Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Selülit
Sellülit - dəridə portağal qabığına bənzəyən qırışlar və çuxurlar şəklində əmələ gəlir. Ən çox omba və sağrı nahiyələrində rastlansa da bəzən ayaqlarda, sinədə, hətta qollarda da olur. == Yaranma səbəbi == Sellülit dərialtı əzələ liflərinin kökəlmə zamanı boşalması nəticəsində yaranır. == Müalicəsi == Bu problemin aradan qaldırılması üçün birinci həll yolu müntəzəm idmanla məşğul olmaq və arıqlamaqdır. Bununla yanaşı lazer və liposaksiya kimi müalicə vastələrindən də istifadə olunur. Selülit multifaktorial bir vəziyyətdir və bir sıra müalicələrə davamlı ola bilər. "Topikal" məhsullardan (kremlər, məlhəmlər) və enjeksiyonlar (kollagenaz) ilə yanaşı, selülit üçün müalicələrə mexaniki emiş və ya mexaniki masaj kimi qeyri-invaziv terapiya daxildir. Enerji əsaslı cihazlara dərinin dərinliyinə nüfuz edən radio tezliyi, ultrasəs, lazer və impulslu işıq cihazları daxildir.
Şəvərut
Şalıbulaq, Şahvarut, Uşakert — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km cənub-qərbdə, Araz çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində Şavarud kimi yazılır. Toponim fars dilində «qaya, möhkəm, bərk» mənasında işlənən şah sözündən və Azərbaycan dilində «möhkəmləndirilmiş kənd, qala» mənasında işlənən var sözünə -ud şəkilçisinin qoşulmasından əmələ gəlmişdir. Relyef əsasında yaranmış mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə adı dəyişdirilib Uşakert qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 59 nəfər, 1873 - cü ildə 72 nəfər, 1886-cı ildə 116 nəfər, 1897-ci ildə 153 nəfər, 1908-ci ildə 96 nəfər, 1914 - cü il də 128 nəfər, 1916-cı ildə 132 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla deportasiya olunmuşdur.
Dəvəli
Dəvəli (Vedibasar) — Vedibasar mahalında kənd. Dəvəli (Kayseri) — Kayseri ilinin bir ilçəsi.
Seləli
Seləli — Azərbaycan Respublikasının Qubadlı rayonunun Zilanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Seləli kəndi Həkəri çayının sahilindədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə Cənubi Azərbaycanın Seləli kəndindən gəlmiş ailələr salmışlar. Keçən əsrin əvvəllərində kəndin adı Siləli, Siləyli kimi də qeydə alınmışdır. Azərbaycan dilinin dialektlərində silə içərisində dəri aşılanan ağac kötüyündən düzəlmiş novçaya deyilir. == Əhalisi == 14 may-17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Yelizavetpol quberniyası, Cəbrayıl qəzasının III şöbəsinin Kürd Mahrızlı kənd cəmiyyəti tərkibinə daxil olan Seləli kəndində 48 evdə şiə etiqadlı müsəlman kürdlərdən ibarət 238 nəfər (139 nəfəri kişilər, 99 nəfəri qadınlar) əhali yaşayırdı. Qiyasəddin Qeybullayevə görə, kəndin əhalisi kürd mənşəli seləli tayfasına mənsub olmuşdur.
Seolit
Seolitlər mikorməsaməli alümosilikat minerallar olub kommersial adsorbentlər və katalizlər kimi istifadə olunur. Seolit termini 1756-cı ildə İsveç mineroloqu Aleks Fredik Kronstedt tərəfindən ixtira olunub. Seolit yunan dilindən ζέω (zéō), mənası yandırmaq və λίθος (líthos), mənası daş deməkdir. == Kimyəvi tərkibi == Seolitlər sulu alümosiliktlar olub, tərkibində Ca və Na, bəzən isə Ba və K, nadir hallarda isə Sr, Mg və Mn iştirak edir. Kationların miqdarına görə seolitlər bir-birindən fərqlənir. Seolitlərin ümumi kimyəvi formulu (Na2K2, Ca, Ba) [(Al, Si)O2]n•H2O. Seolitlərin kristallik şəbəkələri alüminium-silisium-oksigen tetraedrlərinin karkaslarından ibarət olub, başqa karkas quruluşlarından boşluğu molekulyar su (seolit suyu) ilə dolmuş daha geniş kanalların olması ilə fərqlənir. Ona görə də ehtiyatla qızdırdıqda kristalın strukturu pozulmadan su çıxa bilir, sonra isə yenə də su öz yerini tutur. Bu halda kristalın eynicinsliliyi saxlanılmasa da, onun optiki xüsusiyyəti dəyişir. Seolit qrupunun mineralları müxtəlif dərəcədə öyrənilmişdir. A. Q. Betextin şərti olaraq seolitləri 3 qrupa bölmüşdür: şabazit (şabazit, levinit, lomantit və b.); natrolit-tomsonit (natrolit, skolesit, tomsonit və b.); heylandit və fillipsit (heylandit, fillipsit, desmin və b.).
Seseli
Çiləotu (lat. Seseli) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Əvəlik
Əvəlik (lat. Rumex) — qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi. == Tarixi == Əvəlik kosmopolit bitki olub. Yer kürəsinin hər yerində yayılmışdır. Əvəlik cinsinin dünya florasının tərkibində 150-ə qədər növünə rast gəlmək olar. Bu növlərin əksəriyyətinə şimal yarımkürəsinin mülayim iqlim zonalarında rast gəlinir. Əvəliyin Qafqazda 25, Azərbaycanda isə 17 növü yayılmışdır. Əvəlik növlərinin əksəriyyəti mal-qara üçün qüvvətli yem, gön-dəri sənayesi üçün aşı əhəmiyyətli, dərman xüsusiyyətli, boyaq təbiətli olmaqla yanaşı, həm də qiymətli qida və ədviyyat bitkisi sayılır. Turştəhər əvəlik — Rumex acetosella. Bu çoxillik, çılpaq ot bitkisidir.
Abarema levelii
Abarema levelii (lat. Abarema levelii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin abarema cinsinə aid bitki növü.
Saveliy Tartakover
Saveliy Qriqoreviç Tartakover (, 21 fevral 1887, Rostov-na Danu — 4 fevral 1956, Paris)— şahmatçı, qrosmeyster (1950), XX əsrin əvvəlrində dünyanın ən güclülərindən biri. Şahmat nəzəriyyəçisi, jurnalist və yazıçı, şair və tərcüməçi. Hüquqşünas. "Hipermodernizm" termini ona məxsusdur. == Bioqrafiyası == 21 fevral 1887-ci ildə Rostov-na Danu şəhərində, Bolşaya Sadovaya küçəsi, 59 nömrəli evdə anadan olmuşdur. Atası German (Qriqori) Yakovleviç Tartakover, anası isə avstriya kökənli Natalya (Eti-Ruxli) Efimovna Tartakover idi. Ailəsi 1879-cu ildən bəri «Конкуренция» mağazasına sahib idi. Valideynləri 1911-ci il fevralın 18-nə keçən gecə öz mənzilində qarət zamanı vəhşicəsinə qətlə yetirilmişdir. 1899-1904-cü illərdə əvvəlcə Rostov-on-Don gimnaziyasını, sonra isə Cenevrədə College de Geneverədə oxudu. Eyni zamanda 1904-cü ildə Vyana Universitetinin Hüquq fakültəsində oxudu.
Sevərin (Sayınqala)
Sevərin (fars. صورين‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 657 nəfər yaşayır (146 ailə).
İtləri Sevməli
Şeverli (Avurğazı)
Şeverli (başq. Шеверле, rus. Шеверли) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Semenkin kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 26 km, kənd sovetliyindən (Semenkin): 2 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 40 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (97%) üstünlük təşkil edir.
Adi əvəlik
Adi əvəlik (lat. Rumex acetosa) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü. == Sinonimləri == Acetosa agrestis Raf. Acetosa amplexicaulis Raf. Acetosa angustata Raf. Acetosa bidentula Raf. Acetosa fontanopaludosa (Kalela) Holub Acetosa hastifolia Schur Acetosa hastulata Raf. Acetosa magna Gilib. Acetosa officinalis Gueldenst. ex Ledeb.
Cill Severi
Cill Severi (2 may 1972) — Birləşmiş Ştatları təmsil edən sinxron üzgüçü. == Karyerası == Cill Severi Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Cill Severi Olimpiadanın qalibi olub.
Dəvəli (Kayseri)
Dəvəli (türk. Develi) — Kayseri ilinin ilçəsi.
Dəvəli (Vedibasar)
Dəvəli, Ararat — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.1728-ci ildən mə'lumdur == Tarixi == Rayon mərkəzindən 14 km məsafədə, Vedibasar çayından axan arxın yanında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1828–1829-cu illərdə kəndə İrandan gəlmə ermənilər yerləşdirildikdən sonra əhali qarışıq yaşamışdır. 1975-ci ildə kənd Ararat adlandırılmışdır. == Toponimi == Toponim qacarların bir boyu olan dəvəli etnonimi əsasında əmələ gəlmiş etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ararat qoyulmuşdur. XVII əsrin əvvəllərinə aid ermənicə mənbədə Davalonots kimi qeyd olunmuşdur. Ehtimal ki, orta əsrlərdə Anadoluda mövcud olmuş Dəvəlu bölgəsindən gəlmiş ailələrin özləri ilə gətirdikləri addır. 1588-ci ilə aid mənbədə Azərbaycanda qışı Qarabağda keçirən bir el də Davilu adlanırdı.
Dəvəli oymağı
Dəvəli oymağı — Qacar elinin oymaqlarındandır. == Tanınmış şəxsiyyətləri == Əmir Huşəng Dəvəli Möhsün Dəvəli == Mənbə == Ənvər Çingizoğlu, Dəvəli qacarlar, Bakı:Mütərcim, 2018, 184 səh.
Evelin Bazzanella
Evelin Bazzanella (d. 15 iyun 1976; Boltsano, İtaliya) — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. == Karyerası == Evelin Bazzanella İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Evelin Bağçaban
Evelin Bağçaban (türk. Evlin Bahçeban)-Türkiyəli musiqiçi, müğənni, Tehran opersının həmtəsisçisi, İranda kollektiv ifaçılıqın (xor) öncülərində və piano ustası == Bioqrafiyası == Evelin Bağçaban Türkiyənin Mersin şəhərində fransız anadan və türk atadan dünyaya gəlmişdir.O, Cənubi Azərbaycanlı müğənni və bəstəkar Səmin Bağçaban ilə evlənmişdir. == Xarici keçidlər == TEHRAN TIMES: Opera singer Evelyn Baghcheban dies in Istanbul (2.
Evelin Ebhomien
Evelin Ebhomien (1 yanvar 1981) — Nigeriyalı qadın ağır atlet. 58 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Nigeriyanı təmsil edir. Evelin Ebhomien 2000 Yay Olimpiya Oyunlarında 58 kq çəki dərəcəsində iştirak etmişdir. O, dünya çempionatlarında daiştirak etmişdir. Son dəfə 1999 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Evelin Vo
İvlin Vo (ing. Evelyn Waugh) (tam adı: Artur İvlin Con Vo, ing. Arthur Evelyn St. John Waugh; d. 28 oktyabr 1903, London – ö. 10 aprel 1966, Somerset) — İngiltərə roman yazıçısı, səyahət kitabları və avtobioqrafiyaların müəllifi. İvlin Vo jurnalist kimi də fəaliyyət göstərmişdi və öz əsərlərinin tənqidçisi idi. Ən tanınmış əsərlərinə "Tənəzzül və süqut" (1928), "Bir ovuc toz" (1934), "Braydşedə qayıdış" (1945) romanı, İkinci dünya müharibəsinə həsr etdiyi "Şərəf qılıncı" trilogiyası (1952-61) və başqaları daxildir. Vo XX əsrdə ingilis dilinin ən böyük naşir stilistlərindən biri kimi tanınır. Naşir oğlu olan Vo ilk təhlisini Lansinq kollecində, daha sonra isə Oksforddakı Hertford kollecində alıb və tam ştatlı yazıçı kimi fəaliyyət göstərməmişdən əvvəl məktəb müəllimi kimi çalışıb.
Evelin İlves
Evelin İlves — Estoniyanın birinci xanımı; Estoniyanın Fiqurlu Konkisürmə üzrə Federasiyanın prezidenti Evelin İlves 1968-ci ilin aprelin 20-də anadan olub. O, ali məktəbi Tartu Universitetini tibb ixtisası üzrə bitirib. İlves 2004-cü ildə Estoniya prezidenti Toomas Hendrik İlves ilə ailə həyatı qurub. Onların Kadri Keiu adlı bir qızları var.
Qumral əvəlik
Qumral əvəlik (lat. Rumex crispus) — qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü. Çəmənliklərdə və sahələrin kənarında, çay kənarlarında, su arxları və yolların kənarında alaq otu kimi bitir. == Botaniki təsviri == Hündürlüyü 50-100 sm olan çoxillik ot bikisidir. Gövdəsi bərk, çılpaq və azacıq şırımlıdır. Qalın və lansetvari cod yarpaqları saplaqlı, uzunsov- lansetvari və ya uzunsov-xəttvaridir. Saplaq tərəfi yumru və ya ürəkvari şəkildə daralmış, ucları iti, qıraqları burulmuş-dalğavaridir. Çoxçiçəkli dəstə kimi birləşən çiçəkləri dar uzun süpürgəvarı çiçəkqrupu əmələ gətirir. Meyvələri 2 mm uzunluğunda tünd mixəyi rəngli, parıltılı, iti üçkünc qozcuqlardır. May-iyul aylarında çiçəkləyir və meyvə verir.
Rufuz Sevell
Rufuz Frederix Sevell (d. 29 oktyabr 1967, Twickenham, Middlesex, İngiltərə)— ingilis aktyoru. == Həyatı == 2007-ci ildə Rock 'N' Roll oyunundaki rolu ilə ən yaxşı kişi aktyor kateqoriyasında Laurens Olivier teatr mükafatını almış və 62 Toni mükafatında ən yaxşı kişi aktyor kateqoriyasında mükafata namizəd göstərilmişdi.
Seseli foeniculum
Adi razyana (lat. Foeniculum vulgare) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin razyana cinsinə aid bitki növü. Adi raziyana boyu 2 metrə qədər uzanan ikillik ətirli ot bitkisidir. Razyananın nəzəri cəlb edən sarı rəngdə xırda çiçəkləri vardır. Uzunsov yumurtavarı, qoşa dənədən ibarət meyvələri olur. Vətəni Aralıq dənizi və Yaxın Şərqdir. Azərbaycanda bu bitkiyə Dəvəçi-Xaçmaz zonasında və Abşeronda çox rast gəlinir. Meyvələrinin tərkibində efir yağı, piyli yağ, karotin, C vitamini və s. olur. Dərman məqsədilə razyananın meyvələrindən istifadə olunur.