Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hakuna matata
Hakuna matata — "kədərlənmə" və "problem deyil" mənasını verən suahili ifadəsidir. Zənzibar, Tanzaniya və Keniyada yaşayan insanlar bu deyimdən geniş istifadə edirlər. İdiom tez-tez tətil kəndlərində, otellərdə və turizm sənayesində istifadə olunur. Bu deyimin yayılmasında ən böyük amillərdən biri Kral Şir cizgi filmində bu deyimin fəlsəfəsindən istifadə edilməsidir.
Tahkuna burnu
Tahkuna burnu (est. Tahkuna) — Hiyumaa adasının ucqar şimal nöqtəsi. Burun Baltik dənizinə daxil olan Fin körfəzi sahilində yerləşir. Tahkuna burnu İkinci Dünya müharibəsinin qanlı döyüşləriunə şahidlik etmişdir. == Görməli yerləri == Burunda XIX əsrdə inşa edilmiş Estoniyanın ən hündür mayakı vardır. Burunda Estoniya paromunda həlak olmuşların xatirəsinə abidədə vardır.Bu abidə «Qəlb zəngi» adlanır.Fırtınba zamanı zəng səs salır. Xaç formasında olan abidə Bürün zəngin üzəri qara üzlü uşaqlarla bəzədilmişdir.
Takuma Asano
Takuma Asano (10 noyabr 1994) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Takuya Honda
Takuya Honda (d. 17 aprel 1985) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Takuya Onişi
Takuya Onişi (yap. 大西 卓哉; 22 dekabr 1975, Nerima) — Yaponiya kosmonavtı.
Takuya Takaqi
Takuya Takaqi (d. 12 noyabr 1967) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 44 oyun keçirib, 27 qol vurub.
Takuya Yamada
Takuya Yamada (d. 24 avqust 1974) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Camuna
Camuna (benq. যমুনা) — Banqladeşdə yerləşən əsas çaylardan biri, ağaca yaxın olan Braxmaputra çayının əsas qolu. Çay, Qanqa Deltasındakı Padma çayı ilə birləşərək cənubdan axır. 1998-ci ildən bəri, paytaxt Dakanı Banqladeşin şimal-şərq hissələri ilə birləşdirən Jamun Körpüsü (inşası haqqında qərar 1966-cı ildə qəbul edilmişdir) çaydan keçir. Mənbənin hündürlüyü dəniz səviyyəsindən 16 m yüksəkdir. Gətiricilər: Tista, Torsa.. == İstiqamət == Banqladeşdə Braxmaputra, ən böyük qollarından biri olan Teesta çayı (və ya Tista) ilə birləşir. Daha əvvəl Teesta üç kanalda, yəni şərqdə Karatoya, qərbdə Punarbhaba və mərkəzdə Atraydan Calpaigurinin cənubundan qaçdı. Üç kanal, bəlkə də Trestrota "üç axın sahibi" olduğu üçün çayın adını Teesta qısaldılmış və korlamışlar. Bu üç nəfərdən Punarbhaba Mahanandaya qatıldı.
Laquna
Makina
== Çap maşını == Makina (Çap maşını) — mexaniki, elektromexaniki və elektron-mexaniki cihaz. Klaviaturaya barmaq basmaqla mürəkkəbli lent vasitəsi ilə kağıza mətnlər yazılır.Bu maşın 1871-ci ildə Xristofer Latham tərəfindən icad edilib. == Daktilo yazısı == Müasir dövrdə bir sıra qrafika növləri olduğu kimi, yazı növləri də vardır. Qrafika bütöv yazı sistemini əhatə edir. Yazının növləri isə tamamilə başqadır. Buraya, görməyən adamların qalın kağız üzərində açdıqları deşiklərdən ibarət yazı, Morze əlifbası deyilən yazı sistemi (bundan rabitə sistemində geniş istifadə edilir) də aiddir. Yazı növlərindən biri də daktilo yazısıdır. Daktilos- yunanca barmaq deməkdir. Barmaqlar vasitəsilə fikrin ifadə edilməsi kar-lalların əsas ünsiyyət vasitəsidir. Daktilo necə yaranmışdır?
Sakura
Sakura (yap. さくら, yap. 桜, 櫻) — 11 bioloji növün və gavalıkimilər yarımfəsiləsinə daxil olan bir neçə ağac çeşidinin ümumi adı. Çox vaxt Prunus serrulata da sakura adlandırılır. Sakura adlanan növlərin çoxu əsasən dekorativ bitkilərdir və kiçik, yeyilməyən meyvələr bitirirlər.
Tacura
Tacura—bəzən Tacora, Aralıq dənizi sahilində, Tripolidən 14 kilometr (8.7 mil) şərqdə şəhər. 2001-2007-ci illərdə Tacura Tacura wa Arba rayonun inzibati mərkəzi idi.. Tacura Tripolinin ən çox anti-Qəddafi bölgəsi olduğu bilinir və şəhər Liviya inqilabında yüksək itki vermişdi və məşhur bir adamın Tacura haqqında söylədiyi bir cümlə qalmışdı (Tacura Öməri görmədivə görmək istəmədi).
Takume
Takume (fr. Takume) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Raroia atolundan 8 km şimal-qərbdə yerləşir. == Coğrafiya == Atollun sahəsi 5 km², uzunluğu 20 km-dir. Daxilində laqun vardır. Kiçik boğazla okean suları ilə birləşir. == İnzibati bölgüsü == İnzibati baxımından Makemo kommunasına daxildir. == Tarixi == Takume ilk dəfə 1820-ci ildə rus dənizçisi və səyyahı, tədqiqatçısı Faddey Bellinshauzen tərəfindən kəşf edilir. O, adanı general Nikolay Repnin-Volkonskinin şərəfinə Volonski atollu adlandırır. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Tanuja
Tanuja Samart (23 sentyabr 1943, Bombey, Britaniya Hindistanı), Tanuja kimi tanınan – hind kinoaktrisasıdır. 23 sentyabr 1943–cü ildə Hindistanda aktrisa Şobna Samart və prodüser Kumarsen Samartın ailəsində dünyaya gəlmişdir. Aktyor Şomu Mukerci ilə evli olmuşdur. Cütlüyün iki qız övladı dünyaya gəlmişdir. Böyük qızı məşhur hind aktrisası Kacol, kiçik qızı aktrisa Tanişadır. Memdidi (1961), Chand Aur Suraj (1965), Baharen Phir Bhi Aayengi (1966), Jewel Thief (1967), Nai Roshni (1967), Jeene Ki Raah (1969), Haathi Mere Saathi (1971), Anubhav (1971), Mere Jeevan Saathi (1972) və Do Chor (1972) filmlərindəki rolları ilə tanınmışdır.
Tarhuna
Tarhuna və ya Tarhona-Tripolinin cənub-şərqində, Maqrub bölgəsindən 65 kilometr (40 mil) uzaqlıqda olan şəhər. Şəhər öz adını Roma dövründən əvvəl əsası qoyulan Bərbər qəbiləsinin sakinlərindən alır. Şəhər 19-cu əsrin 20-ci əsrin ortalarında əl-Boirat kimi tanındı, lakin Liviya müstəqillik əldə etdikdən sonra indiki adını aldı. Musallata şəhəri də daxil olmaqla Tarhuna mahalında təxminən 296.000 nəfər sakin var (2003). == Tarixi == Tarhuna şəhərinin mərkəzində, Tarhuna məscidinin yanında, İtaliyalılara qarşı 18 İyun 1915-ci ildə Əl-Şaqiqa döyüşündə qəhrəman olmuş Əli Suidan Əlxətminin xatirəsi var.Şəxs 1922-ci ildə tutuldu və şəhər meydanında italyanlar tərəfindən asıldı. Əhali ümumiyyətlə Müəmmər Qəddafi rejimini bəyənən Tarhuna qəbiləsinə aiddir. 2011-ci il avqust ayının sonlarında (Liviya Vətəndaş Müharibəsinin bir hissəsi olaraq) Milli Qurtuluş Amyinin müxalif qüvvələri vətəndaşların qarışıq hissləri içərisində Tarhuna girdilər. Tarhuna yaxınlığında baş verən qarşıdurmalarda Müəmmar Qəzzafinin oğlu Xamis Qəzzafinin öldüyü məlumdur. 23 Avqust 2012-ci ildə Daxili İşlər Nazirliyinin sözçüsü Əbülmanim əl-hür, Qəddafi tərəfdarı olduğu iddia edilən (Katibat əl-Əvfiya və ya Sadiqlər Briqadası) yüzdən çox tank və iyirmi altı raket atışının ələ keçirildiyini bildirdi. Tarhundakı düşərgələrinə basqın etdi.
Yakuza
Yakudza (yap. ヤクザ) — Yaponiya mafiya qruplaşması. Ginnesin rekordlar Kitabına görə dünyanın ən əhəmiyyətli cinayət fenomendir. Əsası 17-ci əsrdə qoyulmuş Yakudzanın fəaliyyət dairəsinə ölkəyə Avropa və Amerikadan senzurasız pornoqrafiya importu, bədən alveri, reket və qanunsuz immiqrasiyanın təşkili aiddir. Çeçələ barmağının yoxluğu mafiya üzvü olmağın işarəsi sayılır. Dəstə üzvləri başçıdan üzr istəmək məqsədi ilə bu qurbana yol verirlər. Yakudzanın yuxarı ranqında duran üzvlərinin bir çoxunun bədəni tamamilə tatuaj ilə örtülmüşdür. Hazırda cinayətkar qrupun 2.500 ailəni təmsil edən 110.000 fəal üzvü vardır. == Etimologiya == == Yakudzanın tarixi == === Tekiya və bakuto === === İlk patron və ilk müharibə === === XX əsrin birinci yarısı === === Qurentay === === Osaka müharibəsi və Yamaquchi-Quminin yüksəlişi === === Yoşio Kodama dövrü === === Sokaya === === 1990-cı illər === === 2000-cı illər === === 2010-cı illər === == Yakudzanın strukturu == === Ən böyük qruplar === == Yakudzanın fəaliyyət dairələri == === Coğrafi yayınması === == Submədəniyyət və yakudzanın xüsusiyətləri == === Daxili atributları === == Yakudza ilə mübarizə == == Yakudza populyar mədəniyyətdə == == İstinadlar == == Xarici keçidlər == "YAKUZA Wiki" (yapon). YAKUZA Wiki.
Kral Şir 3: Hakuna Matata (cizgi filmi, 2004)
Kral Şir : Hakuna Matata (ing. The Lion King 3: Hakuna Matata, ABŞ-da:The Lion King 1½) — 2004-cü ildə istehsal olunmuş cizgi filmlərindən biridir. Cizgi filmin tam tərcüməsi "Kral Şir 3: Problem yoxdur" kimi səslənir. Cizgi film Tim Stoppardın "Rozenkrants və Gildenştern ölüdürlər" pyesinin analoquna bənzəyir. Cizgi filmindəki bir çox səhnələr çox qarışıq təsvir olunur. == Məzmun == Cizgi filmin bu seriyasında əsas qəhrəmanlar Timon və Pumbadır. Bu seriyada Timon və Pumbanın ilk görüşü təsvir olunur. Həmçinin, Timonun anası və dayısı Maks cizgi filminin bu seriyasında göstərilir. Cizgi filmində ilk seriyadan çoxlu səhnələr vardır... == İstinadlar == == Xarici keçidlər == Kral Şir 3: Hakuna Matata — Internet Movie Database saytında.
Akura
Acura (azərb. Akura‎) — avtomobil istehsal edən Hondanın ayrı bir bölməsi. Acura, Avropanın istehsalçıları ilə ABŞ bazarında bərabər səviyyədə yarışan ilk Yapon premium markası oldu. Yeni avtomobillərin əsas üstünlükləri yenilikçi mühəndislik, yüksək keyfiyyətli və texniki avadanlıq və maksimum müştəri məmnuniyyətidir. == Adı və loqosu == Markanın adı dünyanın bir çox dilləri ilə ortaq olan latın dilindəki Aku (Acu) morfeminə əsaslanır. Bu dəqiqlik, etibarlılıq deməkdir. Bu morfemdən formalaşmış yeni söz Acura markasının təməl prinsipidir. Yeni markanın loqosu müasir mühəndislər tərəfindən istifadə olunan hissələrin dəqiq ölçülməsi üçün bir vasitədir - dəyişdirilmiş "A" hərfidir. Loqotipin məqsədi Acura avtomobilinin texniki və dizayn üstünlüyünü vurğulamaqdır. == Tarixi == Acura tarixi 1984-cü ilin fevral ayında - Honda yeni bir bazar seqmentinə daxil olmaq və yeni bir marka yaratmaq niyyətini təsdiqləyərkən başladı.
Akuta
Akuta — Tiflis quberniyasının Axalsix qəzasında dağ adı. == Toponimkası == Akuta — Tiflis quberniyasının Axalsix qəzasında dağ adı. Türk dillərində aq və ut (azərbaycanca ot) sözlərindən ibarətdir. XIX əsrdə Qars əyalətinin Oltin dairəsində Aqut-Kom kənd və yayla adı, Aqutir, Azərbaycanda Şəki rayonunda Oxut (Aqut adından təhrif) adları ilə eyni mənadadır. Mal-qaranın yediyi "aq otluq" mənasındadır. XIX əsrdə Cənubi Qafqazda bu adın Aqudi forması da vardı: Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) Aqudi, Qars əyalətinin Oltin qəzasında Axut, Naxçıvanda Aqut-İr, Quba qəzasında Oqudi dağ adı və s. Naxçıvanda Akutir kənd adı ilə eyni bir kənd adı Akutiri formasında Kaxetiyada qeydə alınmışdır.
Asuna
Asüna – keçmiş Kanada avtomobil markası. Asuna Kaqurazaka – "Negima! Magister Negi Magi" manqa seriyasının baş qəhrəmanlarından biri. Asuna (Sword Art Online) – "Sword Art Online" ranobe seriyasının baş qəhrəmanlarından biri. Asuna – "Pokemon" personajı.
Fauna
Fauna (mifologiya) — Qədim Roma mifologiyasında heyvandarlıq ilahəsi. Fauna (zoologiya) — müəyyən ərazi, rayon, ekosistem və ya biosenozun heyvan növlərinin məcmusu.
Sauna
Sauna — tərləmə yolu ilə bədəndəki su və toksinlərin normaya salınması, dəridəki məsamələrin açılması və dərinin təmizlənməsi kimi öhdəlikləri özündə cəmləşdirən yüksək istilikli otaqlardır. Adətən 5–6 nəfərlik otaqlardan ibarət sauna günümüzdə bir çox idman zallarında, hamamlarda və gözəllik mərkəzlərində fəaliyyət göstərir. Bununla yanaşı, bir sıra yaşayış sahələrində də sauna otağı mövcuddur. Ənənəvi saunalarda, daxili mühit müəyyən ağac növləri istifadə edilərək hazırlanır və strukturu pillə şəklində oturma yerlərindən ibarət olur. Saunalarda taxtadan istifadə edilməsində əsas məqsəd, yüksək istilik şəraitində istifadəçinin rahatlığını maksimallaşdırmaqdır. Sauna sobası, adətən otağın orta hissəsində yer alır və əsas istilik mənbəyidir. Ənənəvi saunalarda soba odun alovu ilə, müasir saunalarda isə elektrik ilə çalışır. Sobanın üst hissində yerləşən sauna daşları, sobanın qızması ilə isinir. Zaman-zaman otaqdakı nəmişlik və istilik dərəcəsini artırmaq üçün bu daşların üstünə su tökülərək buxar əldə edilir. Xüsusilə Skandinaviya regionunda sauna daşlarının üstünə tökülən suya müxtəlif ətirlər qarışdırılır.
Takka
Takka (lat. Tacca) — bitkilər aləminin dioskoreyaçiçəklilər dəstəsinin dioskoreyakimilər fəsiləsinə aid bitki cinsi.
Baykar Makina
Baykar Makina — 1984-cü ildə əsası Özdemir Bayraktar tərəfindən qoyulmuş Türkiyə təyyarə düzəltmə şirkəti. == Ümumi məlumat == Əsası qoyulduqdan sonra ilk illərdə şirkət mühərriklər, nasoslar və avtomobil ötürücüləri üçün hissələrin istehsalı ilə məşğul idi. 1986-cı ildə Özdemir Bayraktar tərəfindən Baykar Makina olaraq yerliləşdirməyə tabe olan həssas mühərrik, nasos və sürət qutusu hissələrinin istehsalında avtomobil sənayesinə xidmət etmək üçün yaradılmışdır. 2000-ci ildən başlayaraq Baykar Makina təyyarə istehsalı sahəsində, xüsusən də pilotsuz uçuş aparatlarının (PUA) tədqiqi və istehsalı sahəsində fəaliyyət göstərməyə başladı. Özdemir Bayraktarın oğulları - Haluk, Səlçuk və Axmet ​​Bayraktar - bu işlərdə fəal iştirak edirlər. Şirkətin tədqiqat və elmi inkişaf qrupu 800 nəfərdən ibarətdir. Bunların arasına mühəndislər və texniki işçilər daxildir. == Fəaliyyəti == 2007-ci ildə şirkət ilk Türk pilotsuz kəşfiyyat dronu "Kale-Baykar Mini"ni hazırladı. Türk Quru Qoşunları Komandanlığı, şirkətlə 19 ədəd PUA sistemi almaq üçün müqavilə imzaladı. Baykar Makina, xarici müştərilərə pilotsuz uçan aparatları ixrac etməyə başlayan ilk Türkiyə şirkəti oldu.
Brassica saruna
Şalğam-turp (lat. Brassica rapa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Barbarea derchiensis S.S. Ying Brassica amplexicaulis Hochst. ex A.Rich. [Illegitimate] Brassica antiquorum H.Lév. Brassica asperifolia Lam. Brassica asperifolia var. esculenta Gren. & Godr. Brassica asperifolia var.
Datura tatula
Adi dəlibəng (lat. Datura stramonium) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin dəlibəng cinsinə aid bitki növü. == Təbii yayılması == Cənub-şərqdə, Astraxan, Volqoqradda, az miqdarda Samarski və Saratovsk vilayətlərində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5-dək olan mil köklü, güclü budaqlı, birillik ot bitkisidir. Gövdəsi düzdayanan, çəngəlvari budaqlanmış, çılpaqdır. Yarpaqları növbəli, bütöv yumurtavari, iri oyuqlu-dişli, ucu biz, saplaqlı, üstü tünd yaşıl, alt tərəfi açıqdır. Ağ rəngli ucda və ya qoltuqda yerləşən iri, tək çiçəkləri qoxuludur. Ağ qıfvari büküklü çiçək tacı və kasacığı bitişik yarpaqlı, beş hissəlidir. İyun-avqustda çiçəkləyir. Meyvəsi-dörd yuvalı, dörd laylarla açılan, iynələrlə örtülmüş qutucuqdur.