Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tremolo
Tremolo it. tremolo – titrəyən 1. Eyni bir səsin cəldliklə təkrarlanması; bəzən bir neçə alətdə birlikdə də tətbiq olunur. 2. İki qonşu olmayan səslərin və ya səs birləşməsinin növbələşərək səsləndirilməsi.
Trepel
Trepel — kövrək və ya zəif sementləşmiş, çox yüngül, incə məsaməli ağ, boz-qonur, qırmızı və qara çökmə opal süxur Fiziki-kimyəvi xassələrinə görə diatomitə uyğundur, lakin trepel üzvi qalıqlar az olur və ya tamamilə olmur. Əsasən kiçik sferik opal və bəzən xalsedon qloblalarından (0,01–0,02 mm) təşkil olunmuşdur. Diatomea skeletlərinin iştirakından asılı olaraq diatomealı və diatomeasız (qlobulyar) trepel fərqləndirilir. Adətən tərkibində az miqdarda gilli maddə, qlaukonit, kvars, çöl şpatları dənələri olur. Təbaşirin dəniz çöküntülərində, qismən kaynazoy çöküntülərində yataqları məlumdur. Biogeokimyəvi mənşəli olması ehtimal edilir. Trepel izolyasiya, cilalama, tikinti materialı, uducu, katalizator, doldurucu, adsorbent kimi və dinamit hazırlamaq üçün istifadə edilir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006.
Covanni Batista Tyepolo
Covanni Batista Tyepolo, (digər adı Janbatista və ya Jiambatista Tyepolo) 1696-1770-ci illər ərzində yaşayıb, fəaliyyət göstərib. Venesiyalı rəssam, qravür ustası idi. Tyepolo Venesiya freskaçılarının son “böyük usta”sı olaraq tanınırdı. == Uşaqlığı və gəncliyi (1696-1726) == Janbatista Tyepolo Venesiyada kapitan Dominiko Tyepolonun ailəsində doğulub. Bu soyad aristokrat nəslinə aid idi. Amma Dominiko aristokrat rütbəsini almaq istəmədi. Rəssam yaşadığı bölgədəki Pietro di Castello da xaç suyuna salınıb. Xaç atası Covanni Batista Dorianın adına uyğun olaraq bu adı veriblər. Tyepolonun bir yaşı olanda atası ailəsini maddi çətinliklər içində qoyaraq vəfat edir. Janbatista əvvəllər Gregorio Lazzarinin şagirdi olub.