Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Telesmia
Söyüd (lat. Salix) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Söyüd qışda yarpağını tökən, iri ölçülü ağac və ya xırda kol şəklində olan bitkidir. Yarpaqları uzunsov lansetvaridir, damarlanması lələkvaridir, saplağı qısadır. Çiçək sırğaları sallaq və ya dikdayanandır. Yarpaqlamadan əvvəl və ya sonra, yaxud yarpaqlama vaxtı çiçəkləyirlər. Nektarlı bitkilərdir. Cinsin yer kürəsində 600-dən artıq növü məlumdur. Qafqazda təqribən 25 növü, Azərbaycanda isə 15 növü bitir. Çox qədim cinsdir və onun qazıntı halında tapılmış nümunələri üçüncü dövrə aiddir.
Tüleniy
Tüleniy — Xəzər dənizində Dağıstana məxsus ada. Suyatkin burnundan 30 km şimal-şərqdə yerləşir. Uzunluğu 8 km, eni 6 km təşkil edir. XX əsrin 50-ci illərində ada qəsəbə mövcud olmuşdur. Burada zavod, məktəb və klub binalarının qalıqları hal-hazırda qalır. Əsasən insanlar həyət evlərində yaşayırdılar. İnsanların adanı tərk etməsinin səbəbi hələdə dəqiq məlum deyil. Belə bir rəvayət var ki, 50-ci illərdə ada sahillərində soyuq küləklər baş vermişdir. Bunun nəticəsində isə insanların yaşadığı evləri su basmışdır. Havanın sərt və şaxtalı olması səbəbindən ada sakinlərinə kömək geçikmişdir.
Turist tələsi
Turist tələsi (ing. Tourist trap) — Bir çox turisti cəlb edən və mal və xidmətlərin normaldan daha bahalı olan bir yer.
Likvidlik tələsi
Likvidlik tələsi — monetar orqanların ya faiz dərəcələrini aşağı salmaqla, ya da pul kütləsini artırmaqla iqtisadiyyatı stimullaşdırmaq üçün alətlərə malik olmadığı Keyns nəzəriyyəsində makroiqtisadi vəziyyət. Keynsçilər iddia edirlər ki, likvidlik tələsi adətən mənfi hadisələrin (deflyasiya, zəif məcmu tələb, vətəndaş və ya dünya müharibəsi) gözləntiləri insanların likvidliyə üstünlük vermələrinə səbəb olduqda baş verir. == Tərifi == Bu makroiqtisadi vəziyyətdə, qiymətlərin düşməsi gözləntilərinə görə, monetar orqanların hər hansı hərəkəti ilə real faiz dərəcələrini daha da aşağı salmaq mümkün deyil. Ümumi qiymət səviyyəsinin aşağı düşməsi gözlənilirsə, hər kəs nağd pul saxlamağa üstünlük verir, çünki bu, deflyasiya dərəcəsinə bərabər real gəlirlərin artması ilə nəticələnir. Pul kütləsinin artımından asılı olmayaraq real faiz dərəcəsi nominal faiz dərəcəsinin sıfır olduğu səviyyədən aşağı salına bilməz. Beləliklə, monetar orqanlar real faiz dərəcələrini aşağı salmaqla investisiyaları stimullaşdıra bilmirlər.
Siçan tələsi (İnformatika)
Siçan tələsi (ing.mousetrap, ru. мышеловка) - JavaScript, yaxud başqa skriptli dildə proqramlaşdırılmış, ancaq brauzerin “geri” (“back”) düyməsinin nəzərdə tutulduğu kimi işləmədiyi veb-səhifə. Yəni belə veb-səhifəyə daxil olduqdan sonra oradan geri qayıtmaq olmur. 2001-ci ildə ABŞ-nin Federal Ticarət Komissiyası (Federal Trade Commission) izləyiciləri reklamlara baxmağa məcbur etmək üçün minlərlə veb-saytda “siçan tələsi”indən istifadə edən reklamverənlərə qarşı cəza tədbirləri nəzərdə tutub. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.