Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Statoil
Equinor (ex Statoil) — Norveç neft şirkəti. Əsası 1972-ci ildə qoyulmuş Norveçin ən böyük şirkəti, Skandinaviyanın isə ən böyük neft şirkətidir. Səhmlərinin 64%-i dövlətin nəzarətindədir. Mərkəzi ofisi Norveçin Stavanger şəhərində yerləşir. Statoil dünya xam neftin və Avropaya isə qazın əsas ixracatçılarından biridir. 9-dan çox ölkədə 2000-dən artıq yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Şirkətə 2004-cü ilin ortalarından etibarən Helge Lund başçılıq edir. 2006-cı ilin ortalarından etibarən mətbuatda Statoilin Norveçin digər sənaye nəhəngi Norsk Hydro ilə birləşəcəyi barədə məlumatlar yayıldı. Bu təklif Avropa birliyi tərəfindən (Avropa İqtisadi Zonası tələblərini ödədiyi səbəbindən) müsbət qarşılandı. Norveç Parlamanti isə təklifi 2007-ci ilin 8 İyun tarixində qanuniləşdirdi.
Sanya Staroviç
Sanya Staroviç (25 mart 1983, Trebine) - Serbiyalı voleybolçu. Rabitə Bakı voleybol klubunda çıxış edir.