Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tanbur
Tənbur — şərq, eləcə də türkdilli xalqlar arasında ən geniş yayılmış simli musiqi alətlərindən biridir. İki simli bu alət Şirvan aləti sayılır. Amma Təbriz sakinləri tənburu çox sevdikləri üçün buna Şirvan-Təbriz tənburu adını veriblər. Tənburun digər simli alətlərdən başlıca fərqi mizrabla deyil, barmaqla — baş və şəhadət barmaqları ilə çalınmasıdır. Özünəməxsus səs ahəngi var. XIX əsrin ikinci yarısınadək Azərbaycanda geniş istifadə olunub. == Etimologiya == Uzaq Şərqdən Qərb ölkələrinə qədər böyük bir coğrafi ərazidə müxtəlif formaları, müxtəlif adlarla yayılmışdır. Orta Asiya türk xalqları tərəfindən geniş istifadə edilməkdədir. Qazaxlarda "dombra", qırğızlarda "dombura", özbəklərdə "dombrak", türkmənlərdə "danbura", osmanlı türklərinə yaxın olan türklərdə "tanbur"a, bir çox Qərb xalqları arasında "domra" adı ilə yayılmış bu alət Azərbaycanda tarixən tənbur adı ilə çox məşhur olmuşdur. == Tarixçə == Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Qətran Təbrizinin və bir çox orta əsr klassiklərimizin əsərlərində tənbur haqqında maraqlı məlumatlar var.
Takab
Təkab (fars. تکاب‎ Azərbaycan türkcəsində. Tikan təpə) — İranın Qərbi Azərbaycan ostanında şəhər. Şəhər Təkab şəhristanının inzibati mərkəzidir. Türk mənşəli Tikantəpə toponimi dəyişdirilmiş və Təkab adlandırılmışdır. == Tarix == 1938-ci ildə Rza xan Palani Pəhləvinin toponimlərin farslaşdırılması proqramına uyğun olaraq tarixi adı Tikantəpə olan şəhərin adı dəyişdirilərək Təkab olmuşdur. == Əhali == 2006-cı il siyahıya alınmasına əsasən əhalisi 43,702 nəfərdir. Şəhərin əsas əhalisi azərbaycanlılardan, az qismi isə kürdlərdən ibarətdir. Tikantəpə şəhərinin 42 məhəlləsi vardır. Şəhərin Şərifava məhəlləsi kürdlərdən ibarətdir, Qırnav məhəlləsində isə kürdlər azərbaycanlılarla birlikdə yaşayırlar: 1962-ci ildə şəhərin çıxışındakı körpünün yaxınlığında kasıb bir kürd ailəsi məskunlaşdı.
Asako Takakura
Asako Takakura (19 aprel 1968, Fukuşima) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 79 oyun keçirib, 29 qol vurub.
Balabür qalası
Bəlləbur qalası və ya Balabür qalası — Lənkəran şəhərindən 9 km. cənub-qərbdə, Bəlləbur kəndi yaxınlığında yerləşən qala. Abidə VIII-IX əsrlərə aiddir. Qala təxminən 1 hektar ərazinin əhatə edir. Hündürlüyü 4–5 metr, eni 2 metrdir. 1869-cu ildə Səidəli Kazımbəyoğlu tərəfindən qələmə alınmış "Cavahirnameyi-Lənkəran" kitabında vaxtilə IX əsrdə Lənkəranın Bəlləbur qalasında yerləşdiyi ehtimal edilir. Qalanın ərazisində saxsı su boruları olan məişət binalarının qalıqları durur. == İstinadlar == == Ədəbiyyat == Aqşin Mistanlı. Cənub Bölgəsi Abidələri Ensiklopediyası., B.2018. nəşr)) Агшин Алиев.Бахрамнаме(I Часть) Səidəli Kazibekov.
Takamura Koun
Takamura Koun (高村 光雲, 8 mart 1852 – 10 oktyabr 1934) – Yaponiya heykəltaraşı. Doğum adı Nakacima Kozodur. Tokiodakı Ueno parkında yerləşən və 1898-ci ildə tamamlanmış Sayqo Takamorinin bürüncdən heykəlini o hazırlayıb. Tokio İmperator Sarayının qarşısında dayanan Kusunoki Masahide heykəlinin də müəllifidir. Koun həmçinin şair və heykəltaraş Kotaro Takamuranın atasıdır.
Təkasur Surəsi
Təkasur surəsi (ərəb. سورة التكاثر‎ — oxunuşu: ət-Təkasur — çoxluqla öyünmə). Quranın 102-ci surəsidir. Məkkədə nazil olmuşdur, 8 ayədir. Surənin 5-7-ci ayələrində yəqinin 2 mərhələsi — elmul-yəqin və eynul-yəqin barədə söhbət açılır.
Alasaqqal (Takab)
Alasaqqal (fars. الاسقل‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlimatına görə kənddə 261 nəfər yaşsyır (49 ailə).
Arpaçayı (Takab)
Arpaçayı (fars. ارپاچايي‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 251 nəfər yaşayır (48 ailə).
Ayqalası (Takab)
Ayqalası (fars. اي قلعه سي‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 184 nəfər yaşayır (30 ailə).
Caharqala (Takab)
Caharqala (fars. چهارقلعه‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 85 nəfər yaşayır (20 ailə).
Daşbulaq (Takab)
Daşbulaq (fars. داشبلاغ‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 415 nəfər yaşayır (83 ailə).
Feyzabad (Takab)
Feyzabad (fars. فيض اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 232 nəfər yaşayır (49 ailə).
Həsənabad (Takab)
Həsənabad (fars. حسن اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.467 nəfər yaşayır (266 ailə).
Kərimabad (Takab)
Kərimabad (fars. كريم اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlimatına görə kənddə 82 nəfər yaşsyır (18 ailə).
Mainbulaq (Takab)
Mainbulaq (fars. مايين بلاغ‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlimatına görə kənddə 392 nəfər yaşsyır (77 ailə).
Pəhləvan (Takab)
Pəhləvan (fars. پهلوان‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 10 nəfər yaşayır.
Qalacıq (Takab)
Qalacıq (fars. قلعه جوق‎, azərb. قالاجیق,Qalacıq‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. Bu kənd Təkabdan 12 kilometr şərqdə, Bədrli və Yolqunağac kəndlərinin arasında yerləşir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 267 nəfər yaşayır (46 ailə). Etnik baxımından kənd əhalisi müsəlman olan Azərbaycan türklərindən ibarətdir. Kənd əhalisinin əsas gəlir mənbəyi əkinçilik və maldarlıqdır.
Qarabulaq (Takab)
Qarabulaq (fars. قره بلاغ‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 283 nəfər yaşayır (62 ailə).
Qaranaz (Takab)
Qaranaz (fars. قره ناز‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə nə qədər əhalinin yaşaması barədə məlumat yoxdur.
Qaraqaya (Takab)
Qaraqaya (fars. قره قيه‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 494 nəfər yaşayır (83 ailə).
Qazdərə (Takab)
Qazdərə (fars. گزدره‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 590 nəfər yaşayır (108 ailə).
Qoşabulaq (Takab)
Qoşabulaq (fars. قوشابلاغ‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlimatına görə kənddə 172 nəfər yaşsyır (36 ailə).
Sarıbağ (Takab)
Sarıbağ (fars. ساري باغ‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 150 nəfər yaşayır (30 ailə).
Sarıcalı (Takab)
Sarıcalı (fars. ساري جالو‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 141 nəfər yaşayır (28 ailə).
Takab şəhristanı
Təkab şəhristanı (fars. شهرستان تکاب‎) — İranın Qərbi Azərbaycan ostanının 17 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi. Şəhristanın inzibati mərkəzi Təkab (Tikantəpə) şəhəridir. Şəhristanın ərazisi 2,523 km²-dir. 2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə şəhristanın əhalisi 17 618 ailədə 81 395 nəfər (kişilər - 40 161 nəfər, qadınlar - 41 234 nəfər) olmuşdur. Təkab şəhristanında əsasən azərbaycanlılar, qismən kürdlər yaşayırlar.Bölgədə yaşayan azərbaycanlılar, Azərbaycan dilində (əfşar şivəsində), kürdlər isə soran ləhcələsində danışırlar. == Təkab şəhristanının inzibati bölgüsü == Mərkəzi bəxşi İnzibati mərkəzi: Təkab (Tikantəpə) DEHİSTANLARI: Əfşar dehistanı KƏNDLƏRİ: Badarlı (Padarlı), Badxərid / Vixer, Çahartağ, Çiçəkli, Feyzabad, Qalacıq, Qaraqaya, Qocur, Sarıcalı, Oğulbəy, Yolqunağac Ənsar dehistanı KƏNDLƏRİ: Ağqala, Ərəbşah, Asmanbulağı, Ayqalası, Durbaş, Gəzdərə, Hacıbabay-i Ülya, Hacıbabay-i Süfla, Hacıbabay-i Vusta, Kotan-i Ülya, Qırxlı, Sabil, Tamay, Taşəkabud / Taşkabud Kərəftu dehistanı KƏNDLƏRİ: Əliabad-i Noxuddərə, Ağabəy, Badmahmud, Boluz (Bolus), Çaharqala, Çəpdərə, Dərvişrəş, Daşbulaq, Noxuddərə, Pəhləvan, Qarababa, Güldərə-i Ülya, Güldərə-i Süfla, Qoca, Sarıbağ, Sarıqurğan, Təpəbur, Taskənd, Tondarlı (Dondarlı), Yəhərli Təxt-i Süleyman bəxşi Şəhərləri yoxdur DEHİSTANLARI: Əhmədabad dehistanı KƏNDLƏRİ: Əhmədabad-i Ülya, Əhmədabad-i Süfla, Alçalı-i Ülya, Alçalı-i Süfla, Əminabad, Anqurud / Ənqurud, Ağotaq, Ağdərə-i Ülya, Ağdərə-i Süfla, Ağdərə-i Vusta, Ərəbşah, Arpaçayı, Çıraqtəpə-i Ülya, Çıraqtəpə-i Süfla, Güləgülə, Həsənabad, Cidaqaya, Qaynarca, Şirmərd, Yarəziz, Yengikənd, Zərəşoran, Zinharkəndi / Zinhar Çəmən dehistanı KƏNDLƏRİ: Ağbulaq-i Həmədani, Ağbulaq-i Ülya (yerli əhalinin dilindəki əsl adı Baş Ağbulaq), Babanəzər, Birincə, Günbəd, Gögərdçi (Göyərdici / Göyərçin (?)), Hampa, Üçhisar, Qarabulaq, Qaranaz, Qarovulxana, Qızılqışlaq, Qoşabulaq, Quşxana-i Ülya, Təzəkənd-i Nüsrətabad, Tumarkəndi Sarıq dehistanı KƏNDLƏRİ: Alasaqqal, Başbarat, Çöplü, Daş Qızqapan, Doldolbulağı, Göyağac, Kərimabad, Xarxar, Kusəpiri, Mayinbulaq, Nəbikəndi, Qaraömər, Tərməkçi == Görməli yerlər == Balqız dağı (və ya Bilqeys - Balqız dağının farslaşdırılmış adıdır) - türk eli arasında ona Haça dağ da deyirlər, səbəbi iki qoşa zirvəsinin olmasıdır, hündürlüyü 3350 metr. Bu dağın iki zirvəsinin başı ilin bütün fəsilləri boyu qarlı olur. Yay aylarında qar nisbətən azca əriyir və tarixən bu qar sularının əmələ gətirdiyi və bu iki zirvə arasında yerləşən möhtəşəm mənzərəyə sahib gölə tökülür. Divzindanı dağı (və ya Zindan dağı) - 120 metr hündürlüyə sahib olan içi boş dağ olan təbii komleks, ağzının eni 50 metrdir.