Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Daucus kotovii
Yabanı yerkökü (lat. Daucus carota) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin yerkökü cinsinə aid bitki növü. Yabanı yerkökü kökümeyvəlilər içərisində ən çox yayılmış tərəvəzdir. Ondan təzə halda aşpazlıqda, qurudulmaq, şirə hazırlamaq, tərəvəz konservləri və karotin istehsalı üçün istifadə olunur. Yerkökünün üzəri nazik qabıq təbəqəsi ilə örtülüdür. Qabığın altında qidalı maddələrlə zəngin ətli hissə yerləşir. Kök mərkəzində özək vardır. Özəyin zərif və ya kobud olması yerkökünün keyfiyyətliliyini göstərir. Tərkibində az miqdarda şəkər olan özəyin dadı yerkökünün ətli hissəsinə nisbətən pis olur. Yerkökünün tərkibində orta hesabla 4–12% şəkər, 0,53–2,23% zülal, 0,1–0,7% yağ, 0,54–3,50% sellüloza, 0,4–2,9% pektin maddəsi, 2,3–5,6% azotsuz ekstraktlı maddə, o cümlədən dekstrin və nişasta, 0,6–1,7% kül olur.
Sadovıy (Xaybulla)
Sadovıy kəndi (başq. Садовый) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Akyar kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Sadovıy kəndinin milli tərkibi: başqırdlar 77 % Məsafələr: rayon mərkəzindən (Akyar): 6 km., kənd sovetliyindən (Akyar): 6 km ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 64 km. Tanalık çayının sahilində yerləşir. Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Somovit burnu
Somovit burnu (bolq. нос Сомовит, ‘Nos Somovit’ \'nos 'so-mo-vit\) — Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən şərqdə yerləşən burundur. Burun Bransfild boğazından 500 m aralıda, Kruni buxtası ilə Tsepina buxtası arasında yerləşmişdir. Burun Batuliya burnundan 900 m şimal-qərbdə, Kitçen burnundan isə 1.1 km cənub-qərbdə yerləşmişdir. Burun şimali Bolqarıstanda yerləşən Somovit şəhərinin adını daşıyır. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005.
Sotbovoy (ada)
Stolbovoy adası — Yeni Sibir adalarının cənub-qərbində yerləşir. Sahillərini Laptevlər dənizi yuyur. İnzibati cəhətdən Yakutiya ərazisində yerləşir. Ada Ust-Lenski qoruğu ərazisinə daxil edilmişdir. Sahəsi 170 km²-dir. Skalistiy burnunundan Povorotnıy burnuna qədər məsafə 46 km-dir. Ən minimal eni 10 km təşkil edir. Ada əsasən qranitdən təşkil olunmiuşdur. Ən hündür nöqtəsi 222 metr təşkil edir. Bəzi yerlərdə hündürlüyü bəzi yerlərdə 100 metri keçir.
Surovıy adası
Surovıy adası — Şimal Torpağı adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Kara dənizində, Komsomoles adasından 500 m qərbdə, Jurajlyov körfəzində, Klin buxtasınln girəcəyində yerləşir. Cənub-qərbdən şimal-şərqə uzanır. Uzunluğu 4,5 km, eni 1,7 km enə təşkil edir. Maksimal hündürlük 11 metrdir. Cənun və şimala doğru axarlar axır. Qərb sahilinə yaxın 500×400 m olan göl vardır. Şimal sahili sıldırımlıdır. Cənub sahili isə hamardır.
Polygonum kotovii
Polygonum patulum (lat. Polygonum patulum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin qırxbuğum cinsinə aid bitki növü. Birillik bitkidir. Gövdəsi düz, adətən əsasında möhkəm budaqlarla budaqlanan, 60 sm-ə qədər hündürlükdədir; budaqları çəpinə yuxarı yönələn, nazikdir. Yarpaqları oturaq və ya qısa saplaqlı, yuxarı yarpaqlar lansetvari və ya xətvaridir. Çiçəkləri qırmızımtıl rənglidir. Çiçəkyanlığı demək olar ki, boruvari, bölümləri qırmızıtəhər, bel hissəsi yaşıldır. Toxumcaları 2 mm uzunluqda, yumurtavari, sivri, üçtinli, nöqtəlidir. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Çayların kənarlarında, kolluqların arasında, işıqlı meşə talalarında bitir.
Polygonum patulum subsp. kotovii