Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aplift
Yüksəltmə və ya aplift (ing. uplift) – daha inkişaf etmiş bir irqin nisbətən daha az inkişaf etmiş bir irqin təkamül prosesinə müdaxil edərək həm texnoloji, həm də intellektual cəhətdən "yüksəltməsi" ilə xarakterizə olunan elmi fantastika motivi. Yüksəltmə konsepsiyası əsasən planetlərarası irqlərin münasibətindən bəhs edən elmi fantastika əsərlərində daha populyar olsa da, bəzən planetdaxili irqlər arasındakı münasibətlərdə də istifadə olunur. == Tarixi == Yüksəltmə motivinin istifadə olunduğu ən qədim nümunə Herbert Uells tərəfindən 1896-cı ildə yazılmış "Doktor Moronun adası" romanıdır. Bu əsərdə Doktor Moro müxtəlif cərrahi proseslərlə heyvanları insanlaşdırmağa çalışır. Bu əsər "İtmiş ruhların adası" (1932) kimi bir çox film adaptasiyası üçün ilham mənbəyi olmuşdur. Kino dünyasında tanınan ən məşhur yüksəltmə hekayəsi 1968-ci ildə çəkilmiş "2001: Kosmik Odissey" filmidir. Filmdə yadplanetlilər insan təkamülünə müdaxil edirlər. Film Artur Klarkın "Qoruyucu" (1951) adlı qısa hekayəsindən təsirlənərək yazılsa da, Klark 1968-ci ildə filmin hekayəsini romanlaşdırmışdır. Klarkın 1953-cü ildə yazdığı "Uşaqlığın sonu" romanı da yüksəltmə konsepsiyasına malikdir.
Aplit
Aplit (yun. άπλόος – sadə) — xırda və ya narın dənəli, nadir hallarda porfirvarı ağ, açıq boz, sarımtıl və ya çəhrayı rəngli (ümumiyyətlə açıq rəngli) minerallardan – xırda izometrik kvars və çöl şpatlarından ibarət maqmatik damar (dayka) süxuru. Aplitlərə azqalınlıqlı daykalar və damarcıqlar şəklində qranit və qranitoid kütlələrində, bəzən isə onlardan kənarda ətraf süxurların çatlarında rast gəlinir. Apltlərdə cüzi miqdarda rəngli minerallar – maqnetit, mikalar, bəzən qələvi piroksenlər və amfibollardan başqa aksessor mineral kimi muskovit, bəzən qranat və turmalin, adi aksessor minerallar – maqnetit, ortit, həmçinin apatit və bir çox başqa nadir minerallar (ksenotim, xrizoberill, aleksandrit, topaz, anataz və s.) var. Mikrostrukturu aplit və ya panidiomorf dənəvərdir; dənələrinin forması çox halda qeyri-düzgün üçbucaqlı və ya qeyri-düzgün dairəvidir. Tərkibinə və yatım şəraitinə görə Aplit dayka və damarcıqları maqmanın qalıq turş ərintisinin intruziv kütlələrin və ətraf süxurların çatlarına nüfuz edərək kristallaşıb bərkiməsi nəticəsində əmələ gəlir. Belə ərintilər həmişə su və digər uçucu komponentlərlə zəngin olduğundan maqmanın soyuması zamanı həmin komponentlərin ərintidən ayrılması onun kristallaşmasını sürətləndirməklə yanaşı xırda dənəli strukturun əmələ gəlməsinə səbəb olur; qalıq ərinti qapalı şəraitdə kristallaşdığı zaman peqmatitlər əmələ gəlir. Sinonimləri – qranitin, qranomazanit, xaplit; növləri – qranit-aplit, qranodiorit-aplit, diorit-aplit, kvarslı diorit-aplit, kvarslı monsonit-aplit, monsonit-aplit, plagioqranit-aplit, kvarslı siyenit-aplit, siyenit-aplit, tonalit-aplit. Azərbaycan ərazisində aplitlərə ən çox Kiçik Qafqazın Gədəbəy, Daşkəsən, Qabaqtəpə, Üçtəpə, Dəlidağ, Mehri-Ordubad və s. intruzivlərin qranitoid kütlələrində təsadüf olunur.
Alikant Buşe
Alikant Buşe — üzüm sortu. Sort Fransada 1855-ci ildə seleksiyaçı Q.Buşe tərəfindən Pti Buşe (Armon x Tentyure) və Qrenaj sortlarının çarpazlaşdırılmasından alınmışdır. Texniki üzüm sortlarındandır. Meyvəsi əsasən tünd-göy və qara rəngdədir. Sort dünyanın əksər üzümçülük ölkələrində əkilib-becərilir. == Yarpaqları == Yarpaqları iri (uzunluğu 16-22 sm, eni 14-21 sm), dəyirmi formada, ayası zəif, yaxud orta dərəcədə yarılmış, 3, yaxud 5 dilimlidir. Yuxarı kəsikləri açıq, yaxud bağlı, girintili bucaq şəklində, üçbucaqşəkilli, yaxud dar ellipsvari və ya oval formada olur. Aşağı kəsikləri çox dayaz üçbucaqşəkilli, yaxud girintili bucaq şəklində olub, izi görünür. Saplaq oyuğu açıq, dərin olub dar tağşəkillidir. Dilimlərin ucundakı dişciklər iti uclu üçbucaqşəkilli, kənar dişciklər isə üçbucaqşəkilli-mişarvaridir.
Silikat turşusu
Metasilikat və ya Silikat turşusu H2SiO3. == Alınması == Silisium 4-oksid suda həll olmur və onunla reaksiyaya girmir. Ona görə də silikat turşusu H2SiO3 dolayı yolla- onun həll olan duzlarının məhlullarına turşu ilə təsir etməklə alınır: Na2SiO3 + 2HCl = 2NaCl + H2SiO3 ↓ == Quruluşu == Silikat turşusunun tərkibini göstərən H2SiO3 formulu şərtidir. Əslində x SiO2 . y H2O və ya (H2SiO3)n tərkibli silikat turşuları qarışığı - polisilikat turşusu əmələ gəlir. qızdırıldıqda polisilikat turşusu suyunu tədriclə itirib bərk silisium 4-oksidə çevrilir. H2SiO3 = SiO2 + H2O == Fiziki xassələri == Silikat turşusu H2SiO3 zəif, ikiəsaslı turşudur. Suda həll olmur və indikatorun rəngini dəyişdirmir. qismən susuzlaşdırılmış H2SiO3 - bərk, ağ, məsaməli, yüksək adsorbsiya xassəli kütlə - silikagel adlanır. == Kimyəvi xassələri == Silikat turşusunun duzlarına silikatlar deyilir.
Alakat faciəsi
Alakat faciəsi və ya Alakat üsyanı — 1929-1930-cu illərdə məcburi kollektivləşdirməyə qarşı çıxmaq istəyən kəndlilərin aldadılması nəticəsində baş vermiş faciə. Nəticədə 800 nəfər həbs olunmuş 42 nəfəri isə güllələnmişdir. == Tarixi arayış == 1929-cu ilin sonu 1930-cu ilin əvvəllərində Krımda gedən məcburi kollektivləşdirmə həm də krım tatar ənənələrini də məhv ediridi. "Qolçomaq" elan olunan Krım tatarları ölkənin şimal bölgələrinə sürgün edilirdilər. İnsanların sürgün edilməsi və məcburi kollektivləşdirmə insanların narazılığını artırırdı və bu yeni kəndli üsyanlarına səbəb olurdu. Bu üsyanlar öz adını Krımın cənub sahillərində yerləşən Alakat dərəsindən alıb. Üsyan qəddarlıqla yatırıldı və öz ardınca yeni repressiya dalğası da gətirdi. == Hadisələrin gedişatı == 1929-cu ilin ikinci yarısında XDİK Krımda Sovet İttifaqının düşmənlərini və etibarsız elementləri müəyyən etmək üçün əməliyyat keçirirdi. Onları müəyyən etmək üçün həm də provakasiya metodundan da istifadə olunurdu. Üsküt kəndində əslən Karasubazardan olan P.Popov adında biri yerli sakinləri məcburi kollektivləşdirməyə qarşı qalxmağa təhrik edir və kolxoza getmək istəməyən sakinlərin adlarını siyahıda qeyd edərək XDİK-a təqdim edir.
Lord Kitçener səni istəyir (plakat)
Lord Kitçener səni istəyir (ing. Lord Kitchener Wants You) — Böyük Britaniya ordusuna çağırışa səsləyən, 1914-cü ildə çəkilmiş plakat. Plakatdan, əsasən, Birinci dünya müharibəsi illərində istifadə olunmuşdur. Plakatda təsvir edilən Lord Kitçener rəsmi Alfred Let tərəfindən çəkilmişdir.