Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mixail Tolstıx
Mixail Sergeyeviç Tolstıx (rus. Михаил Сергеевич Толстых; 19 iyul 1980 – 8 fevral 2017, Makeevka, Donetsk vilayəti) — Separatist Donetsk Xalq Respublikasına bağlı Somali batalyonunun komandiri, Donbass müharibəsinin aktiv iştirakçısı. Mətbuata verdiyi açıqlamalarında daha çox Givi (rus. Ги́ви) kimi tanınmışdır. Tolstıx 1980-cı ildə Ukrayna Sovet Sosialist Respublikasının Donetsk vilayətinə bağlı İlovaisk şəhərində andan olmuşdur. 1998–2000-ci illərdə Ukrayna ordusunda xidmət keçməzdən əvvəl fabrikdə fəhlə və supermarketdə mühafizəçi kimi çalışdığı məlumdur. Müsahibələrinin birində ulu babasının etnik gürcü olduğunu bildirmişdir. İlovaisk şəhərində döyüşlərin başlaması ilə Ukraynanın şərqindəki separatist hərəkata qoşulmuşdur. 2014-cü ilin sentyabr ayında Donetsk Hava Limanına nəzarət uğrunda gedən döyüşlərdə rəhbərlik etdiyi Somali batalyonu ilə birgə qatılmışdır. Adı 2015-ci ilin 15 fevral tarixində adı Avropa Komissiyasının sanksiyalı şəxslər siyahısına salınıb.