Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tamara Şakirova
Tamara Şakirova (26 noyabr 1955, Daşkənd – 22 fevral 2012, Daşkənd) — Aktrisa. == Həyatı == Tamara Qəniyeva (Şakirova) 26 noyabr 1955-ci ildə Daşkənddə anadan olub. O, 14 yaşında məktəb şagirdi kimi filmlərdə çəkilməyə başlayıb, 1970-ci ildə rejissor Anatoli Kabulovun çəkdiyi "Kor yağış" (1970) filmində tələbə rolunu oynayıb. Bundan sonra o, bir neçə yaddaqalan qadın obrazları (“Xarəzm əfsanəsi”, “Simurq”, “Odlu yollar”) yaratmışdır. 1973-cü ildən "Özbəkfilm" kinostudiyasında aktrisa kimi işləmişdir. 1974-1976-cı illərdə A.Ostrovski adına Daşkənd Teatr və İncəsənət İnstitutunun (indiki Özbəkistan Dövlət İncəsənət İnstitutu) aktyorluq fakültəsini qiyabi bitirmişdir. Onun həyat yoldaşı məşhur sovet və özbək kinorejissoru Nəbi Qəniyevin nəvəsi Otabəy Hotamoviç Qəniyevdir (1985-ci il təvəllüdlü). Onların bu evliliyindən Reyhan (1978-ci il təvəllüdlü; sonralar estrada müğənnisi və aktrisası kimi Özbəkistanda məşhurlaşır) adlı qız və kiçik qızı Nəsibə (Şakirova) (1994-cü ildə Daşkənddə anadan olub, pediatr) dünyaya gəlmişdir. Tamara Şakirova 22 fevral 2012-ci ildə xərçəng xəstəliyindən vəfat edib. == Filmoqrafiya == Çətirimiz buludlardır (film, 1976) Yeddinci cümə (1980 Özbəkfilm) Alovlu yollar (1977-1984 Özbəkfilm) Üsyançı (1981 Özbəkfilm) Bəyin oğurlanması (film, 1985) Qırmızı qatar (film, 1993) == Mükafatlar == 1983-cü ildə "Leninqradlılar - mənim uşaqlarım" və "Üsyançı" filmlərində "Qadın obrazı roluna görə" Həmzə adına Özbəkistan SSR Dövlət Mükafatı laureatı.