Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Urasa
Urasa - türk, anadolu və altay xalq mədəniyyətində və şamanizmdə nəfəs müalicəsi. İndiki vaxtda bir az da fərqli anlayışlarla qarışdırılaraq üfləməadı verilən, fövqəltəbii güclərlə əlaqəya keçilərək tətbiq olunan müalicə üsulu. Urasalamaq; bu əməliyyatı etməyi ifadə edir. == Uraz == Uraz - türk mədəniyyətində və xalq inancında taleh deməkdir. Uras, Oraz, Iraz olaraq da deyilir. Bəxt, şans deməkdir. Təsadüfləri təşkil etdiyine inanılan, yaxşı və ya pis vəziyyətləri təyin edən mücərrəd gücdür. Urasa anlayışı ilə əlaqəlidir. Namus, şərəf, ləyaqət kimi mənaları da vardır. == Etimologiya == (Ur) kökündən törəmişdir.
Vratsa vilayəti
Vratsa vilayəti (bolq. Област Враца) — Bolqarıstanın şimal-qərb zonasında yerləşən vilayət. Sahəsi 3619.7 Km2 olan Vratsa vilayətinin əhalisi, 2011-ci ilə olan məlumata görə 186 848 nəfərdir. == İnzibati əraziləri == Vratsa vilayəti 10 icmadan ibarətdir. Vratsa vilayətinin inzibati paytaxtı Vratsa şəhəridir. == Əhalisi == Vratsa vilayətinin əhalisinin 92.73 faizi milliyətcə bolqar, 6.18 faizi isə milliyətcə qaraçıdır.
Urata Rama
Urata Rama (20 dekabr 1986) — Kosovolu atıcı. Urata Rama Kosovonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Urata Rama birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 402.3 xal toplayaraq 48-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Pyatsa dei Mirakoli
Pyatsa dei Mirakoli (it. Piazza dei Miracoli) — Pizada yerləşən meydan. Məşhur Piza qülləsi və içərisində yerləşən Piza Kafedralı bu şəhərdə yerləşir. Turizm baxımdan böyük əhəmiyyətə sahib olan Piza qülləsi İtaliyada turistlərin ən çox ziyarət etdiklərdən yerlərdən biri hesab olunur. Tikili 1987-ci ildə UNESCO tərəfindən Ümumdünya irsi siyahısına salınmışdır.