas üzvünə çevrildi və yoxluğu kluba nəzərəçarpacaq mənfi təsir göstərirdi. "ETO" ilə Görbits bir neçə dəfə Macarıstan çempionatı və kubokunu qazandı. Avropa səviyyəsində Kubok Qalibləri Kuboku və Avropa Həndbol Federasiyası (AHF) Kuboku turnirlərin final mərhələsinə yüksəldi.
Qoritsa qayası
Qoritsa qayası (bolq. скали Горица, ‘Skali Goritsa’ \ska-'li go-'ri-tsa\) — Zed adaları arxipelaq qrupuna daxil olan iki qayadan biridir. Qayalıq Antarktidanın Varna yarımadasının Cənubi Şetland adalarında, Livinqston adasının şimal sahillərində yerləşmişdir. Qayanın uzunluğu şimal-qərbi və cənub-şərqi istiqamətində 330 m, eni 700 m-dir. Qaya 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur. Qoritsa qayası Bolqarıstanın şimal-şərqi və cənub-şərqində yerləşən Qoritsa şəhərinin adını daşıyır. == Yerləşməsi == Qoritsa qayası 62°25′32″ c. e. 60°09′25″ q. u.