Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sosunov burnu
Sosunov burnu — Rusiya, Primorsk diyarının şərqində, Tatar boğazının sahilində yerləşən burun. Burunda Svetlauya qəsəbəsi vardır. Burun 1874-cü ildə Yapon dənizinin De-Kastri və Plastun körfəzləri aralığındakı sahil zolağını araşdırmış L.A. Bolçevin ekspedisyasında hərbi topoqraf olmuş A.İ. Sosunovun şərəfinə adlandırılmışdır. Burunda mayak fəaliyyət göstərir. Burun bir bazalt platodur və şərqə istiqamətlənir. Svetlaya çayının mənsəbində priçal vardır.
Sasunik
Sasunik - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd olmuşdur.
Solnok
Solnok (mac. Szolnok) — Mərkəzi Macarıstanda Yas-Nadkun-Solnok əyalətində yerləşən şəhər. Tisa çayının sahilində, Alföld düzənliyində yerləşir. Əsrlər boyu mühüm mədəni və iqtisadi yolların kəsişməsində yerləşmişdir. == Coğrafiyası və nəqliyyatı == Solnok Budapeştin 90 km cənub-şərqində və Keçkemet şəhərindən 50 km şimal-şərqdə yerləşir. == Tarixi == Strateji mövqeyinə görə Macarlarla Osmanlılar arasında mübahisə mövzusu olan Solnok qalası 1552-ci ildə Budin bəylərbəyi Hədim Əli Paşa tərəfindən Osmanlı hökmranlığına qatılmış və 1685-ci ilə qədər Osmanlıların hakimiyyəti altında qalmışdır. == Beynəlxalq əlaqələri == === Qardaşlaşmış şəhərlər === Solnok aşağıdakı şəhərlər ilə qardaşlaşmışdır: == Həmçinin bax == Macarıstan şəhərləri == İstinadlar == == Xarici keçidlər == VikiSəyahətdə Szolnok haqqında səyahət məlumatları var.