Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çusovoy
Çusovoy — Rusiya Federasiyasında yerləşən şəhər Perm diyarının tərkibinə daxildir.
Çasovoy adası
Çasovoy adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının mərkəzi hissəsində hissəsində, Komsomoles (4,5 km şimalda) və Oktyabr İnqilabı adası (3 km cənubda) arasında adasının Qırmızı Ordu boğazında yerləşir. Ovalvari formaya malikdir. Dianetri 200 metr təşkil edir. Sahilləri hündürdür. Sahillində dərinlik 155 metrə çatır.
Arkadi Yalovoy
Arkadi Yalovoy (rus. Аркадий Антонович Яловой; 1894, Yekaterinodar, Rusiya imperiyası) — SSRİ kinooperatoru. == Həyatı == Arkadi Yalovoy 1894 -cü ildə Yekaterinodar şəhərində dünyaya gəlib. Riqa Politexnikumunda təhsil alıb. 1922-ci ildən Mərkəzi Əmək İnstitutundakı kinofotolaboratoriyanın müdiri olub. ÜDKİ-də dərs deyib. == Filmoqrafiya == Bismillah (film, 1925) (tammetrajlı bədii film) — operator, ikinci rejissor. Dördüncü Bakı yarmarkası (film, 1925) (qısametrajlı sənədli film) Nəriman Nərimanovun dəfni (film, 1925) (qısametrajlı sənədli film) Şaxsey-vaxsey (film, 1925) (qısametrajlı sənədli film) == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред.
Kamni Çasovıe
Kamni Çasovıe adası — Rusiyanın Kamçatka diyarı ərazisində Olyutorski rayonu ərazisinə daxildir. Oxot dənizinə daxil olan Qlubokaya körfəzində yerləşir. 1885-ci ildə Fridolf Fabian Höök adaları xəritəyə salmışdır. O, adaları Dva Çasovıe olaraq adlandırır. Daha sonra onların üç olması müəyyən edildikdən sonra müasir adını alır.
Qriqori Casoxov
Qriqori Casoxov (oset. Дзасохты Гиго, 14 (26) avqust 1880 – 18 oktyabr 1918) — Osetiya ictimai xadimi, publisist və müəllim. == Bioqrafiyası == 14 avqust 1880-ci ildə Georgievsko-Osetinskoe kəndində (bu gün Kosta Xetaqurov adına kənd) bir kəndli ailəsində anadan olmuşdur. 1895-ci ildə Maykop şəhər məktəbini bitirir, sonra Ardon İlahiyyat Seminariyasına daxil olur. Təhsilini bitirdikdən sonra (1901) Vladiqafqaz real məktəbində müəllim işləməyə başlayır. Daha sonra Rusiyanın cənubunda və mərkəzində müxtəlif yerlərdə çalışır. 1901-ci ildə Ardon İlahiyyat Seminariyasının tövsiyəsi ilə Kazan İlahiyyat Akademiyasına oxumağa göndərilir. Akademiyanı ilahiyyat namizədi dərəcəsi ilə bitirir sonra, Vladiqafqaza ədəbiyyat müəllimliyi etdiyi real məktəbindəki keçmiş iş yerinə qayıdır. Yerli dövri nəşrlərdə çoxsaylı məqalələr dərc etmişdir. Osetiya haqqında məqalələri "Sankt-Peterburq vedomosti" qəzetinin səhifələrində dərc olunmuşdur.
Vasili Lanovoy
Vasili Semyonoviç Lanovoy (16 yanvar 1934, Moskva – 28 yanvar 2021, Moskva) — rus aktyoru. SSRİ xalq artisti (1985). Lenin mükafatı laureatı (1980). == Həyatı == Va­si­li La­no­voy 1934-cü il yan­va­rın 16-da dün­ya­ya göz açıb, uşaq­lıq il­lə­ri ba­cı­la­rı Va­len­ti­na və Lyud­mi­la ilə va­li­deyn­lə­ri­nin ça­lış­dı­ğı za­vo­dun ya­taq­xa­na­sın­da ke­çib. Bir də­fə Va­si­li dos­tu Vo­lod­ya ilə gəz­mə­yə ge­dir­lər. Yol­da afi­şa­da oxu­yur­lar ki, Pio­ner­lər sa­ra­yın­da Mark Tve­nin “Tom So­yer” ta­ma­şa­sı gös­tə­ri­lir. Dost­lar ta­ma­şa­ya bax­ma­ğa ge­dir­lər. Gö­rür­lər ki, ta­ma­şa­da oy­na­yan­la­rın ha­mı­sı on­la­rın həm­ya­şıd­la­rı­dır, qə­ra­ra gə­lir­lər ki, on­lar da akt­yor ol­sun­lar. Te­atr rəh­bə­rin­dən xa­hiş edir­lər ki, on­la­rın da ad­la­rı­nı dər­nə­yə yaz­sın. Be­lə­lik­lə, Va­si­li sə­nət alə­mi­nə qə­dəm qo­yur.
Çasov Yar
Çasov Yar (ukr. Часів Яр) - Ukraynanın Donetsk vilayətinin Baxmut rayonunda yerləşən şəhər. Çasov Yar Baxmut şəhərindən 10 kilometr qərbdə yerləşir və eyni adlı bölgənin inzibati mərkəzini təşkil etməkdədir. 2022-ci ilin yanvar ayına olan məlumata əsasən şəhərdə 12.250 nəfər əhali yaşamaqda idi. Siverski Donets - Donbas kanalı Çasov Yarın şərqindən keçir. Şəhərin kiçik bir hissəsi – Kanal mikrorayonu şəhərin şərq hissəsində yerləşməkdədir. == Tarixi == 1938-ci ildə yaşayış məntəqəsi şəhər tipli qəsəbə statusu almışdır. İkinci Dünya müharibəsi zamanı, 1941-ci ilin oktyabrından 1943-cü ilin sentyabrına qədər şəhər Berlin-Roma-Tokio oxu tərəfindən işğal edilmişdir. Müharibədən sonra şəhərin bərpasına başlanılıb. 1957-ci ildə şəhərdə odadavamlı gil çıxaran müəssisə, odadavamlı materiallar istehsalı müəssisəsi, dörd orta məktəb, iki yeddiillik məktəb, texniki peşə məktəbi, iki Mədəniyyət sarayı, 14 kitabxana, dörd klub və iki stadion fəaliyyət göstərirdi.
Çasov Yar döyüşü
Çasov Yar döyüşü (ukr. Бої за Часів Яр) - Rusiya–Ukrayna müharibəsinin tərkib hissəsi olaraq Ukraynanın Donetsk vilayətində yerləşən Çasov Yar şəhərinə nəzarəti əldə etmək uğrunda Rusiya Quru Qoşunları və Ukrayna Quru Qoşunları arasında 2024-cü ilin 6 aprel tarixindən etibarən başlamış döyüşlər. == Arxa plan == Ukraynanın Donetsk vilayətində yerləşən Baxmut şəhəri Rusiya Quru Qoşunları tərəfindən tam işğal edildikdən sonra qonşuluqda yerləşən Çasov Yar şəhəri yeni cəbhə halına çevirilib. Qısa müddət ərzində Ukrayna qüvvələri cəbhə xəttindəki gərgin vəziyyəti stabilləşdirməyə nail olublar və 2023-cü ildə baş vermiş əks-hücumlar zamanı rus qüvvələri Baxmutun cinahları boyunca geri çəkilmək məcburiyyətində qalıblar. 2024-cü ilin fevral ayında Avdeyevka döyüşü Rusiya Quru Qoşunlarının qələbəsi ilə başa çatdıqdan sonra rus birləşmələri Baxmutun qərb hissəsindən Çasov Yara doğru yeni hücum həmlələrinə başlayıblar. Çasov Yar Avdeyevka döyüşündən sonra rusların yeni hədəfi olaraq müəyyənləşdirilib. 8 fevral tarixində iki nizami ordu arasında sözügedən şəhərdə uzun müddətdən sonra ilk mövqe döyüşləri baş tutub. 17 fevral tarixində Rusiya Quru Qoşunları tərəfindən qarşı tərəfin mövqeləri ODAB-1500 tipli termobarik bombalardan istifadə edilməklə bombardıman edilib. Xortitsa əməliyyat-strateji qrupunun sözçüsü İlya Yevlaş 27 fevral tarixində verdiyi açıqlamasında Çasov Yar şəhərinin şərqində yerləşən Bohdanivka kimi yaşayış məntəqələrinin hədəf alındığını açıqlayıb. Yevlaş həmçinin iddia edib ki, rus hərbi birləşmələri Ukrayna artilleriyasının cavab hücum tədbirləri nəticəsində zirehli dəstəyin 60%-nı döyüş meydanında itirib.