Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tumaslı
Tumaslı (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd Tumaslı (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Tumaslı (dağ) — Cəbrayıl rayonu ərazisində dağ.
Ümaslan
Ümaslan-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Ümaslan-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Maslin
Brüs Rocer Maslin (ing. Bruce Roger Maslin 3 may 19463 may 1946) Avstraliya botaniki.
Maşlıq
Maşlıq — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Kəndin əsas təsərrüfatı kartof əkinçiliyidir. Bununla yanaşı heyvandarlıq və ovçuluq da inkişaf etmişdir. == Tarixi == == Toponimikası == Maşlıq oyk., sadə. Cəlilabad r-nunda kənd. Lənkəran ovalığındadır. Yaşayış məntəqəsi XIX əsrdə müxtəlif kəndlərdən çıxmış ailələrin Maşlıq adlı yerdə (Azərb. dilində maş paxlalı bitki, lobyanın bir növü) məskunlaşması nəticəsində yaranmışdır. Oykonim maş əkilən yer mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 3654 nəfər əhali yaşayır.
Ulaşlı
Ulaşlı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Ulaşlı Şıxlı — Azərbaycanın Göyçay rayonunda kənd. Ulaşlı (Sarvan) — Gürcüstanın Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsində kənd.
Tumaslı (Bərdə)
Tumaslı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Tumaslı (dağ)
Tumaslı — Azərbaycan Respublikası Cəbrayıl rayonunun ərazisində, Qarabağ silsiləsinin cənub hissəsində yerləşən dağ. Hündürlüyü 1580 metrdir. Dağ Tumas kəndinin şimalındadır. Yerli əhali arasında Tumas dağı olaraq bilinir.
Tumaslı (Şərur)
Tumaslı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Tarixi == Bu kəndin yaranma tarixi və adı tarixçilər tərəfindən araşdırılmamışdır. Lakin adının etimologiyası bu kəndin qədimliyinə sübutdur. Kəndin adının etimologiyasını iki variantda izah edilir. Birinci variantda, bunu Asiya qitəsinə adı verilmiş çox qədim "As/Az" tayfasının izləri (Tum/tüm+as/+lı) açıq göründüyü üçün bu kəndin "Tum (tüm/bütün?) + As tayfısının yaşadığı yer" mənasını verdiyini güman etmək olar. "-lı" isə yer, mənsubluq bildirən şəkilçidir. İkinci variantda, kəndin adının qədim türk dilində mövcud olan "Tumas" şəxs adı ilə bağlı ola bilməsi ehtimalıdır. Bu halda kəndin adının "Tumas ailəsinin (və ya qəbiləsinin) yaşadığı yer ("lı" isə yer, mənsubluq bildirən şəkilçidir) mənasını verdiyini iddia etmək olar. Bərdə rayonunda eynilə bu adda kənd mövcuddur. Oxşar ada Qubadlı rayonunun Çay Tumas və Cəbrayıl rayonunun Dağ Tumas kəndlərində də rast gəlinir.
Tumaslı mədrəsəsi
Tumaslı mədrəsəsi — Qarabağda yerləşən qədim mədrəsə. == Haqqında == Mədrəsə Dizaq mahalı,Tumaslı kəndində yerləşirdi.Dövrün görkəmli ədiblərindən olan Molla Vəli Vidadi müəyyən müddət bu mədrəsədə müəllimlik etmişdi. Mədrəsədə təhsil alan şagirdlərin əksəriyyətini sunnilər təşkil edirdi. XIX əsrin əvvəllərində mədrəsədə müəllim edən şəxslər arasında Mahmud əfəndi Tumaslı (1781–1842), Molla Mustafa Tumaslı və başqaları var idi. Mədrəsədə təhsil görmüş şagirdlərdən bəziləri İstanbula da göndərilmişdi. Mədrəsənin tələbələrindən biri kimi xəttat Omsan Tumalıni nümunə göstərmək olar. Mədrəsəyə hamilik edən şəxs Mikayıl sultan Həsən ağa oğlu Tumaslı (1781–1847) idi.
Brüs Maslin
Brüs Rocer Maslin (ing. Bruce Roger Maslin 3 may 19463 may 1946) Avstraliya botaniki.
Ulaşlı (Qubadlı)
Ulaşlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Ulaşlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Kavdadıq kənd Sovetinin mərkəzi Ulaşlı kəndinə keçirilmiş və kənd Soveti Ulaşlı kənd Soveti adlandırılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == XIX əsrə aid yazılı mənbələrdə kəndin adı Hulaşlı şəklində qeydə alınmışdır. Tədqiqatçılara görə, oykonim erkən orta əsrlərdə Şimali Qafqazda yaşamış hulaşar tayfasının (Suriya mənbələrində Kulas) adı ilə bağlıdır. Ərəb mənbələrində onlardan xəzər tayfalarından biri kimi bəhs olunmuşdur. XII əsrədək Volqa çayının sahilində bulqarlann Hulaş şəhəri olmuşdur. "Kitabi-Dədə Qorqud" dastanlarındakı Ulaş antroponimi də bu etnonimin variantı hesab edilir. Hulaşlann bir qismi müxtəlif vaxtlarda xəzər, bulqar və suvarlarm tərkibində Azərbaycana gəlmişlər.
Ulaşlı (Sarvan)
Ulaşlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Ulaşlı Şıxlı
Ulaşlı Şıxlı — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Göyçay r-nunun Potu i.ə.v.-də kənd. Şirvan düzündədir. R-nun ərazisində Şıxlı adlanan üç kəndi bir-birindən fərqləndirmək üçün Qubadlı Şıxlı, Malı (Mollu) Şıxlı, Ulaşlı Şıxlı adlandırmışlar. Bu kəndlərdə vaxtilə Qarabağdan köçüb gəlmiş ailələr məskunlaşdığından oykonimin əvvəlinə müvafiq olaraq həmin kəndlərin adları (Molu, Qubadlı, Ulaşlı) artırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1210 nəfər əhali yaşayır.
Ümaslan-i Süfla (Germi)
Ümaslan-i Süfla (fars. اوماسلان سفلي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 92 nəfər yaşayır (19 ailə).
Ümaslan-i Ülya (Germi)
Ümaslan-i Ülya (fars. اوماسلان عليا‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 415 nəfər yaşayır (79 ailə).