Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Adekvat
Adekvat [lat. adaequatus – bərabərləşdirilmiş, bərabər] - tam uyğun, dəqiq, mutabiq, bərabər, ekvivalent, eyni, üst-üstə düşən. Məsələn, adekvat cisim və hadisələr. Adekvant dəyişkənlik - mühitin müxtəlif amillərinin təsirinə uyğun dəyişkənlik. Lamarka görə, orqanizmlər mühitin təsirlərinə müvafiq məqsədəuyğun istiqamətdə dəyişilir və bu cür dəyişilmələr də irsən keçir.Lamarkın bu haqda irəli sürdüyü fikirlər idealist nəzəriyyədir. == Ədəbiyyat == Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Adelfat
Adelfat (q.yun. ἀδελφᾶτον) — monastır və adelfotariya arasındakı müqaviləyə əsasən monastıra əhəmiyyətli töhfə üçün alınan monastır əmlakını idarə etmək və monastır gəlirlərinə sərəncam vermək hüququ. Əsasən Bizansda geniş yayılmışdır. Adelfat hüququ həm də qrant, ianə və ya satış predmetinə çevrilə bilər. Feodor Prodrom Manqan monastırında verilən adelfata görə imperator I Manuilə təşəkkür etdiyi bütün poetik dövrü həsr etmişdir. Monastır əmlakına sərəncam verməklə adelfotari monastırın daxili həyatına müdaxilə etmək imkanı əldə etmişdir. Onların fəaliyyəti monastıra itkilər gətirə bilərdi. Buna görə də, bir sıra monastır tipikonları bu cür əlaqələri qadağan edir. Kanonist Feodor Balsamon adelfatı tamamilə məqbul hesab edirdi.