Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Allahlı
Allahlı (Ərdəbil)
Anbarlı
Anbarlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd.
Aslanlı
Aslanlı — soyad. Mir Kazım Aslanlı — şair, alim, həkim, müəllim və bəstəkar. Orxan Aslanlı — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Gülağa Aslanlı — Müsavat Partiyasının Mərkəzi İcra Aparatının sədri. Rüfət Aslanlı — Digər Aslanlı (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Bulaqlı
Bulaqlı (Sabirabad) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Bulaqlı (Zəngibasar) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Bulaqlı — Borçalıda kənd.
Daylaqlı
Daylaqlı (əvvəlki adı: Əzizbəyov) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Sələsüz kənd inzibati ərazi dairəsi tərkibindəki Əzizbəyov kəndi Daylaqlı kəndi adlandırılmışdır. == Tarixi == == Əhalisi == Əhalisi 405 nəfərdir.
Xanlıqlı
Xanlıqlı — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 202 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqəsi vaxtilə burada talış xanlarına məxsus torpaq sahəsinin olmasına görə belə adlandırılmışdır. Kənd hazırda Haftoni qəsəbəsi ilə birləşmişdir.
Çolaqlı
Baqqal — Azərbaycan Respublikasının Şəki rayonunun Cəfərabad kənd inzibati ərazi dairəsində kənd.
Alaplı
Alaplı (türk. Alaplı) — Zonquldak ili ilçəsi. Zonquldak şəhər mərkəzindən 58 km məsafədədir. Əhalisi 44.286 nəfərdir. Balıqçılıq üzrə ixtisaslaşmışdır və burada qoz-fındıq istehsal olunur. Erdemir şirkətinin təchizatçı sənayesi bu yerin sakinlərinin əsas dolanışıqlarından biridir. İşçilər əhalinin əksəriyyətini təşkil edir. Rayonda ip və fındıq fabrikləri var. 31 mart 2019 tarixində edilən yerli seçkilər nəticəsində ikinci dəfə Bələdiyyə Başçısı Nuri Təkin seçildi. Alaplı ilçəsi Zonquldak ilinin qərb hissəsində yerləşir.
Araqlı
Araqlı (türk. Araklı) — Trabzon ilinin ilçəsi.
Allahlı (Miyanə)
Allahlı (fars. لله لو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 520 nəfər yaşayır (155 ailə).
Allahlı (Vərziqan)
Allahlı (fars. لله لو‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 820 nəfər yaşayır (190 ailə).
Allahlı (Xudafərin)
Allahlı (fars. لله لو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 115 nəfər yaşayır (27 ailə).
Allahlı (Ərdəbil)
Allahlı (fars. لله لو‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 255 nəfər yaşayır (49 ailə).
Anbarlı (Pərsabad)
Anbarlı (fars. عنبرلو‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 21 nəfər yaşayır (4 ailə).
Anbarlı (Əhər)
Anbarlı (fars. عنبرلو‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 20 nəfər yaşayır (6 ailə).
Aslanlı (Xudabəndə)
Aslanlı (fars. اصلانلو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 138 nəfər yaşayır (38 ailə).
Bulaqlı (Sabirabad)
Bulaqlı — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 17 fevral 1993-cü il tarixli, 514 saylı Qərarı ilə Sabirabad rayonunun faktiki mövcud olan "Tinglik sovxozu" yaşayış məntəqəsi Kürkəndi kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına Bulaqlı kəndi adı ilə daxil edilmişdir. == Din == Kənddə Bulaqlı kənd məscidi dini icması fəaliyyət göstərir.
Bulaqlı (Zəngibasar)
Bulaqlı (Həbilkənd) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 8 km cənubda yerləşir. 1969 - cu ilə kimi, Zəngibasar (Masis) rayonu təşkil edilənədək, Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Toponim X əsrdə yaşamış yağma türk tayfasının bir boyunu təşkil edən bulaq etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzəlib «bulaq tayfasına məxsus yaşayış yeri» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kəndin adı 1920-ci ildə dəyişdirilib Həbilkənd, sonra yenidən dəyişdirilib Kalinin qəsəbəsi qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 85 nəfər, 1873 - cü ildə 183 nəfər, 1886-cı ildə 222 nəfər, 1897-ci ildə 234 nəfər, 1908-ci ildə 256 nəfər, 1914 - cü ildə 376 nəfər, 1916-cı ildə 228 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş, yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri 1923-25-cı illərdə ata yurdlarına dönə bilmişdir. Burada 1926-cı ildə 36 nəfər, 1931-ci ildə 75 nəfər azərbaycanlı yaşamışdır.
Gülağa Aslanlı
Gülağa Qulam oğlu Aslanlı və ya Gülağa Qulam oğlu Aslanov (24 fevral 1952, Mollaoba, Masallı rayonu) — Müsavat Partiyasının Mərkəzi İcra Aparatının sədri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sabiq üzvü. == Həyatı == Gülağa Qulam oğlu Aslanlı 24 fevral 1952-ci ildə Masallı rayonunun Mollaoba kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. Fizika elmləri üzrə fəlsəfə doktorudur. Rus dilini və Osmanlı Türkcəsini bilir. Ailəlidir. == Siyasi fəaliyyəti == Gülağa Aslanlı 20 noyabr 1992-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy tərəfindən imzalanmış 331 nömrəli fərmanla Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin "Biyan" Birliyi bazasında yaradılmış Azərbaycan Respublikasının "Biyan" İstehsalat Birliyinin baş direktoru təyin olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı 1036 nömrəli sərəncam ilə "Biyan" İstehsalat Birliyi ləğv edildiyi üçün Gülağa Aslanlı 2001-ci il martın ayının 22-dən "Biyan" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad olunmuş hesab edilmişdir. === Mərkəzi Seçki Komissiyasında === Gülağa Aslanlı 8 oktyabr 2010-cu il tarixində Müsavat Partiyasının namizədi olmuş, parlamentdə təqdimatı Müsavat Partiyasının millət vəkili İkram İsrafil tərəfindən icra edilmişdir. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Mikayıl Rəhimov və bitərəflərin namizədi Arifə Muxtarova ilə birlikdə Müsavat Partiyasının və Azərbaycan Xalq Partiyasınln namizədi Gülağa Aslanlının namizədliyi səsverməyə qoyulmuş və keçirilən səsvermədə iştirak edən 95 deputatdan 93-nün lehinə, 1-nin əleyhinə səs verməsi ilə onlar Mərkəzi Seçki Komissiyasının əsas üzvü seçilmişdirlər.
Həmid Aslanlı
Həmid Piri oğlu Aslanov (1940, Biləv, Ordubad rayonu) — Geologiya-mineralogiya elmləri namizədi, alim. == Həyatı == 1940-cı ildə Ordubad rayonunun Biləv kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1957-1960-cı illərdə həmin kənddəki kolxozda işləmişdir. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsini bitirdikdən sonra 1970-ci ilədək Qazaxıstanda və Parağaçayda mühəndis-geoloq işləmişdir. 1972-ci ildə ADU-nun aspiranturasını bitirərək namizədlik dissertasiyası müdafiə etmişdir. 1972-1990-cı illərdə Mərkəzi elmi-tədqiqatgeoloji-kəşfiyyat institutunda baş elmi işçi və laboratoriya müdiri işləyərək Qafqaz, Ural, Altay və Tyan-Şan ərazilərində elmi-tədqiqatlar aparmışdır. 1991-ci ildən sonra ğölkəmizin ayrı-ayrı bölgələrinin geoloji və geoekoloji problemlərinin araşdırılması, proqnozlaşdırılması və həlli ilə maşğul olmuşdur. 70 elmi və elmi-publisistik əsərin, o cümlədən 7 kitabın müəllifi və ya həmmüəllifidir. Geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktorudur. Ailəlidir.
Qulaqlı bayquş
Qulaqlı bayquş (lat. Asio) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Qulaqlı kirpi
Qulaqlı kirpi (lat. Hemiechinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin kirpilər fəsiləsinə aid heyvan cinsi. == Xarici görünüşü == Tikanlı zirehi gövdənin bel hissəsini tutaraq böyürlərə girir.Təpəsində “keçəli” yoxdur. İynələrində uzununa yastıqlardan başqa köndələn yastıqlarda vardır. Bədənin alt tərəfi və böyürlərin böyük hissəsi nisbətən gödək və yumuşaq tüklərlə örtülmüşdür. Uzun qulaqları səciyyəvidir. iynələrin rəngi nisbətən açıq olub müxtəlif, ancaq çox vaxt kürənvari qum rəngində olur. Böyürləri və bədənin alt tərəfi qonurumtul-boz və ya ağdır. == Arealı == Cinsin arealı cənub–şərqi Avropanı, Ön, Mərkəzi və Cənubi Asiyanı, Şimali Afrikanı əhatə edir. 5 növündən Qafqazda biri yaşayır.
Qulaqlı kirpilər
Qulaqlı qarabatdaq
Qulaqlı qarabatdaq (lat. Phalacrocorax auritus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin qarabatdaqlar fəsiləsinin qarabatdaq cinsinə aid heyvan növü.
Rüfət Aslanlı
Aslanlı Rüfət Cəbrayıl oğlu — Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının sədri. == Həyatı == Rüfət Aslanlı 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır, ali təhsillidir. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1993-cü ildən Aqrar Sənaye bankında mühasibat uçotu idarəsində iqtisadçı vəzifəsində başlamış və 1994-cü ilin iyul ayından dekabr ayınadək aparıcı iqtisadçı vəzifəsində davam etdirmişdir. 1994-cü ilin dekabr ayından Azərbaycan Respublikası Milli Bankının Baş pul-kredit siyasəti və valyutanın tənzimi idarəsində aparıcı iqtisadçı, 1995-ci ildən baş iqtisadçı, 1998-ci ildən isə həmin idarənin valyuta nəzarəti şöbəsinin rəisi vəzifələrində çalışmışdır. 2000-ci ilin iyul ayından Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru, 2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Republikası Milli Bankı İdarə Heyətinin üzvü seçilmişdir. 2006-cı ildə Milli Bankın Baş direktoru vəzifəsinə təyin edilmişdir. 2006-cı ilin dekabr ayında ikinci dəfə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü seçilmişdir. 2007-ci ilin fevral ayında Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.