Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aleksandra Trusova
Aleksandra Vyaçeslavovna Trusova (rus. Александра Вячеславовна Трусова; 23 iyun 2004, Ryazan, Rusiya) ― Rusiyanı təmsil edən fiqurçu. O, 2020-ci ildə baş tutan Avropa Çempionatının və ISU Qran-Pri Finalının bürünc medalına sahib olub. Trusova həmdə, Kanada Qran-Prisinin (2019) və Rusiya Qran-Prisinin (2019) qalibi olub. Rusiya Çempionatlarında 2018-ci ildə gümüş, 2019-cu ildə isə bürünc medala sahib olan Trusova, gənclər arasında Avstraliya (2017), Belarus (2017), Litva (2018) və Ermənistan (2018) Qran-Prilərinin də qalibi olub, gənclər arasında ISU Qran-Pri Finalında isə 2017-ci ildə qızıl, 2018-ci ildə isə gümüş medala sahib olub. 2018 və 2019-cu illərdə gənclər arasında Dünya Çempionatının qalibi olmağıda bacaran Trusova, Yelena Radionovadan sonra 2 dəfə gənclər arasında Dünya Çempionatının qalibi olmağı bacaran idmançısıdır. O, həmdə 2018 və 2019-cu illərdə gənclər arasında Rusiya Çempionatının qalibi olub. == Karyerası == === 2016–2017-ci illər: Gənclərin Rusiya Çempionatında dördüncü pillə === Aleksandra Trusova 2017-ci ilin 1–5 fevralında St. Peterburq şəhərində baş tutan gənclər arasında Rusiya Çempionatında mübarizə apardı. O, qısa proqramda 64.95 balla altıncı, sərbəst proqramda isə 130.65 balla dördüncü pillənin sahibi oldu.
Scott Trust
"Scott Trust Limited" — Birləşmiş Krallıq şirkəti. Şirkət "Guardian Media Group"un sahibidir == Tarixi == Trast 1936-cı ildə "Manchester Guardian" və "Manchester Evening News"un sahibi Con Skott tərəfindən təsis edilmişdir. Trastın məqsədlərindən biri "The Guardian"ın liberal xarakterini gələcək sahiblərinin onu dəyişdirmək cəhdlərindən qorumaq idi. "Scott Trust" sonradan ləğv edilmiş və 1948-ci ildə yenidən formalaşmışdır. Bu zaman Con Skott şuranın üzvlərini təyin etmək üçün müstəsna hüququndan imtina etmişdir. Müvafiq sənədlərin imzalanmasından 5 ay sonra Con Skott vəfat etmişdir. 2008-ci ilin oktyabrında trastın ləğvi və onun aktivlərinin yeni "The Scott Trust Limited" şirkətinə təhvil verilməsi elan edilmişdir. Bu müqavilənin məqsədi fondun "The Guardian"a verdiyi müdafiəni gücləndirmə idi.
Liz Truss
Meri Elizabet Trass (ing. Mary Elizabeth Truss; 26 iyul 1975, Oksford, Birləşmiş Krallıq) — Mühafizəkarlar Partiyasının sədri (5 sentyabr–24 oktyabr 2022) olan Britaniyalı siyasətçi, Böyük Britaniyanın Baş naziri (6 sentyabr–25 oktyabr 2022). O, 2021-ci ildən Xarici İşlər, Birlik və İnkişaf Məsələləri üzrə Dövlət Katibi, 2019-cu ildən isə Qadınlar və Bərabərlik Naziri vəzifələrində çalışır. Mühafizəkarlar Partiyasının üzvü, 2010-cu ildən bəri Cənub-Qərbi Norfolkda Parlament üzvü (MP) kimi fəaliyyət göstərir. O, baş nazirlər Devid Kemeron, Tereza Mey və Boris Consonun rəhbərliyi altında Nazirlər Kabinetində müxtəlif vəzifələrdə çalışıb. Trass 5 sentyabr 2022-ci ildə Mühafizəkarlar Partiyasının liderliyi seçkilərində rəqibi Rişi Sunakı məğlub edərək qalib gəldi. O, sentyabrın 6-da baş nazir vəzifəsinə başladı və bu vəzifədə işləyən üçüncü qadın oldu. Truss Oksforddakı Merton Kollecində oxuyub və Oksford Universitetinin Liberal Demokratlar Partiyasının prezidenti olub. 1996-cı ildə o, həm məzun olub, həm də Mühafizəkarlar Partiyasına qoşulub. Shell və Cable & Wireless-da işləyib və Reform beyin mərkəzinin direktor müavini olub.
Scott Trust Limited
"Scott Trust Limited" — Birləşmiş Krallıq şirkəti. Şirkət "Guardian Media Group"un sahibidir == Tarixi == Trast 1936-cı ildə "Manchester Guardian" və "Manchester Evening News"un sahibi Con Skott tərəfindən təsis edilmişdir. Trastın məqsədlərindən biri "The Guardian"ın liberal xarakterini gələcək sahiblərinin onu dəyişdirmək cəhdlərindən qorumaq idi. "Scott Trust" sonradan ləğv edilmiş və 1948-ci ildə yenidən formalaşmışdır. Bu zaman Con Skott şuranın üzvlərini təyin etmək üçün müstəsna hüququndan imtina etmişdir. Müvafiq sənədlərin imzalanmasından 5 ay sonra Con Skott vəfat etmişdir. 2008-ci ilin oktyabrında trastın ləğvi və onun aktivlərinin yeni "The Scott Trust Limited" şirkətinə təhvil verilməsi elan edilmişdir. Bu müqavilənin məqsədi fondun "The Guardian"a verdiyi müdafiəni gücləndirmə idi.
In God We Trust
In God We Trust — ABŞ və Floridanın rəsmi dövlət devizi. Mənası "Biz Tanrıya Ümid Bağlayırıq" deməkdir.