Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arıqdam
Arıqdam — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Arıqdam/Arıxdam Gədəbəy rayonunun Qumlu inzibati ərazi vahidində kənd. Gədəbəy çayının (Şəmkir çayının qolu) sol sahilindən bir qədər aralı, Şəkərbəy dağının ətəyindədir. Kənd XVIII əsrin axırlarında yaranmışdır. Hazırda həmin rayonun Hacılar kəndinin bir hissəsi də Arıqpəyə adlanır. Xalq etimologiyasına görə, toponim Arıq Alı adlı şəxsin adı ilə bağlıdır. Qədim türk dillərində arık/erik "kanal, arx, su hövzəsi", dam "mal saxlanan yer, yaşayış yeri" mənalarını ifadə edir. Oykonim "su, çay sahilində yaşayış yeri" kimi izah olunur. Gürcüstan ərazisində Arıxdam, Qazaxıstanda Arıkbalık yer adları da mövcuddur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2653 nəfər əhali yaşayır.
Arıqdam bələdiyyəsi
== Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ağlama divarı
Ağlama divarı — Qüdsdə Məbəd dağının qərb tərəfində yerləşmiş qədim yəhudi məbədi divarının qalıqları. Qüdsdə olan yəhudilər üçün müqəddəs hesab edilən, Qüds məbədinin aşağı hissəsində qalmış qərb divarıdır. Buna görə Qərb divarı (ivr. ‏ הַכּוֹתֶל הַמַּעֲרָבִי‏‎) adı ilə tanınır.. Yəhudilərin, Süleymanın Qüdsdə tikdirdiyi Beyt-ül-Makdisdən qaldığına inandıqları və müqəddəs olaraq qəbul etdikləri divardır. Yəhudilərin ha-Kotel ha-Ma’aravi (Qərb Divarı) dedikləri bu divar zamanla Xristianlığın təsiriylə "Ağlama Divarı" olaraq adlandırılmışdır. Təxmini olaraq 485 m uzunluğunda olan Ağlama Divarı, torpaq səviyyəsinin üstündə olan iyirmi dörd böyük daş cərgəsi ilə yerin altında qalmış olan on doqquz daş cərgəsindən meydana gəlmişdir. Hündürlüyü torpaq səviyyəsindən etibarən,18 m olub 6 metri məbəd sahəsinin səviyyəsini keçir. Daşlardan bəzilərinin uzunluğu 12 m, hündürlüyü 1 m, ağırlığı isə 100 tondan artıqdır.
Bəsdir, ağlama! (film, 1999)
== Məzmun == Film Qarabağ müharibəsində ermənilərə əsir düşmüş azərbaycan əsgərlərinin, qadınlarının əzab-əziyyətli günlərindən danışır. == Film haqqında == Filmin çəkilişlərinə Şamaxı bölgəsi Kərkəng kənd sakinləri köməklik göstərmişdir.