Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tadao
Tadao — ad. Tadao Ando — Dünya şöhrətli yapon memar-dizayner. Tadao Horie — keçmiş Yaponiya futbolçusu. Tadao Kobayaşi — keçmiş Yaponiya futbolçusu. Tadao Onişi — keçmiş Yaponiya futbolçusu. Tadao Takayama — keçmiş Yaponiya futbolçusu.
Orsolya Takaç
Orsolya Takaç (20 may 1985, Budapeşt) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Orsolya Takaç, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu. Daha sonra Orsolya Takaç, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu. Orsolya Takaç, Macarıstan yığmasının heyətində 2016-cı ildə Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 18:20 hesabı ilə məğlub olan Macarıstan yığması, Rio-de-Janeyro Olimpiadasını dördüncü pillədə başa vurdu.
Tadao Ando
Tadao Ando (yap. 安藤 忠雄; 13 sentyabr 1941[…]) — Dünya şöhrətli yapon memar-dizayner. O, memarlıq təhsili olmayan və memarlıqda 4 əsas mükafatı (Pritsker, Kyoto, Praemium İmperiale, Royal Gold Medal) qazanan yeganə dünya şöhrətli memar == Həyatı == 13 sentyabr 1941-ci ildə Osakada anadan olmuşdur. Cavanlığında boksçu olmuşdur. Əmək fəaliyyətinin ilk vaxtlarında tir sürücüsü kimi çalışmışdır. Le Corbusier, Mies van der Rohe, Louis Kahn kimi memarların işləri olan binaları gəzdikdən sonra 1968-ci ildə Osakaya qayıdaraq "Tadao Ando, Associated Architects" studiyasını qurmuşdur. == Layihələri == Dünya üzrə 100-dən çox layihənin müəllifidir. == Mükafatları == Memarı olduğu Naqaraqava Konvensiya Mərkəzinin layihəsinə görə 1995-ci ildə Pritsker memarlıq mükafatına layiq görülmüşdür. == İstinadlar == == Ədəbiyyat == Francesco Dal Co. Tadao Ando: Complete Works.
Tadao Horie
Tadao Horie (13 sentyabr 1913 – 29 mart 2003) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Tadao Kobayaşi
Tadao Kobayaşi (d. 7 iyul 1930) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Tadao Onişi
Tadao Onişi (18 aprel 1943 - 29 iyun 2006) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Tadao Takayama
Tadao Takayama (24 iyun 1904, Tokio[d] – 1 iyul 1980, Tokio[d]) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib, 1 qol vurub.
Tadas Duşkinas
İmre Madaç
İmre Madaç (mac. Madách Imre; 20 yanvar 1823, 21 yanvar 1823 və ya 20 yanvar 1820 – 5 oktyabr 1864) — macar aristokrat, yazıçı, şair, hüquqşünas və siyasətçi. "İnsanın faciəsi" (Az ember tragédiája, 1861) poeması ən tanınmış əsəri hesab olunur. Təxminən 4000 misradan ibarət olan dramatik poemadır. Əsərdəki ideyalar Yohann Volfqanq Götenin Faust tragediyası ilə müqayisə olunur. İmre Madaç XIX əsrin ən tanınmış macar şairlərindən biri olan Yanoş Aranın yaradıclığından ilhamlanmışdır. == Həyatı == İmre Madaç 1823-cü ildə Macarıstan Krallığında Dolna Strehova şəhərində varlı zadəgan ailəsində anadan olmuşdur. 1829-cu ildən Madaç Vaç rayonunda yerləşən Piarist məktəbində oxumağa başladı. 1831-ci ildə vəba epidemiyası yayıldığı bir vaxtda Madaç Buda şəhərində yaşamağa başladı. 1837-ci ildə Peşt Universitetində ali təhsil aldı.
Şizuki Tadao
Şizuki Tadao (志筑 忠雄, 1760, Naqasaki – 22 avqust 1806, Naqasaki) – Yaponiya astronomu və tərcüməçisi. Yaponiyanı Nyutonun klassik mexanika konsepsiyaları ilə tanış etməsinə görə tanınır. Müasir astronomiyaya və fizikaya həsr olunmuş ilk yaponca kitabın müəllifidir. == İlk illəri və karyerası == Şizuki Tadao 1760-cı ildə Yaponiyanın Naqasaki şəhərində yaşayan Nakano ailəsində doğulmuşdur. Lakin daha sonra Şizuki ailəsinə səkkizinci nəslin oğlu kimi qəbul edilmişdir. Bu ailə holland və yapon dili mənbələri ilə məşğul olan peşəkar tərcüməçilərdən idi. Şizuki 1776-cı ildə tərcüməçi kimi işləməyə başlamışdır. Lakin 1777-ci ildə səhhətindəki problemlərə görə rəsmi vəzifəsini tərk etmiş və öz tərcümələri üzərində işləməyə başlamışdır. Nakano soyadını bərpa edərək Ryuen Nakano təxəllüsü ilə yazmağa qərar vermişdir. Daha sonra Nikolay Kopernikin heliosentrik sisteminin izahlarını və digər astronomiya əsərlərini tərcümə edən Motoki Ryoeyin tələbəsi olmuşdur.
Tadas İvanauskas
Tadas İvanauskas ((lit. Tadas Ivanauskas, belar. Тадэвуш Іваноўскі, pol. Tadeusz Iwanowski; 16 dekabr 1882 – 1 iyun 1971 və ya 1 iyun 1970, Kaunas) — Sovet və Litva zooloqu, Litva SSR Elmlər Akademiyasının akademiki (1941-1970), Litva SSR-nin əməkdar elm xadimi (1945). == Bioqrafiya == Tadas İvanauskas 28 dekabr 1882-ci ildə Vasilişkovskaya volostunda (indiki Belarusiya Lida rayonu) Lebedka fermasında anadan olub. 1908-ci ildə Sorbonnanı, 1910-cu ildə isə Sankt-Peterburq Dövlət Universitetini bitirib. 1910-1915-ci illərdə yaratdığı əyani təbiətşünaslıq vasitələri laboratoriyasına rəhbərlik etmişdir. 1914-cü ildə Murmansk və Norveçin şimalına, 1917-ci ildə Şimal Buzlu okean sahillərinə ekspedisiya qurdu. 1919-1922-ci illərdə onun təşkil etdiyi Təbiəti Öyrənmə Stansiyasına rəhbərlik etmişdir. 1929-cu ildə ornitoloji stansiyanın əsasını qoydu.
Duşan Tadiç
Duşan Tadiç (serb-kiril. Душан Тадић; dǔʃan tǎdiːtɕ; 20 noyabr 1988) — Super Liqa klubu "Fənərbaxça"da oynayan və Serbiya millisinin kapitanlarından olan serb peşəkar futbolçu.
Padam Padam
"Padam Padam" avstraliyalı müğənni Kayli Minouq tərəfindən 18 may 2023-cü ildə Tension adlı studiya albomunun baş sinqlı kimi buraxılmış mahnıdır. Mahnı norveçli müğənni və bəstəkar İna Vroldsen tərəfindən prodüser Lostboy ilə birgə yazılmışdır. Musiqi klipi rejissor Sofi Müller tərəfindən çəkilmiş və mahnı həmin klip ilə ilk dəfə tam şəkildə təqdim edilmişdir. Sinql İngiltərə və ABŞ xit-paradlarında Top 10-a daxil oldu. == Mahnının tarixi == Mahnı 12 may 2023-cü ildə yeni albomun elanı ilə birlikdə anons edildi, lakin o vaxt buraxılış tarixi yox idi. Buraxılış tarixi mayın 16-da mahnının 20 saniyəlik hissəsi ilə elan edildi. Mahnının adı ürəyin döyünməsi mənasını ifadə edir. == Kompozisiyası == "Padam Padam" mahnısı "hipnotik elektro ", "hamar, gurultulu dans-pop ", həmçinin " Tension " albomunun "eyforik açılış" mahnısı kimi təsvir edilmişdir. Mahnı elektrik gitara rifi və " texnopop fonu" ehtiva edir. Bu mahnı Minouqun əvvəlki Disco (2020) albomunun tərzindən uzaqlaşaraq daha çox Avropa sint-popuna doğru irəlilədi.
Adaçi
Adaçi rayonu (足立区, Adaçi-ku) — Tokionun şimali hissəsində yerləşən xüsusi rayon. Adı tarixi Adaçi qəzasından irəli gəlir (足立郡, adaçi koori).
Badam
Badam (lat. Prunus subg. Amygdalus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Badam yarımcinsinin 40 növə qədər ağac və kolu məlumdur. Azərbaycanda 4 növü yayılmışdır. Badam yabanı halda Orta Asiyada, Dağıstanda, Azərbaycanda bitir. Naxçıvanın dağlıq hissələrində yabanı badamlıqlar vaxtilə böyük sahələr tutmuşdur. "Badamlı" adını daşıyan suyu ilə məşhur olan kənd keçmişdə yabanı badamlıqla əhatə olunduğu halda, indi əl çatmayan yerlərdə azacıq badam ağacları qalmışdır. Qeyd etmək lazımdır ki, mədəni badam sortları yabanı badama çox yaxındır və ancaq meyvələrinin böyüklüyü, qabıqlarının nazikliyi ilə fərqlənirlər. Badam yarpaqlar əmələ gəlməmiş mart-apreldə (bəzən fevralda) çiçəkləyir.
Badraç
Daday
Daday — Kastamonu ilinin şimal-qərbində iştirak edən bir ilçə.
Dadaş
Dadaş və ya Qardaş, bir ata-anadan, yaxud yalnız bir atadan və ya bir anadan olan oğulların bir-birinə, yaxud bacısına nisbətən hər biri. Bir və ya daha çox valideynləri digərləri ilə bölüşən kişi və ya oğlan.
FADEC
Elektron-rəqəmsal mühərrik idarəetmə sistemi (EMİS) (ing. full authority digital engine control system, FADEC) — minimal yanacaq sərfiyyatı ilə təyyarə mühərrikinin optimal göstəricilərini saxlamaq üçün yanacağın, havanın və alovlanma parametrlərinin avtomatlaşdırılmış nəzarət və idarəetmə sistemidir . == Tarixi == Hər hansı bir mühərrik idarəetmə sisteminin məqsədi, mühərrikin müəyyən bir vəziyyət üçün maksimum səmərəliliyi ilə işləməsinə imkan verməkdir. Əvvəlcə mühərrik idarəetmə sistemləri mühərriyə mexaniki bağlantılar vasitəsi ilə əaqəli idi. Bu bağlantıları hərəkət etdirərək pilot və ya uçuş mühəndisi yanacaq axını, çıxış gücünü və bir çox digər mühərrik parametrlərini idarə edə bilər. İkinci Dünya müharibəsi zamanı aviasiyada mühərrikində istifadə olunu piston-radial idarəetmə sistemi tədricən əvəz olundu. Əvvəl analoq elektron motor nəzarət etmə sisteminə, sonra isə rəqəmsal motor nəzarət etmə sisteminə dəyişdirildi. == Funksiyaları == FADEC (EİB)-in ikikanallı elektron idarəetmə modulundan , (hidromexaniki moduldan (HMU)) və sensorlardan ibarətdir. FADEC rotorunun fırlanma tezliyini, mühərrik içərisində təzyiq və temperatur siqnallarını qəbul edir. Bu siqnallar, mühərrikin idarəetmə sistemindən gələn siqnallarla yanaşı, mühərrik üzərində quraşdırılmış mexanizmlər üçün nəzarət siqnallarını izləmək və istehsal etmək üçün istifadə olunur və və aşağıda qeyd olunan funksiyaların nəzarətini təmin edir: Dartma avtomatının işləməsi və mühərrikin dartma gücünə nəzarət.
Kalaç
Kalaç — Rusiya Federasiyasında yerləşən şəhər, Voronej vilayətinə daxildir.
Kazac
Kazac (fars. كزج‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,047 nəfər yaşayır (278 ailə).
Maday
Vikipediyada Maday haqqında aşağıdakı məqalələr var: Maday (Yafətin oğlu) — Yafətin oğlu. Maday (dövlət) — tarixsəl bir qəbilə. Maday (Bölgə) — Midiya bölgəsinin digər adı.
Qaxac
Qaxac — qida məhsulu. Qaxac duzlanmış və qurudulmuş ətdir. Qaxac əsasən heyvanın bel hissəsindən hazırlanır. Bel hissənin əti dadlı olduğuna görə qurudulmaq üçün əsasən heyvanın bu hissəsindən istifadə olunur. Ət uzunsov şəkildə şaqqalanır, bol duz, istiot, bol sül şüyüd toxumu ilə qarışdırıldıqdan sonra ya təndirdə, ya da sobanın üstündə asılaraq qurudulur. Azərbaycanda əsasən Şimal-Qərb rayonları ərazisində istifadə edilir. İlisu qaxacı olduqca məşhurdur.
Radar
RADAR (ing. radar, qısaca olaraq radio detection and ranging sözlərindən – məsafəni müəyyən edən və radioaşkarlayıcı) – radarlayıcı stansiya – radaralama üsulu ilə müxtəlif obyektləri müşahidə etmək üçün qurğudur. İlk dəfə 1936 -1938 - ci illərdə Böyük Britaniyada, ABŞ - da və keçmiş SSRİ - də istifadə olunmuşdur. == Radarlamanın əsasları == Obyektlərin yerinin təyin edilməsi, koordinatlarının və hərəkət göstəricilərinin ölçülməsi üçün elektromaqnit dalğalarının əks olunması və özünə məxsus şüalanması kimi xassələrindən istifadə olunur. Radiotexnikanın fəzada şüalandırılan elektromaqnit dalğalarının birbaşa əks olunması, sınaraq əks olunması və özünəməxsus şüalandırılması nəticəsində müxtəlif obyektlərin yerinin və koordinatlarının, habelə hərəkət göstəricilərinin təyin edilməsi ilə məşğul olan bölməsi radarlama adlanır. Obyektlərin yerinin aşkarlanması, koordinatlarının və hərəkət göstəricilərinin ölçülməsi kimi funksiyaları yerinə yetirən qurğu və ya sistemə müvafiq olaraq radar stansiyası və ya radar sistemi deyilir. Fəzanın müəyyən edilmiş ərazisində obyektin mövcudluğuna, koordinatlarına və hərəkət göstəricilərinə dair məlumat mənbəyi obyektdən gələn radarlama siqnallarıdır. Radarlama siqnallarının yaranma xüsusiyyətlərinə görə radar müşahidəsini üç yerə bölürlər. Elə bu qədər də radar stansiyası və radar sistemi var. == Müşahidə növləri == Radar müşahidəsinin I növündə radar tərəfindən şüalandırılan radarlama siqnallarının obyektdən əks olunması xassəsindən istifadə edilir.
Sadaa