Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Siznək
Siznək - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonu ərazisində kənd. == Tarixi == Rayon mərkəzindən 4 km cənub-şərqdə, Oxçu çayının sol sahilində yerləşir. Toponim Azərbaycan dilində «duman, çən» mənasında işlənən sis sözünə -nək şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Sis sözü Siznək toponimində «siz» formasına düşmüşdür. s~z səs əvəzlənınəsi Azərbaycan dili üçün qanunauyğun haldır. Relyef əsasında yaranan düzəltmə quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 179 nəfər, 1904 - cü ildə 180 nəfər azərbaycanlı yaşamışdır. 1914-cü ildən azərbaycanlılar ermənilər tərəfindən deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinləri öz yurd-yuvasına dönə bilir. Burada 1922-ci ildə 76 nəfər, 1926-cı ildə 76 nəfər, 1931-ci ildə 121 nəfər, 1959 - cu ildə 409 nəfər, 1979 - cu ildə 432 nəfər azərbaycanlı yaşamışdır.
Şırnak
Şırnak — Türkiyənin Şırnak ilinin inzibati mərkəzi.
Nerkin Sıznek
Aşağı Yemişcan (əvvəlki adı: Nerkin Sıznek) — Azərbaycan Respublikasının Xocalı rayonunun Qızıloba kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == XIX əsrdə gəlmə ermənilər Sıznaq adlanan bu yerdə məskunlaşmış, kəndin adını da Nerkin Sıznək (Aşağı Siznək) kimi rəsmiləşdirmişdilər. 1992-ci ildə kəndə Aşağı Yemişcan adı verilmişdır. Toponimin ikinci komponenti "yemişan" sözünun tələffüz formasıdır. == Tarixi == Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Nerkin Sıznek kəndi Aşağı Yemişcan kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Aşağı Yemişcan kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətində olmuş, 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. == Coğrafiyası və iqlimi == Kənd dəğətəyi ərazidə yerləşir.
Verin Sıznek
Yuxarı Yemişcan — Azərbaycan Respublikasının Xocalı rayonunun Qızıloba kənd inzibati ərazi dairəsində kənd. Ermənilər tərəfindən Verin Sıznek adlandırılır. == Əhalisi == 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Yuxarı Yemişcan kəndinin əhalisinin faktiki sayı 29 nəfər, qeydiyyatdakı əhalinin sayı 28 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Yuxarı Yemişcan kəndi Azərbaycan ordusunun nəzarəti altına keçmişdir.
Şırnak ili
Şırnak ili — Türkiyədə il. == Əhali == Əhalisi — 353 000 nəfərdir, (2000). Əhalinin əksəriyyəti — kürdlərdir. İri şəhərlərі — Şırnak, Cizre, Silopi. == İnzibati bölgüsü == Şırnak 7 ilçəyə bölünür.