Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şəvərut
Şalıbulaq, Şahvarut, Uşakert — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km cənub-qərbdə, Araz çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində Şavarud kimi yazılır. Toponim fars dilində «qaya, möhkəm, bərk» mənasında işlənən şah sözündən və Azərbaycan dilində «möhkəmləndirilmiş kənd, qala» mənasında işlənən var sözünə -ud şəkilçisinin qoşulmasından əmələ gəlmişdir. Relyef əsasında yaranmış mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə adı dəyişdirilib Uşakert qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 59 nəfər, 1873 - cü ildə 72 nəfər, 1886-cı ildə 116 nəfər, 1897-ci ildə 153 nəfər, 1908-ci ildə 96 nəfər, 1914 - cü il də 128 nəfər, 1916-cı ildə 132 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla deportasiya olunmuşdur.
Sevərin (Sayınqala)
Sevərin (fars. صورين‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 657 nəfər yaşayır (146 ailə).
Cill Severi
Cill Severi (2 may 1972) — Birləşmiş Ştatları təmsil edən sinxron üzgüçü. == Karyerası == Cill Severi Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Cill Severi Olimpiadanın qalibi olub.
Karaş-Severin (judets)
Karaş-Severin judets (rum. Județul Caraș-Severin) — Banat tarixi bölgəsinin, Transilvaniya regionunda yerləşən Rumıniya judetsi. == Coğrafiyası == Sahə — 8520 km². Rumıniyanı qərbində yerləşən judetslər arasında sahəsinə görə ən böyük olan judets 3-cü yerdədir. Cənub-qərbdə — Serbiya ilə, şərqdə — Xunedoara və Qorj, şimalda — Timiş və cənub-şərqdə — Mexedintsi judetsləri ilə sərhəddir. == Əhalisi == 2007-ci ildə əhalinin sayı 327 579 nəfər təşkil edirdi, sıxlığı — 38,47 nəf./km². == İnzibati bölgüsü == Judetsə 2 bələdiyyə, 6 şəhər və 69 kommuna daxildir.