Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cicuta
Subaldırğanı (lat. Cicuta) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. Çoxillik su, yaxud bataqlıq bitkisidir. Lələkşəkilli yarpaqları uzun saplaqlıdır. Xırda ağ çiçəkləri mürəkkəb çətirdə yerləşir. Meyvəsi dəyirmidir. Əsasən, Şimali Amerikada 10 (başqa məlumata görə 20-dək) növü var. Ən zəhərli bitkilərdən biridir. Payızda və yazda onunla qidalanan ev heyvanlarının (qaramal, qoyunlar) zəhərlənməsinə səbəb olur.
Cirona
Girona (rəsmi olaraq və kat: Girona; isp: Gerona) — İspaniyanın Kataloniya muxtariyyətində şəhər. Barselona şəhərindən təxminən 100 km məsafədə yerləşən şəhərin 2018-ci il məlumatlarına əsasən yüz mindən artıq əhalisi mövcuddur. Girona, katalon əsilli insanların ən sıx yaşadığı şəhərlərdən biridir.
Ciruft
Ciruft— İranın Kirman ostanının şəhərlərindən və Ciruft şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 95,031 nəfər və 19,926 ailədən ibarət idi.
Miruşa
Miruşa (alb. Mirusha / Mirushë; serb. Мируша / Miruša) — Kosovo Respublikasının mərkəzi hissəsində yerləşən regional park. Park Metohiya düzənliyinin şərqində yerləşir. Ərazidə olan təbiət abidələri, özəl landşaft və biomüxtəlifliyə görə park 1982-ci ildə regional park elan edildi. Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin klasifikasiyasına əsasən beşinci kateqoriya statusu almış və 55 580 hektar sahə qorunma zonasına daxil edilmişdir. Park üç munisipalitet ərazisində yerləşir: Klina, Malişevo və Oraxovas. == Ümumi məlumat == Miruşa parkı daha çox eyni adlı çayın axdığı kanyonla məşhurdur. Çay kanyon boyu kaskad şəlalələr, karst tipli göllər əmələ gətirmiş. Geoloji struktur baxımdan kanyon ultra əsas və vulkanik-çöküntü süxurlarından təşkil olunub.
Cicuta virosa
Zəhərli subaldırğanı (lat. Cicuta virosa) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin subaldırğanı cinsinə aid bitki növü.
Ciruft mədəniyyəti
Ciruft mədəniyyəti və ya Ciruft kültürü- Erkən tunc dövrünə (e.ə. 3-cü minillik) aid arxeoloji mədəniyyəti olaraq qarşıya qoyulmuşdur ki, indiki İranın Sistan və Bəlucistan və Kirman ostanlarında yerləşir. == Qazıntılar == Bu mədəniyyət haqqındakı məlumat, xüsusilə Xəlil çayı hövzəsindəki Ciruft yaxınlığındakı Konar Sandal başda olmaqla Sistan və Bəlucistan, Kerman bölgələrində son zamanlarda kəşf edilən bir sıra ərazilərdə aparılan çox millətli arxeoloji qazıntılara dayanmaqdadır. Bu sahədə ən azı 12 ədəd yer qazılmışdır, ən qədiminin 7 min yaşında olduğu düşünülür. Digər mühüm yerlər Şehr-i Suhta (Yanıq şəhər), Bambur təpə, Espidej, Şahdad, İblis və Yahya təpədir. Bu mədəniyyətdə qazıntılara Cənubi Azərbaycanlı Yusif Məcidzadə rəhbərlik etmişdir. Onun bildirdiklərinə görə bu mədəniyyət Hind vadisi mədəniyyəti ilə Elam mədəniyyətinin arasında mövcud olmuşdur. Onun versiyasına görə, Ciruft mədəniyyəti itmiş Aratta krallığının qalığıdır. Lakin bir çox arxeoloqlara görə bu versiya əsassızdır. Daniel.
Ciruft şəhristanı
Ciruft şəhristanı — İranın Kirman ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Ciruft şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 181,300 nəfər və 38,307 ailədən ibarət idi.
Çixura FK
"Çixura" Saçxere Futbol Klubu (gürc. ჩიხურა საჩხერე) — Gürcüstan çempionatında (Umaqlesi Liqa) çıxış edən peşəkar futbol klubu. Adını Saçxerede yerləşən bir çaydan almışdır. Klub yarandığı dövrdən oyunlarını 4000 nəfərlik Mərkəz stadionunda keçirir. Amma komanda avrokubok oyunları zamanı Saçxere şəhərindən 130 km uzaqlıqda yerləşən Tiflisdəki 27.233 nəfərlik Mixayıl Mesxi stadionundan istifadə edir. 2013-cü ildə klub tarixində ən böyük uğurunu qazanaraq Gürcüstan kubokunun finalında "Dinamo Tbilisi" ilə oynamış, 1:3 uduzsa da, UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinə qatılmaq imkanı əldə etmişdir. Bu "Çixura"nın ilk Avropa macərası idi və ilk rəqibi Lixtenşteyn kubokunun qalibi "Vadust" klubu olmuşdur.
Loya cirqa
Loya cirgə (puşt. لويه جرګه Böyük Şura)—ümuməfqan ağsaqqaları şurası. Ümuməfqan şurası olan Loya cirgə (Böyük Şura) Əfqanıstan tarixində dövlətin ictimai-siyasi həyatının ən mühüm məsələlərinin həllində böyük əhəmiyyət kəsb edib. Əfqanıstanda aşağı palatası (Xalq Şurası) xalq tərəfindən seçilən, yuxarı palatası (Senat) şah tərəfindən təyin olunan ilk müasir tipli parlament 1931-ci ildə formalaşıb. 1973-cü il şah rejimi devrilib respublika yaradılanda parlament buraxılıb və bir daha çağırılmayıb. 1978-ci il kommunist çevrilişindən sonra da parlament seçkiləri keçirilməyib. Nəhayət, 1988-ci ildə parlamentə çoxpartiyalılıq əsasında seçkilər keçirilib. 1990-cı ildə kommunist rejimini devirib hakimiyyətə gələn taliblər də parlamentsiz keçiniblər. 2001-ci ildə Əfqanıstana ABŞ qoşunları yeridiləndən sonra qəbul edilən 2003-cü il Konstitusiyasına əsasən, 2005-ci ildə ikipalatalı parlamentə - Milli Şuraya seçkilər baş tutub. == İkipalatalı parlament - Milli Şura == Əfqanıstan parlamenti ikipalatalıdır - Xalq Şurası və Ağsaqqallar Şurası.
Çinua Açebe
Çinua Açebe (ing. Chinua Achebe, d. 16 noyabr 1930, Oqidi, Nigeriya – ö. 21 mart 2013, Boston, Massaçusets, ABŞ) — Nigeriyalı yazıçı, şair və tənqidçi. "Afrika ədəbiyyatının babası" kimi tanınırdı == Həyatı == 16 noyabr 1930-cu ildə Nigeriyanın Oqidi şəhərində protestantlığı qəbul etmiş müəllim ailəsində anadan olmuşdur. == Təhsili == Universitetdə əvvəlcə tibb, daha sonra isə ingilis dili və tarixini öyrənmişdi. == Diplomatik fəaliyyəti == Nigeriyada vətəndaş müharibəsi illərində tanınmamış Biafra Respublikasının diplomatı kimi çalışmışdır. Biafranın süqutundan sonra ailəsi ilə Böyük Britaniyaya qaçmış, sonralar yenidən vətəninə qayıtmışdır. == Vəfatı == 1990-ci ildə avtoqəzada iflic olan Açebe, bir müddət İngiltərədə, daha sonra isə ömrünün sonuna qədər ABŞ-də yaşamışdır. == Əsərləri == Əsərləri onlarla dilə çevrilmiş, milyon tirajlarla satılmışdır.
Şəvkət Çoruh
Şəvkət Çoruh (30 iyun 1973, İstanbul) — 2006-cı ildən Arxa Küçələr adlı serialdakı Məsud rolu ilə tanınır. İstanbuldakı Ata Səhnənin qurucusudur. == Həyatı == Şəvkət Çoruh 1973-cü ildə İstanbulda dünyaya gəlib. 93 Hərbi sonunda Ardanuçun Anaçlı kəndindən İstanbula köç edərək hal-hazırda Ömərli Barajı suları altında qalmış olan Muradlı kəndinə yerləşmiş Artvinli bir ailənin tək uşağıdır. Anası dərzi, atası avtobus sürücüsü idi. İlk təhsilini Üsküdarda Daşməktəb məktəbində tamamlayan Çoruh 14 yaşından 24 yaşına qədər Maltəpədə yaşayıb. Orta təhsilini Qartal Anadolu Məktəbində tamamlayıb. Məktəbdən məzun olduqdan sonra Müjdat Gəzən Sənət Mərkəzində teatr təhsili alıb. 1989-cu ildən bəri müxtəlif teatr oyunlarında rol alıb. Adını bir internet firmasının reklamında oynadığı "Kokoreççi" yazaraq duyurdu.
Kim Ciha
Kim Jiha(Kor.:김지하; 4 fevral 1941, Mokpxo – 8 may 2022, Vonju[d], Kanvondo[d]) — məşhur Koreya şairi və dramaturqu. == Həyatı == Kim Ciha(əsl adı Young İl Kim) 4 fevral 1941-ci ildə Koreyanın Colla-Namdo əyalətinin Mokpo şəhərində kinomexanik ailəsində doğulub. İlk təhsilini Vonçu məktəbində almış, sonra Seula gedərək əvvəlcə liseyi, daha sonra isə Seul Milli Universitetinin estetika bölümünü bitirmişdir. Universitetdə oxuyarkən 1961-ci ildə baş verən hərbi çevrilişə biganə qalmamış və tələbə hərəkatına qoşulmuşdur. Koreya-Yapon Konfransına (1964) qarşı çıxdığı üçün dörd ay həbs olunmuşdur. 1966-cı ildə universiteti bitirdikdən sonra uzun müddət hakimiyyətdə olan Jeonq-hee Parkın siyasi iqdidarına qarşı çıxaraq mitinqlərdə iştirak etmişdir. 1970-ci ildə Beynəlxalq Demokratik Gənclər Federasiyasının təşkil etdiyi hadisələrdə yer aldığı üçün təkrar həbs edilmiş və haqqında edam qərarı çıxarılmışdır. Onun həbsi dünya ədəbi, ictimai-siyasi arenasında böyük rezonans doğurmuşdur. Kandzaburo Oe, Li Xeson (Yaponiya) Jan Pol Sartr, Simone de Belavur (Fransa), Noam Xomski (Amerika) kimi böyük yazıçı və mütəfəkkirlər onu müdafiəyə qalxmışlar. Bütün bunlar öz təsirini göstərmiş, Kim Jihanın ölüm hökmü həbs cəzası ilə əvəz edilmişdir.
Ruha döyüşü
Ruha döyüşü — 1480-ci ildə Ruha şəhərini işğal etmək üçün Ağqoyunlular üzərinə hücuma keçən Məmlük ordusu və Ağqoyunlu ordusu arasında baş vermiş döyüşdür. Döyüşdə Məmlük ordusu ağır məğlubiyyətə uğradıldı. == Tarixi == Sultan Yaqub dövründə Ağqoyunluların ən böyük xarici təhlükələrindən biri də Məmlük dövləti idi. Məmlük sultanı Qayıtbəy Uzun Həsənin ölümündən istifadə edərək, Əmir Yaşbəyin başçılığı ilə 100 minlik ordunu Urfanı tutmaq üçün göndərdi. Əmir Yaşbəy 1480-ci ildə Fəratı keçərək Urfanın mühasirəsinə başladı. Qala komandanı Əmirzadə Qütbəddin Bektaş qalanın müdafiə etməyə başladı. Bu xəbər Sultan Yaquba çatdıqda Bayandur bəy, Süleyman bəy Bicanoğlu və Xəlil bəy Bektaşın başçılığı ilə Urfanın müdafiəsi üçün qoşun göndərdi. Ağqoyunlu qüvvələrinin şəhərə yaxınlaşmasından xəbər tutan Məmlük sərkərdələri Əmir Yaşbəyə geri çəkilməli olduqlarının daha doğru olduğunu desələr də, Əmir qoşunu geri çəkmədi. Beləliklə Urfa yaxınlığında iki ordu qarşılaşdı. Məmlük ordusunun sağ tərəfinə Dəməşq hakimi Qansu Yəhyavi, sol tərəfinə Hələb hakimi Özdəmir, mərkəzinə isə Yaşbəy başçılıq edirdilər.
Deportivo de La Coruña
Deportivo (La Korunya) — İspaniyanın futbol klubu .