Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ferizovik
Ferizovik (serb. Урошевац, serb-xorv. Uroševac, alb. Ferizaj, türk. Ferizovik) — Kosovanın cənubunda yerləşən şəhər, bələdiyyə və rayon mərkəzi. De-fakto olaraq Kosovo Respublikasının Ferizovik rayonunda; De-yure olaraq Serbiya Respublikasına bağlı olan Kosova ve Metohiya muxtar vilayətinin Kosovski rayonunda yer alır. Bundan başqa, de-yure olaraq Birləşmiş Millətlər Kosovo Müvəqqəti Missiyasının Yakova Bölgəsində (District of Urosevac) yerləşir. == Adı == Şəhərin adı Osmanlı idarəçiliyi dövründə qatar xətlərinin keçdiyi ərazidə yaşayan Firuz Ağanın adı ilə bağlıdır. Firuz adının Kosovoda Feriz olaraq tələffüz edilməsi şəhərin Türkcə adının da zamanla Ferizovik kimi istifadə edilməsi nəticəsini doğurmuşdur. Şəhərin Ferizaj (Ferizay) olan alban adı da Firuz adının bir variantıdır.
Ferizovik icması
Uroşevats (serb. Урошевац) — Kosovo icması, mübahisəli inzibati mənsubiyyəti olan ərazidir. İcmanın əhalisi barədə dəqiq məlumat yoxdur. Əhatə etdiyi ərazi 344 km².