Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sovetlik
Kənd soveti — kənd yerlərində Sovet hökumətinin yerli orqanı.
Sovetski
Sovetski (rus. Советская) — Bakı şəhərinin Yasamal rayonunda yerləşən tarixi məhəllə. Nəriman Nərimanov prospekti (keçmiş Sovetski prospekti), Mirzə İbrahimov, Nizami və İbrahim Əbilov küçələrinin arasında yerləşən ərazini əhatə edirdi. Sovetskidə yaşı 100 ildən artıq olan tarixi binalar, muzeylər, məscidlər, hamamlar, Azərbaycanın tanınmış ziyalılarının yaşadıqları evlər yerləşirdi. Sovetskinin ərazisi "Bayır şəhər" adı altında da tanınırdı. 2014–2016-cı illərdə ərazidə aparılan söküntü işləri ilə əlaqədər Sovetskidə yerləşən xeyli sayda yaşayış evi sökülüb. Sökülən evlərin arasında vaxtı ilə dövlət tərəfindən qorunan tarixi-memarlıq abidələri də vardır. == Tarixi abidələr == Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahıya əsasən, "Sovetski" ərazisində yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi sayılan təxminən 200 ev, 9 hamam, 4 məscid, 1 kilsə, 10-dək təhsil və səhiyyə müəssisəsi, eləcə də inzibati bina mövcud idi. Bu ərazidə 3 obyekt isə ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi sayılır: Təzə Pir məscidi, Azərbaycan Memarlar İttifaqının binası və Hacı Sultan Əli məscidi. 2014-cü ilin martında Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Intiqam Hümbətov mətbuata açıqlamasında "Sovetski"də ümumilikdə 230-a yaxın tarixi və mədəniyyət abidəsinin yerləşdiyini bildirmişdi.
Soverni
Soverni (fr. Sauverny) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Jeks kantonuna daxildir. Kommunanın dairəsi — Jeks. INSEE kodu — 01397. == Coğrafiyası == Kommuna Paris şəhərinin 400 km cənub-şərqində, Lion şəhərindən 120 km şərqdə və Burk-an-Bres şəhərindən 70 km şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1078 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 740 nəfər (15-64 yaş) arasında 544 nəfər iqtisadi fəal, 196 hərəkətsiz (fəaliyyət göstərici 73.5%, 1999-cu ildə 71.0%) olmuşdur. Aktiv 544 sakindən 506 nəfər (272 kişi və 234 qadın) işləyir, 38 nəfər işsizdir (24 kişi və 14 qadın).
Sovetsk
Sovetsk (Kalininqrad vilayəti)
Sovetski (Rusiya)
Sovetski — Rusiya Federasiyasında yerləşən şəhər Xantı-Mansi muxtar dairəsinə daxildir.
Sovetski (dəqiqləşdirmə)
Sovetski
Svennik Hoyer
Svennik Hoyer (3 Avqust 1931 – 8 Yanvar 2017) — Norveçli siyasi alim. Hoyer 1931-ci ildə Berumda anadan olmuşdur. O, 1959-cu ildə Oslo Universitetinin siyasi elm fakultəsini, 1974-cü ildə isə fəlsəfə doktoru fakultəsini magistr səviyyəsində bitirmişdir. O, 1985-ci ildə Oslo Universitetində Tədqiqat İnstitutunun professoru təyin olunmuşdur. Onun elmi maraqlarına jurnalist peşəsi və jurnalistikanın inkişafı kimi aspektlər, mətbuatın struktur inkişafı, mətbuat və siyasət arasında qarşılıqlı əlaqə və texnologiya və cəmiyyət arasında qarşılıqlı əlaqələr daxildir.
Nikolay Şvernik
Nikolay Şvernik (19 may 1888, Sankt-Peterburq – 24 dekabr 1970, Moskva, SSRİ, RSFSR[d]; rus. Николай Шверник) — sovet partiyasının üzvü və dövlət xadimi. Stalin hakimiyyətinin son dövründə, 1946-1953-cü illərdə o ən yüksək dövlət vəzifəsini - SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsini tutub. Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin (1927-1938) və SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin üzvü (1935-1938), SSRİ Ali Sovetinin deputatı (1937-66). 1952-1953 və 1957-1966-cı illərdə Sov.İKP MK Rəyasət Heyətinin (Siyasi Büro) üzvü, 1939-1952 və 1953-1957-ci illərdə üzvlüyə namizəd olub. Sosialist Əməyi Qəhrəmanı (1958). == Həyatı == Nikolay Şvernik 1888-ci il mayın 7-də Sankt-Peterburqda anadan olub. O, böyük fəhlə ailəsində böyüyüb. Kilsə məktəbindən sonra isə peşə məktəbini bitirib. On dörd yaşlı yeniyetmə ikən 1902-ci ildə Duflon və Konstantinoviç elektromexaniki zavodunda tornaçı köməkçisi kimi işləməyə başladı.
Bakı Soveti
Bakı Soveti, Bakı Fəhlə və Hərbi Deputatları Soveti, Bakı Fəhlə və Əsgər Deputatları Soveti, Bakı Fəhlə, Əsgər və Matros Deputatları Soveti və ya Bakı Fəhlə, Əsgər və Dənizçi Deputatları Soveti — 1917-ci ilin martından 1918-ci il 31 iyula qədər Bakıda fəaliyyət göstərmiş hakimiyyət orqanı. == Tarixi == === Yaradılması === Rusiyada 1917-ci il Fevral inqilabından sonra Bakıda, həmçinin digər şəhərlərdə ikinci hakimiyyət orqanı kimi Fəhlə Deputatları Soveti və Hərbi Deputatları Soveti yaradılırdı. Bakı Rayonu Fəhlə Deputatları Soveti ilə Hərbi Deputatları Sovetinin birləşməsi nəticəsində yaradılan Bakı Soveti onların içərisində ən nüfuzlusu hesab edilirdi. O, 7 mart 1917-ci il tarixində təsis edilmişdir. Martın 8-də elan olunmuş müraciətdə bildirilirdi ki, Bakı fəhlələrinin 2/3-dən çoxu seçkilərdə iştirak etmişdir. Sovetin tərkibinə 52000 fəhlə və qulluqçu tərəfindən seçilən və əksəriyyəti ermənilərdən ibarət olan 9-u bolşevik, digərləri isə menşevik və eserlərdən ibarət 52 deputat daxil idi. Sovetinin İcraiyyə Komitəsi və komitəyə rəhbərlik üçün sədr, iki müavin və iki katibdən ibarət rəyasət heyəti seçilmişdi. Sovetin birinci iclasının sədri menşevik Qriqori Ayollo, katibi isə o zaman menşevik olan M.N.Mandelştam idi. Martın 8-də Stepan Şaumyan qiyabi olaraq sovetin sədri seçildi. Sovetin İcraiyyə komitəsinə isə bolşeviklərdən İ.Fioletov, İ.Ter-Qabrielyan, eserlərdən isə V.İ.Soçnev daxil idi.
Kənd Soveti
Kənd soveti — kənd yerlərində Sovet hökumətinin yerli orqanı.
Yelena Sotnik
Yelena Sotnik (ukr. Олена Сергіївна Сотник, 21 dekabr 1982, Kiyev) — ukraynalı vəkil, siyasətçi, «Samopomoş» partiyasından Ukrayna Radasının VIII çağırış deputatı. == Təhsili == 2005-ci ildə Ukraynanın Milli Daxili İşlər Akademiyasını bitirib, "Hüquqşunaslıq" ixtisası üzrə diplom alıb. Eyni ildə "Bələdiyyə İdarəşiliyi Akademiyasını" fərqlənmə diplomu ilə bitirir "Menecer-iqtisadçı" ixtisasına yiyələnir. 2011—2012-ci illərdə Ukrayna siyasi araşdırmalar məktəbində təhsil alır (Avropa İttifaqının Ukraynadakı layihəsi). 2012-ci ildə M. P. Draqomanov adına Milli Pedaqoji Universitetin «Psixologiya» fakultəsini bitirir. == Karyera == 1999—2001: "Faktlar və Şərhlər" qəzetinin sosial siyasət və təhsil bölməsinin müxbiri. 2004: «Svema» müəssəsinin Şostka şəhərindəki baş hüquq konsulu. 2005: "SD LTD" ASC-nin hüquq şöbəsinin müdiri. 2006: «Solodko və Həmkarları» hüquq bürosunun icraçı direktoru.
Bakı Sovetinin Xəbərləri
Bakı Ətrafı Fəhlə, Əsgər və Matros Şurasının Əxbarı — Bakı Sovetinin orqanı olmuş gündəlik bolşevik qəzeti. == Məlumat == Qəzet 1918-ci il aprelin 17-də Azərbaycan dilində Bakıda buraxılmışdır. 6 nömrəsinin (4-9) 2 səhifəsi Azərbaycan, 2 səhifəsi isə erməni dilində çıxmışdır. 50-ci nömrədən "Bakı ətrafı fəhlə, qırmızı əsgər, matros və kəndli şurasının əxbarı" adı ilə nəşr olunmuşdur. Qəzet Zaqafqaziya komissarlığının və Zaqafqaziya seyminin milli siyasətinə qarşı çıxış edir, azərbaycanlılara qarşı milli ayrı-seçkilik və düşmənçilik təbliğatı aparır, 1918-ci ilin Mart soyqırımına haqq qazandırır, soyqırımı hadisələrindən sonra ölkənin Qafqaz İslam Ordusunun birləşmiş Azərbaycn-türk hərbi qüvvələrindən "qətiyyətlə müdafiə olunması" nı təbliğ edirdi. Qəzetin sonuncu 86-cı nömrəsi iyulun 31-də buraxılmışdır. Bakıda daşnak-bolşevik hakimiyyətinin süqutundan sonra nəşri dayandırılmışdır.
Bakı Sovetinin binası
Bakı Şəhər İcra Hakimiyyətinin binası — Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində, İstiqlaliyyət küçəsi, 4 ünvanında yerləşən inzibati bina. Bina 1900–1904-cü illərdə memar İosif Qoslavskinin layihəsi əsasında barokko stilində inşa edilmişdir. Bina memar Qoslavskinin son əsəridir. 1904-cü ildə Qoslavskinin ölümündən sonra layihənin tamamlanması işinə əvvəlcə Kazimir Skureviç, daha sonra isə İosif Ploşko rəhbərlik etmişdir. Bakı şəhər Dumasının sifarişi ilə inşa edilmiş bina hazırda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən istifadə edilir. Həmçinin bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. == Tarix == === Bakı Şəhər Duması === 1864-cü ildə şəhər idarəsi qaydalarının hazırlanmasından sonra, 1866-cı ilin martına kimi həmin qaydalar təkmilləşdirildi. Bundan sonra qanun baxılması üçün Dövlət Dumasına təqdim edildi. 16 iyul 1870-ci ildə Şəhər Nizamnaməsi qəbul edildi. Yeni qanunun Azərbaycanda tətbiq edilməsi "yerli xüsusiyyətlər"in nəzərə alınması üçün yubadıldı.
Sovetski (Şimali Osetiya)
Sovetski (Oset. Sovetski) qəsəbə Şimali Osetiya Respublikasının Mozdok rayonunda yerləşir. "Pavlodolski kənd qəsəbəsi" bələdiyyənin bir hissəsidir. == Coğrafiya == QəsəbəTerek çayının sol sahilində, Mozdok rayonunun mərkəzi hissəsində yerləşir. Regional Mozdok şəhərindən 9 km cənub-qərbdə və Vladiqafqaz şəhərindən 101 km şimal-qərbdə yerləşir. Qəsəbələrin torpaqları ilə həmsərhəddir: qərbdə Pavlodolskaya, şimalda Lukovski və Lukovskaya. Çayın qarşı tərəfində Razdolnoye kəndi yerləşir. Kənd respublikanın çöl zonasında Kabardin düzənliyində yerləşir. Ərazi əsasən hündürlükdə cüzi dalğalanma ilə dalğalı düzdür. Terek çayının vadisi boyunca təpələr uzanır.
Sovetsk (Kalininqrad vilayəti)
Sovetsk (rus. Советск) — Rusiya Federasiyasında yerləşən şəhər. Kalininqrad vilayətinə daxildir.
Sovetsk (Kirov vilayəti)
Sovetsk — Rusiya Federasiyasında yerləşən şəhər Kirov vilayətinə daxildir
Azərbaycan Ali Soveti
Azərbaycan SSR Ali Soveti
Bakı Soveti (dəqiqləşdirmə)
Bakı Soveti — 1917-ci ilin martından - 1918-ci il 31 iyula qədər Bakıda fəaliyyət göstərmiş hakimiyyət orqanı. Bakı Şəhər Xalq Deputatları Soveti — 1920-ci ilin may ayından 1937-ci ilədək Bakı Şəhər Soveti, 1937-ci ildən 1977-ci ilədək Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti, 1977-ci ildən 1991-ci ilədək isə Bakı Şəhər Xalq Deputatları Soveti adı altında fəaliyyət göstərmiş yerli qanunverici orqan. == Digər == Bakı soveti metrostansiyası — İçərişəhər metrostansiyasının keçmiş adı. Bakı Soveti (film, 1928) — Bakı şəhər Sovetinin fəaliyyəti haqqında film.
Bakı soveti metrostansiyası
İçərişəhər metrostansiyası — Bakı metrosunun Qırmızı xəttinin sonuncu stansiyasıdır. Əvvəlki adı Bakı Soveti (2008-ci ilə qədər) olub. Memarı İrina Lixtenberqdir. Stansiyaya daxil olan qatarlarda Bakı gecələri musiqisindən fraqment səslənir. == Tarixi == "İçərişəhər" (keçmiş "Bakı Soveti") 6 noyabr 1967-ci ildə istismara verilmişdir. Bakı Metropoliteninin ilk stansiyalarından biridir. Stansiyanın yenidən qurulmasına 2008-ci ilin iyul ayında başlanılıb, işə 15 milyon manat vəsait sərf edilib. Layihə müəllifəri: Şəfiqə Zeynalova, Yusif Qədimov, Yuri Nikolayeviç Kozlov və Tələt Xanlarovdur. Stansiyanın giriş hissəsi piramida şəklindədir. Konstruksiyası metal və şəffaf şüşədən quraşdırılıb.
Bakı Şəhər Soveti
Bakı Şəhər Xalq Deputatları Soveti, 1937-ci ildən 1977-ci ilədək Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti, 1920-ci ildən 1937-ci ilədək Bakı Fəhlə, Əsgər və Matroslar Soveti və ya qısaca Bakı Şəhər Soveti, Baksovet — Azərbaycan Sovet Sosialist Respublikasında Bakı şəhərinin yerli özünüidarə orqanı. == Tarixi == Aprel işğalından sonra Bakı Şəhər İctimai Özünüidarəsinin də fəaliyyətinə son qoyuldu. Hakimiyyəti ələ alan Azərbaycan Kommunist Partiyası Bakı şəhərində Bakı Müvəqqəti İnqilab Komitəsini təsis etdi. Bu komitəyə rəhbərlik Əliheydər Qarayevə tapşırıldı. 1 ay sonra, 28–29 may tarixlərində Bakı Müvəqqəti İnqilav Komitəsinin xələfi və Bakı şəhərinin yeni yerli qanunverici orqanı Bakı Fəhlə, Əsgər və Matroslar Sovetinə, qısaca Bakı Sovetinə seçkilər keçirildi. I çağırış Bakı Sovetinin ilk sessiyası 13 iyun 1920-ci ildə keçirilmişdir. Həmin iclasda Bakı Sovetinin İcraiyyə Komitəsinə üzvlər və sədr seçilmişdir. İclasda Əliheydər Qarayev Bakı Sovetinin İcraiyyə Komitəsinin sədri seçilmişdir. İcraiyyə Komitəsinin sədri seçildikdən sonra Əliheydər Qarayev Aşqabadda dəfn olunmuş 26 Bakı komissarının nəşlərinin Bakıya gətirilməsini təklif etmiş, təklif iştirakçılar tərəfindən dəstəklənmişdir. O, Bakı Soveti İcraiyyə Komitəsinin sədri kimi oktyabrın 31-də Azərbaycan Müvəqqəti İnqilab Komitəsi tərəfindən hazırlanmış 1908-ci ildə fəaliyyətə başlamış "Kurinskaya Voda" müəssisəsinin milliləşdirilməsi və müəssisənin idarə olunmasının Bakı Sovetinin su təchizatı idarəsinə verilməsi haqqında dekreyini imzalayanlardan biri idi.
SSRİ Ali Soveti
SSRİ Ali Soveti (rus. Верхо́вный Сове́т СССР) — 1936–1989-cu illərdə SSRİ-nin konstitusiya ilə birbaşa, bərabər və gizli seçilən ali hakimiyyət orqanı. 1989–1991-ci illərdə SSRİ xalq deputatları qurultayı vasitəsi ilə seçilən daimi fəaliyyət göstərən parlamenti. == Strukturu == İki bərabərhüquqlu palatadan — İttifaq Sovetindən və Millətlər Sovetindən ibarət idi. 1936-cı il SSRİ Konstitusiyasına görə səlahiyyət müddəti 4 il, 1977-ci il SSRİ Konstitusiyasına görə isə 5 il idi. == İnzibati ərazilərin Ali Sovetdə təmsilçiliyi == 1977-ci il SSRİ Konstitusiyasına görə müttəfiq respublikalar əhali sayından asılı oımayaraq hər biri 750 yerlik Millətlər Sovetində 32 yerə malik idilər. Muxtar respublikalar, muxtar vilayətlər və muxtar dairələr müvafiq olaraq 11, 5 və 1 yerə malik idilər. İttifaq Sovetində isə 750 yerlik palataya əhali sayına görə deputat seçilirdi.
SSRİ Nazirlər Soveti
SSRİ Nazirlər Soveti — 1946—1990-cı illərdə SSRİ-nin ali dövlət icra orqanı, hökuməti.
SSRİ Ali Sovetinin Xəbərləri
SSRİ Ali Sovetinin Məlumatı — SSRİ Ali Sovetinin həftəlik rəsmi nəşridir. Dövri nəşr SSRİ Ali Soveti Rəyasət Heyətinin 1938-ci il 24 yanvar tarixli "SSRİ Ali Sovetinin orqanı olan SSRİ Ali Sovetinin Məlumatının nəşr edilməsi haqqında" Fərmanına uyğun olaraq nəşrə başlamışdır. 1938-ci il aprelin 7-dən SSRİ-nin paytaxtı Moskvada nəşr edilmişdir. İlk 16 il qəzet şəklində, 1954-cü il yanvarın 20-dən ittifaq respublikalarının dillərində kitab formatında bülleten kimi nəşr olunurdu. "Xəbərlər" SSRİ qanunlarını, SSRİ Ali Sovetinin qərarlarını, SSRİ Ali Soveti Rəyasət Heyətinin fərman və normativ qərarlarını; SSRİ-nin xarici dövlətlərlə bağladığı və SSRİ Ali Soveti tərəfindən təsdiq edilmiş müqavilələri, sazişləri və konvensiyaları; SSRİ Ali Soveti Rəyasət Heyətinin SSRİ adlarının verilməsi və orden və medalları ilə təltif edilməsi haqqında fərmanları; SSRİ Ali Sovetinin və onun palatalarının, onların daimi komissiyalarının, SSRİ Ali Soveti Rəyasət Heyətinin SSRİ Ali Sovetinin deputatlarının seçilməsi və geri çağırılması ilə bağlı işi haqqında məlumat materiallarını; xarici dövlətlərin səfirləri tərəfindən SSRİ Ali Soveti Rəyasət Heyətinin sədrinə etimadnamələrin təqdim edilməsi haqqında; SSRİ Ali Sovetinin Parlament qrupunun fəaliyyəti haqqında, ittifaq respublikalarının inzibati-ərazi bölgüsündə dəyişikliklər haqqında və s. dərc edirdi. Oxşar "Xəbərlər"i bütün ittifaq respublikalarının Ali Sovetləri nəşr edirdi. "Xəbərlər"in son sayı 1991-ci ilin dekabrın 25-də işıq üzü gördü, bundan sonra SSRİ Ali Sovetinin ləğvi ilə birlikdə nəşri dayandırıldı. == Nəşrin dilləri == 1938-ci ildən ilk nömrələrindən ittifaq respublikalarının bütün əsas dillərində nəşr olunur. Kareliya-Fin SSR-nin yaradılması və Baltikyanı dövlətlərin və Bessarabiyanın SSRİ-yə daxil edilməsi ilə əlaqədar "1941-ci il yanvarın 5-dən redaktorlar "SSRİ Ali Sovetinin Xəbərlərini" Fin, Moldova, Eston və Latviya dillərində nəşr etməyə başlayırlar".
SSRİ Ali Sovetinin Məlumatı
SSRİ Ali Sovetinin Məlumatı — SSRİ Ali Sovetinin həftəlik rəsmi nəşridir. Dövri nəşr SSRİ Ali Soveti Rəyasət Heyətinin 1938-ci il 24 yanvar tarixli "SSRİ Ali Sovetinin orqanı olan SSRİ Ali Sovetinin Məlumatının nəşr edilməsi haqqında" Fərmanına uyğun olaraq nəşrə başlamışdır. 1938-ci il aprelin 7-dən SSRİ-nin paytaxtı Moskvada nəşr edilmişdir. İlk 16 il qəzet şəklində, 1954-cü il yanvarın 20-dən ittifaq respublikalarının dillərində kitab formatında bülleten kimi nəşr olunurdu. "Xəbərlər" SSRİ qanunlarını, SSRİ Ali Sovetinin qərarlarını, SSRİ Ali Soveti Rəyasət Heyətinin fərman və normativ qərarlarını; SSRİ-nin xarici dövlətlərlə bağladığı və SSRİ Ali Soveti tərəfindən təsdiq edilmiş müqavilələri, sazişləri və konvensiyaları; SSRİ Ali Soveti Rəyasət Heyətinin SSRİ adlarının verilməsi və orden və medalları ilə təltif edilməsi haqqında fərmanları; SSRİ Ali Sovetinin və onun palatalarının, onların daimi komissiyalarının, SSRİ Ali Soveti Rəyasət Heyətinin SSRİ Ali Sovetinin deputatlarının seçilməsi və geri çağırılması ilə bağlı işi haqqında məlumat materiallarını; xarici dövlətlərin səfirləri tərəfindən SSRİ Ali Soveti Rəyasət Heyətinin sədrinə etimadnamələrin təqdim edilməsi haqqında; SSRİ Ali Sovetinin Parlament qrupunun fəaliyyəti haqqında, ittifaq respublikalarının inzibati-ərazi bölgüsündə dəyişikliklər haqqında və s. dərc edirdi. Oxşar "Xəbərlər"i bütün ittifaq respublikalarının Ali Sovetləri nəşr edirdi. "Xəbərlər"in son sayı 1991-ci ilin dekabrın 25-də işıq üzü gördü, bundan sonra SSRİ Ali Sovetinin ləğvi ilə birlikdə nəşri dayandırıldı. == Nəşrin dilləri == 1938-ci ildən ilk nömrələrindən ittifaq respublikalarının bütün əsas dillərində nəşr olunur. Kareliya-Fin SSR-nin yaradılması və Baltikyanı dövlətlərin və Bessarabiyanın SSRİ-yə daxil edilməsi ilə əlaqədar "1941-ci il yanvarın 5-dən redaktorlar "SSRİ Ali Sovetinin Xəbərlərini" Fin, Moldova, Eston və Latviya dillərində nəşr etməyə başlayırlar".
Azərbaycan Respublikası Ali Soveti
Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Milli Məclisin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Milli Məclisdə hər il iki növbəti yaz və payız sessiyaları keçirilir. == Parlament tarixi == === 1918–1920-ci illərdə === İlk dəfə 1918-ci il iyulun 21-də Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilməsi haqqında Əsasnamə təsdiqləndi. Qanuna əsasən, məclisin tərkibinə 120 nəfər daxil olmalı idi. Həmçinin, parlament seçkilərində 20 yaşı tamam olmuş hər iki cinsin nümayəndələri iştirak edə bilərdi. İstisna olaraq inzibati vəzifələr tutan şəxslər Milli Məclisə seçilə bilməzdilər, yalnız səs verə bilərdilər.