Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kriket
Kriket (ing. cricket) — 11 nəfərdən ibarət 2 komanda arasında, çubuq və top köməyi ilə, mərkəzində 20 metr (22 yard) uzunluğunda düzbucaqlı bir sahə olan oval bir məkanda oynanan bir komanda oyunudur. Düzbucaqlı sahənin bir ucunda yer alan atıcı vəziyyətindəki komandanın oyunçusu topu, vurucu mövqeyindəki komanda oyunçusunun olduğu digər uca doğru ataraq, vurucunun arxasında olan qala bənzəri qurğuya (wicket) dəydirməyə, vurucu isə gələn bu topun qurğuya dəyməsinə maneə törətmək üçün əlindəki çubuq köməyi ilə topa vurmağa çalışar. Müvəffəqiyyətli bir vuruşun ardından atıcı komanda oyunçuları topu tutmağa çalışarkən, sahədə yer alan vurucu da qarşısındakı qurğuya doğru qaçar. Top, oyun sahəsi xaricinə çıxmadan tutulsa 'ran' adı verilən ədədlərdən 1, oyun sahəsi xaricinə çıxarsa 4, yerə heç dəymədən oyun sahəsi xaricinə çıxarsa 6 xal qazanar və vurucu mövqeyində ikən ən çox ədədə çatmağa çalışar. Atıcı komanda isə topu qurğulardan hər hansı birinə dəydirərək, qarşılanan topu yerə dəymədən tutaraq və ya bəzi müstəsna hallarda vurucuları oyun xaricində qoymağa çalışar. Oyun xaricində qalan oyunçunun yerinə başqa bir oyunçu girərkən, atıcı komanda isə 'over' adı verilən hər altı atışdan bir atıcısını dəyişdirmək məcburiyyətindədir. Beynəlxalq kriket müsabiqələrində istifadə edilən üç əsas format vardır. Twenty20 formatına görə hər iki komanda da 20 over həyata keçirir və ilk 20 over reallaşdırılmasından sonra komandaların rolları dəyişir. 10 vurucunun oyun xaricində qalması vəziyyətində isə 20 over həyata keçirilməsə belə komandaların rolları dəyişir.
Ricət
Ricət — lirik-epik əsərdə müəllifin təsvir olunan şəxsə və hadisəyə münasibətini ifadə edən parçadır. Sözün mənası "haşiyə çıxmaq" dır. Ona görə də ricətə haşiyə də deyilir. Ricətdə müəllif haqqında danışdığı hadisələri öz dövrü ilə əlaqələndirir, öz düşüncələrini əks etdirir. Poemalarda və ya mənzum romanlarda lirik ricətdən daha çox istifadə olunur. Ricət əsərə lirrik ruh, emisonallıq gətirir. Nizami "Xosrov və Şirin" əsərində Hörmüzün ölümünü qələmə aldığı yerdə zəmanənin insanlara etdiyi zülmdən, ədalətsizlikdən danışır.
Pripek burnu
Pripek burnu (bolq. нос Припек, ‘Nos Pripek’ \'nos 'pri-pek\) — Antarktidanın Antarktik yarımadasının Qreyam sahilinin Dimitrov buxtası sahillərindən şimal-qərbdə yerləşən burundur. Burun şimali, cənub-şərqi, şimal-şərqi və cənubi Bolqarıstanda yerləşən Böyük Pripek şəhərinin adını daşıyır. == Yerləşməsi == Tuorda burnundan 3.65 km şimalda, Rossa burnundan 3.55 km şimal-şərqdə, Biser burnundan 6.8 km cənub-qərbdə yerləşmişdir. Britaniya xəritəsinə 1976-cı ildə daxil edilmişdir. == Xəritə == British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 66 64. Directorate of Overseas Surveys, Tolworth, UK, 1976. Antarctic Digital Database (ADD).
Rifət Ağalarov
Rifət Ağalarov (19 aprel 1952, Salyan, Salyan rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == 1952-ci il aprelin 19-da Salyan şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun əmtəəşünaslıq fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. Rus dilini bilir. Azərbaycan Milli İstiqlal Partiyasının üzvüdür. 2000-ci il noyabrın 5-də 84 saylı Salyan seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvüdür.
RIPE NCC
RIPE NCC (fr. Réseaux IP Européens və ing. Network Coordination Centre; İnternet Adların Avropa üzrə Qeydiyyat Qurumu) — dünyadakı 5 regional internet-registratorundan (ing. Regional Internet Registries, RIRs) biri. Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir hissəsinə xidmət edir. Məhz bu təşkilat Azərbaycan üzrə İnternet adların paylanması ilə məşğul olan qurumu müəyyənləşdirir. RIPE NCC-nin xidmət etdiyi region üzrə 70-dən artıq ölkədə 7038 üzvü var (2010).
Saab JAS 39 Gripen
Saab JAS 39 Gripen — İsveçin Saab aerokosmik şirkəti tərəfindən istehsal olunmuş yüngül, tək mühərrikli, çoxməqsədli döyüş təyyarəsi. İsveç HHQ-də Saab 35 Draken və Saab 37 Viggen qırıcılarını əvəz etmək məqsədilə hazırlanıb. Güc təminatçısı Volvo RM12, maksimum sürəti isə 2 Machdır. Son modifikasiyası NATO standartlarına uyğun hazırlanıb və havada yanacaqdoldurma qabiliyyətinə sahibdir. 1979-cu ildə İsveç hökuməti silahlanmada olan Saab 35 Draken və 37 Viggen təyyarələrini əvəz etmək məqsədilə qırıcı, hücum və kəşfiyyat məqsədləri daşıyan döyüş təyyarəsi istehsal etmək qərarına gəldi. “Saab” şirkəti tərəfindən yeni dizayn kimi JAS 39 seçildi və bu təyyarə ilk uçuşunu 1988-ci ildə həyata keçirdi. Sınaq uçuşları ərzində baş vermiş iki qəzadan sonra şirkət bu qırıcının uçuşa nəzarət sistemində müəyyən dəyişikliklər etdi və yalnız bundan sonra “Qripen” təyyarələri 1996-cı ildə İsveç Hərbi Hava Qüvvələrinin silahlanmasına qəbul olundu. Müasir avionika ilə təchiz olunan və daha çox havada qalma müddətinə sahib olan növbəti variantlar 2003-cü ildə xidmətə qəbul edildi. Bu döyüş təyyarəsinin beynəlxalq silah bazarına daha effektli şəkildə daxil olmasını təmin etmək məqsədilə “Saab” şirkəti bir çox başqa aviakosmik şirkətlərlə razılaşma imzaladı. Bu cür əməkdaşlıqlardan birinə misal olaraq 2001-ci ildə “Saab” şirkəti ilə Böyük Britaniyanın “BAE Systems” şirkəti arasında imzalanan birgə tərəfdaşlıq haqqında müqaviləni göstərmək mümkündür.