Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vah
Vah (slovak. Váh) — Slovakiyanın ən uzun çayı, Dunayın sol qolu. == Adlanması == Çayın adı latın dilindən olan vagus (gəzib dolanan) sözündən yaranıb, belə ki, çay öz məcrasını tez-tez dəyişirmiş. == Coğrafiyası == Vah çayı Kralyova Leqota çayı yaxınlığında, mənsəbini Vısokiye Tatrı və Nizkiye Tarı dağlarından götürən Çernı Vah və Belı Vah çaylarının birləşməsi nəticəsində yaranır. Vah çayının uzunluğu — 433 km, çay səthinin sahəsi — 19 600 km²-dir. İllik su sərfi 152 m³/saniyədir. == İqtisadiyyatı == Vah çayı üzərində Vajsk silsiləsi yaradan 20 su elektrik stansiyası vardır. Çayın suyu suvarma və su təchizatı üçün istifadə edilir. Çay mənbəyindən Sered şəhərinə qədər gəmiçilik üçün istifadə edilir.
Tvan Börx
Tvan Börx (nid. Twan Burg; doğ. 2 aprel 1990) — Niderland şahmatçısı, qrosmeyster (2015). == Şəxsi həyatı == Tvan Börx 2016-cı ilin sentyabr ayında azərbaycanlı beynəlxalq qrosmeyster (qadınlar arasında) Nərgiz Umudova ilə ailə həyatı qurub. == İstinadlar == == Xarici keçidlər == FIDE Chess profili Twan Burg. Chess-DB.com Arxivləşdirilib 2016-07-29 at the Wayback Machine (ing.) Twan Burg. Chessgames.com (ing.) Twan Burg.
Conatan Tah
Vah!.. (1980)
== Məzmun == Kinokomediyada Azərbaycanın cənubunda ev işləri ilə məşğul olmağın kişilər üçün qəbahət sayılması və bu adətin tədricən aradan götürülməsi haqqında danışılır. == Film haqqında == Film yazıçı Xizgil Avşalumovun "Bulaq başında görüşlər" hekayəsinin motivləri əsasında çəkilmişdir.
Vah!.. (film, 1980)
== Məzmun == Kinokomediyada Azərbaycanın cənubunda ev işləri ilə məşğul olmağın kişilər üçün qəbahət sayılması və bu adətin tədricən aradan götürülməsi haqqında danışılır. == Film haqqında == Film yazıçı Xizgil Avşalumovun "Bulaq başında görüşlər" hekayəsinin motivləri əsasında çəkilmişdir.
Çan Kon Vah
Çan Kon Vah (31 avqust 1961) — Honq Konqu təmsil edən stolüstü tennisçi. == Karyerası == Çan Kon Vah Honq Konqu 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub.
Aval
Aval (fr. aval, ehtimala görə ərəb. حوالة‎) — vekseli imzalamış şəxsin və ya veksel üzrə öhdəlik daşıyan digər şəxslərin öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürən şəxsin veksel zəmanəti. Avalist vərəqçi ilə bərabər məsuliyyət daşıyır və onun öhdəliyi, hətta onun zəmanət verdiyi öhdəlik forma qüsurundan başqa hər hansı səbəbdən etibarsız olduğu halda da etibarlıdır. Bu baxımdan aval əsas öhdəliyə münasibətdə əlavə (aksesuar) olan təminata deyil, bank təminatına tam bərabərdir. Avalistin məsuliyyəti onun zəmanət verdiyi şəxslə birgə və bir sıra məsuliyyət daşıyır. Aval vekselə və ya çekə yazmaqla həyata keçirilir; o, öz adını ödəyicinin adına aid edir, bunun üzərinə “aval başına” (yaxud “aval üçün hesab” və ya hər hansı ekvivalent düstur) sözlərini əlavə edir və aval verənlərə imza qoyur. Lakin avalın etibarlılığı üçün vekselin və ya çekin üz tərəfində yalnız avalistin imzası kifayətdir, əgər bu imza ödəyici və ya veksel sahibi tərəfindən qoyulmursa. Aval kimin üçün verildiyini göstərməlidir. Belə bir əlamət olmadıqda çekin siyirtməsi və ya çekmecesi üçün verilmiş sayılır.
Avan
Avan (Ermənistan)
Avar
Avar dili — Qafqazda yaşayan xalqlardan biri olan avar xalqının dili. Avarlar (qafqazdilli) — Dağıstan Respublikasında ən böyük, Azərbaycanda sayca altıncı böyük etnik qrup. Avarlar — Avar xaqanlığını quran türk xalqı. Avar xaqanlığı — bugünkü Macarıstan, Slovakiya, Rumıniya və Serbiya torpaqlarında 562-823-cü illər arasında hökm sürən Türk dövləti. Ağ Hunlar — Hunların qərb qolu. Jujan xaqanlığı — Şimali Çin çöllərində türk dövləti.
Avaz
TRT Avaz — Avaz — Tovuz rayonu ərazisində dağ.
Avaş
Avaş — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun Avaş kəndi Kürəkçi kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Avaş kənd Soveti yaradılmışdır. == Toponimikası == XIX əsrin ortalarında Pirembel kəndindən çıxmış ailələrin Avaş adlanan yerdə məskunlaşması nəticəsində bu kənd yaranmışdır. Türk dillərində və monqol dilində ablav (aş) sözü "qoruq", "uzaq", "yaşayış məskənindən kənar", "boş yer" və "sakitlik" kimi izah olunur. XIX əsrin əvvəllərində İrəvan xanlığının Göyçə mahalında Abaş kəndi də mövcud idi. Avaş eyni zamanda Həbəşistanda dağ dərəsinin və çayın adıdır. == Coğrafiyası və iqlimi == Kənd Viləşçayın sahilində yerləşir.
Evax
Evax (lat. Evax) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Evaz
Evaz-İranın Fars ostanının Laristan şəhristanının Evaz bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14,315 nəfər və 3,297 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində danışırlar və şafi sünni müsəlmandırlar.
Kvas
Kvas (ukr. , belar. , mak. və serb-xorv. квас; lang-sk|kysel', kyselica, parovec}}, pol. kwas, kisiel, żur, lit. gira, latış. kvass‎, est. kali) — turş ənənəvi slavyan içkisi. == Kvasın növləri == === Çörək kvası === ==== Tərkibi ==== Çörək – 0.5 kq, su – 5 ml, kişmiş – 1 x.
Ptah
Ptah - Qədim Misirdə kainatı və bütün varlığı yaradan tanrı. Araşdırmaçılar onun örnəyində Qədim Misirdə monoteizmin əlamətlərinin olmasını güman edirlər. == Kimliyi == Memfis yaradılış əsatirləri Ptah adlı tanrı haqqında bəhs edirlər. O yunanların ilk oda çevirilmiş dəmirçiliyin tanrısı olan Hefestosun bənzəridir. Bu əsatirlər Misirin uzun müdət baş şəhəri olmuş Memfisdə yaranmışdırlar. Oradan fironlar ölkəni idarə edirdilər. Şəhərin adı VI-cı sülalınin fironu I Pepinin dəfn olunduğu “Mennefer Pepi” adlı məzarlığından əmələ gəlmişdir. Ptah Böyük Enneadanı (tanrılar doqquzluğunu) yaratmışdır. Bu doqquzluq Misirin ən yüksək tanrıları idi. Bunlar Atum, Şu, Tefnut, Nut və Geb, Osiris, Isis (İsida), Set, Nephfis tanrıları idilər.
Tanah
Tanax (ibrani dilində תנַ"ךְ) – yəhudilərin Müqəddəs Yazılar toplusu. Bu Kitab xristianlar tərəfindən Əhdi-Ətiq adlandırılır və Bibliyanın birinci hissəsini təşkil edir. Tanax üç hissədən ibarətdir: Tövrat (תּוֹרָה Tora), Peyğəmbərlər (נְבִיאִים Nəviim) və Yazılar (כְּתוּבִים Kətuvim). Əslində, "TaNaX" sözü bu bölmələrin adlarının ilk hərflərinin qısaldılmış şəklidir. Xristianlara görə, Əhdi-Ətiq 39 əsərdən ibarətdir. Yəhudilər isə Tanaxın 24 kitabdan ibarət olduğunu deyirlər. Buna səbəb, yəhudilər bəzi əsərləri birləşdirmələridir. Nəticədə 39 deyil, 24 əsər alınır. Katoliklər, yəhudilər, pravoslavlar və protestantlar tərəfindən "qeyri-kanonik" sayılan 11 əsəri əlavə olaraq kanon kimi qəbul edirlər. == Tanaxın bölmələri == Tanaxın ilk bölməsi olan Tövratda (תּוֹרָה Tora) kainatın və ilk insanın yaradılışından, Adəm peyğəmbərdən (ə), Habil və Qabildən, Nuh tufanından, Yusifin (ə) həyatından, Musanın (ə) fironla mübarizəsindən və onun yəhudiləri Misirdən çıxarmasından, yəhudilərin Allahla əhd bağlamaqlarından, haramlardan, halallardan və digər bir çox məsələlərdən bəhs olunur.
Tava
Tava adası - Xəzər dənizinin Bakı buxtasında yerləşən Azərbaycana məxsus ada.. Böyük Zirə adası ilə Daş zirə adası arasında yerləşir. Sahildən 6 km məsafədə yerləşir. Kiçik adalar sırasına daxildir. Bununla belə bura Xəzər suitisi, Xəzər qağayısı, Fitçi çürə və sair canlılar məskun olur. Ada Bakı arxipelaqına aiddir.
Tcsh
Tcsh (oxunuşu:ti-si-şel) — Unix shell olub, C shell-in əsasında yaradılmışdır. C shell-ə əlavə olaraq komandanın tamamlanması, yazılmış komandanın redaktə edilməsi kimi xüsusiyyətləri var. Mac OS X-in ilk versiyalarında tcsh əsas (default) shell kimi istifadə olunurdu, 10.3 versiyasından etibarən bash əsas shelldir. Hal-hazırda FreeBSD əməliyyat sistemində əsas shelldir.
İlah
İlah (kişi) və ya İlahə (qadın) (ərəb. إله‎) — müqəddəs hesab olunan, fövqəltəbiilik və ya ölümsüzlük xüsusiyyətlərinə malik olan sima. Sitayiş və pərəstiş obyekti. İlahlar müxtəlif obrazlarda və daha çox insan və ya heyvan şəklində təsvir olunurlar. Bəzi dini etiqadlar ilahların hər hansı formada təsvir edilməsini küfr hesab edirlər. İlahlar bir qayda olaraq ölümsüz olurlar, individuallığa və həmçinin insana xas olan şüur, istək və emosiyalar kimi xüsusiyyətlərə malik olurlar. Təbiət hadisələri — ildırım çaxması, sel daşqınları, zəlzələlər, digər "fors-major hallar" və möcüzələr ilahların əməlləri kimi qəbul edilir. Möminlərin hesab edirlər ki, bəzi ilahlar insanın taleyini müəyyən edir, onun doğulması və ölümünü tənzimləyir, dünyanı və kainatı, yaxud onların ayrı-ayrı elementlərini yaradırlar. İlahələrə misal ağıllılıq ilahəsi Afina, səfehlik ilahı Ate, dəniz ilahı Poseydon, alov ilahı Hefest, ov ilahəsi Artemis, torpaq ilahı Artey, çaylar, sular ilahı Axel, evlilik ilahəsi Yuno, hərb ilahı Appolon, müharibə ilahı Mars, kələkbazlıq ilahı Hermes, yeraltı aləmin ilahı Aid'dir.
İvan
İvan — slavyan kişi adı. İvan Turgenev — Rusiya yazıçısı. İvan Poddubnı — kazak əsilli SSRİ pəhləvanı. İvan Ayvazovski — erməni əsilli Rusiya rəssamı. İvan Kramskoy — Rusiya rəssamı. İvan Qabışev — dövlət xadimi, 26 Bakı komissarından biri. İvan Fioletov — dövlət xadimi, 26 Bakı komissarından biri. İvan Nokolayşvili — dövlət xadimi, 26 Bakı komissarından biri. İvan Malıqin — dövlət xadimi, 26 Bakı komissarından biri. İvan Mazepa — Zaporojya ordusunun getmanı.
ŞVAK
ŞVAK (rus: Шпитальный-Владимиров Авиационный Крупнокалиберный (ШВАК) Şpitalni-Vladimirov Aviatsionni Krupnokaliberni) Sovet istehsalı olan 20 mm-lik avtomatik topdur. Silah bir çox sovet təyyarələrinə quraşdırılmışdı və İkinci Dünya Müharibəsində istifadə edilmişdir. İkinci Dünya Müharibəsində geniş istifadə edilmişdir. Yüngül tanklar üçün istehsal edilən model TNŞ (ТНШ) kimi tanınır. Silahın istifadə etdiyi sursat 20×99mmR, kalibri 20 mm, atış sürəti dəqiqədə 700-800 mərmi, mərmisinin çıxış sürəti 750-790 m/s, effektli mənzili 600-800 m, maksimal mənzili 1000 m, bəsləmə sistemi kəmər olmuşdur.
Agah Əfəndi
Agah Əfəndi (1832, Yozqat – 1885, Afina) — Türkiyə yazıçısı,"Gənc Osmanlı" cəmiyyətinin üzvü, Poçt naziri, səfir. O, Türkiyədə poçt naziri kimi ilk poçt pullarını buraxmışdır. Bu gün o, daha çox bir qəzet işçisi kimi xatırlanmaqdadır. Dövrünün mütərəqqi padşahlarından olan Əbdüləzizin hakimiyyəti zamanı Agah Əfəndi Avropaya göndərildi. Avropadan qayıtdıqdan sonra II Əbdülhəmid tərəfindən sürgünə göndərilmiş, istibdad zülmü çəkmişdir. == Həyatı == Poçt pullarının və qəzetlərinin atası sayılan Agah Əfəndi 1832-ci ildə İstanbulda Sarıyerdə anadan olmuşdur. Yozqatlı Çobanoğullarından Ömər Əfəndinin oğludur. Yeddi il tibb institutunda oxuduqdan sonra fransız dilini yaxşı bildiyi üçün təhsilini yarımçıq qoyub "Babiali tərcümə şöbəsində" çalışmışdır. Avropadan vətənə qayıtdıqdan sonra bir çox vəzifələrdə çalışmışdır. O, da II Əbdülhəmidin sürgünündən yan keçə bilməmişdi.
Avak Petrosyan
Avak Qeqamoviç Petrosyan (16 (29) mart 1912, Kəmrəz, İrəvan qəzası – 5 noyabr 2000, İrəvan) — erməni mənşəli Azərbaycan SSR xalq artisti (1962). == Həyatı == 29 mart 1912-ci ildə Ermənistanın Abovyan rayonunun Kəmrəz kəndidə anadan olmuşdur. 1941-ci ildən Yerevan Opera və Balet teatrının solisti olmuşdur. Ermənilər öz aləmlərində Petrosyanı Üzeyir Hacıbəyovun "Koroğlu" operasının ən yaxşı ifaçısı iddia edirlər.
Avaz Otar
Avaz Otar (15 avqust 1884, Xivə — 1919, Xivə) — özbək şairi. == Həyatı == Avaz Otar 1884-cü ilin avqust ayında Xivədə dünyaya gəlmişdir. Atası, sənət və ədəbiyata olan həvəsi səbəbiylə zamanında olduqca tanınmış bir şəxs idi. "Bərbərlik etməsi səbəbiylə xalq arasında "Usta Otar" ünvanı ilə anılmaqda və zamanının öndə gələn sənətçi və elm adamlarıyla yaxın münasibətlər qurmaqdaydı. Onun evində əsasən Agəhi, Kamil Xarəzmi, Mütrib Xanəxarabi, Bəyani və başqa şairlərin iştirakıyla ədəbi sohbətlər aparılırdı. Bu məclislərdə təbii ki, gənc Avaz da iştirak etməkdəydi." Bu ədəbi söhbətlər daha o yaşlarda Avaz Otarın təqip edəcəyi yolu böyük ölçüdə təyin etmişdi. Onun ədəbiyata olan ilgisi uşaq deyilə biləcək yaşlarda başlamışdı. Avaz Otarın mədrəsə təhsili aldığı illərdə ədəbiyata olan ilgisi daha da artmışdı. "Avazın ədəbiyata olan həvəsi çox erkən yaşlarda başlayıb, mədrəsədə oxuduğu illərdə şərq ədəbiyatının seçkin təmsilçilərindən Hafiz Şirazi, Əbdürrəhman Cami , Lütfi və Əlişir Nəvailərin əsərləri ilə yaxından tanış oldu və onlardan təsirlənib eşq şeirləri yazmaya başladı." On dörd yaşında şeirlər yazmağa başlayan Avaz Otar, on səkkiz yaşına çatdığında xalq arasında artıq tanınır olmuşdu. Onun lirik şeirləri, sazəndə və xanəndələr tərəfindən bəstələnib söylənməyə başlandı.
Avaş çayı
Avaş (bəzən yazılışda Havaş; afar. We'ayot; somali Webiga Dir ) — Efiopiyanın əsas çayıdır. Çay axını tamamilə Efiopiya sərhədləri daxilindədir. Avaş çayı Qarqori gölü ilə başlayan və Cibuti ilə sərhəddəki Abbe gölü ilə bitən, Tacura körfəzinin başlanğıcından 100 kilometr (62 mil) məsafədə yerləşən bir-biri ilə əlaqəli göllər zəncirinə axır. Corc Huntiqforda görə Awash çayı XVI əsrdə Dir qəbiləsinin böyük çayı adlanırdı və müsəlman dövlətlərinə qədər uzanırdı. == Coğrafiya == Efiopiya Mərkəzi Statistika Agentliyinin yaydığı məlumatlara görə, Avaş çayının uzunluğu 1200 kilometrdir. Frank Riçardson Encyclopædia Britannica Eleventh Edition-dakı məqaləsində çayı belə təsvir edir: "quru mövsümdə eni təsminən 200 fut (61 m), dərinliyi 4 fut (1.2 m) olan dərin bir axındır və su əvvəlki səviyyəsindən 50–60 metr (160–200 ft) yuxarı qalxır və beləliklə hər iki sahili boyunca düzənliklər su altında qalır." == Tarix == İnsanlar növün başlanğıcından etibarən Avaş vadisində yaşayırdılar. Orta Avaş insanlara qədərki çox sayda hominid qalıqlarının tapıldığı yer olmuşdur. Təxminən 9 N-dən aşağı olan Avaş vadisi Afar xalqının və İssa qəbiləsinin ənənəvi evidir. Avaş vadisi tarixi vilayətlərin və ya Davaro, Fataqar, İfat və Şeva krallıqlarının ərazilərinə daxil edilmişdi.