Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Atelye
Atelye (fr. Atelier; fransız: [atəlje]) — təsviri və ya dekorativ incəsənət sahəsində peşəkar rəssamın və ya memarın şəxsi emalatxanası. Burada əsas usta və bir sıra köməkçilər, tələbələr və şagirdlər ustanın adı və ya nəzarəti altında buraxılan təsviri incəsənət əsərlərini birlikdə işləyə bilərlər. İncəsənətdə atelye ustad rəssamdan, adətən peşəkar rəssam, heykəltaraş və ya memardan ibarətdir və burada az sayda tələbə ilə birlikdə onlara vizual və ya təsviri sənət öyrədilir. Atelye həmçinin, moda dizaynerinin, saç stilistinin və ya ümumiyyətlə rəssamın iş və təhsil sahəsi ola bilər. Atelye məktəbləri dünyanın hər yerində, xüsusən Şimali Amerika və Qərbi Avropada fəaliyyət göstərir. == Etimologiya == "Atelye" sözü fransızca "atelier" sözündən götürülmüşdür ki, onun mənşəyi nəticədə latınca "assula" sözündən gəlir, bu da "ağac qırıqları" deməkdir. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə nigarxana (نیگارخانا) adlandırılmışdır.
Steller qarabatdağı
Steller qarabatdağı, və ya Eynəkli qarabatdaq (lat. Phalacrocorax perspicillatus) — Qarabatdaqlar fəsiləsinə daxil olan, nəsli kəsilmiş quş növü. Bu canlılar əsasən Berinq dənizinin Berinq və Ariy Kamen adalarında yayılmışdırlar. Bu canlı Qeorq Vilhelm Stellerin şərəfinə adlandırılmışdır (1709—1746). == Xariçi görünüş == Dünyanın ən iri qarabatdaqlarından biri olmuşdur. Uzunluğu 96 sm, çəkidi 6 kq təşkil edirdi. Qara təngdə olub üzərindən bürünc xətt keçir. Erkəklərin gözləri ətrafında sanki eynək vardır. == Həyat tərzi == Əsasən qayalıqlı ada sahillərində yerləşirdilər. Olduqca ləng idilər.
Sent Helier
Sent Helier (bəzən Sent-Helyer deyə qeyd olunur; ing. Saint Helier, fr. Saint-Hélier, norm. Saint Hélyi, 49°11′ şm. e. 2°07′ q. u.) — şəhər və liman, Böyük Britaniya taxt-tac ərazisi olan Cersinin paytaxtı, onun iqtisadi mərkəzi. Cersinin on iki dairəsindən biri. Sent Helier Cersi adasının cənubundakı kiçik körfəzdə yerləşir. Ərazisi — 10,6 кm².
Ceks Teller
Cekson Neteniel "Ceks" Teller — ABŞ teleserialı "Anarxiyanın oğulları"nın baş qəhrəmanı. Çarli Hannem tərəfindən canlandırılıb. Ceks qanundan kənar motosiklet klubunun üzvüdür, o, əvvəlcə klubun vitse-prezidenti, daha sonra isə prezidenti olur. Onun rəhbərlik etdiyi bu klub Anarxiya Oğulları Motosiklet Klubu Redvud Original (SAMCRO) adlanır. Klub Kaliforniya ştatının Charming adlı uydurma şəhərciyində fəaliyyət göstərir. == Həyatı == Ceks Teller 1978-ci ildə anadan olub. Onun anası Con atası isə Qemma Tellerdir. Onun müharibə veteranı olan atası vaxtı ilə SAMCRO motosiklet klubunun qurucusu və prezidenti olmuşdur. Ancaq atası 1993-cü ildə avtomobil qəzasında ölür. Bu hadisədən sonra klubun rəhbər vəzifəsi Kley Morrova keçir.
Hilton Otellər Şəbəkəsi
Hilton Hotels & Resorts daha çox istifadə olunan adıyla Hilton Hotels (ing. Hilton Hotels & Resorts)Hilton Worldwide şirkəti tərkibində iştirak edən Dünya tərəfindən məşhur Turizm şirkəti. Dünya səviyyəsində 3897 otel 642.000 otaq və 91 ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətdir Dünyada turizm sektorunun ən böyük şirkəti olaraq bilinir. == Tarixi == 1919-cu ildə Konrad Hilton tərəfindənHilton Worldwide şirkəti kurulmuştur.Şirkət ABŞ-nin o zaman içində olduğu iqtisadi böhrandanda faydalanaraq çox sürətli bir şəkildə böyümüşdür. Şirkət 1946-ci ildə artıq Amerikada bir çox Otelə sahib idi. Bu otellər bir dam altında toplanaraq Hilton Hotels Corporation America (HHC) qururlar.1967-ci ildə isə artıq Dünyada bir çox otelə sahib olan Hilton Hotels Co. America, London mərkəzli olaraq dünyadakı digər otellərin bağlı olacağı Hilton İnternationali (HI) qurur daha sonra Hilton International TWAyə arxasından da Ladbroke Groupa satılır.Bu satış hadisəsindən sonra belə bir razılaşma olmuşdur. ABŞ torpaqları içində Hilton markası HHC tərəfindən istifadə ediləcək ABŞ xaricindəki bütün ölkələrdə isə ad haqqı Hiltona aid olması mövzusunda razılaşdırılır müəyyən bir müddət sonra HHC təkrar dünyaya açılmağa qərar verər, təbii ki ,Hilton adını işlənilməməsindən ötəri yeni bir marka yaratmaq ehtiyacı hiss edər. Bunun üçün şirkətin qurucu başçısı olan Konrad Hiltonun adından istifadə etməklə 1982-ci ildə Conrad Hotels qurular 1985-ci ildə Conrad Hotels ilk otelini Avstraliyada Conrad Jupiters, Gold Coast adında otelləri fəaliyyətə başlayar. 2000-ci ilə gəlindiyində HHC təkrar Hiltonu satın alır.5 İyul 2007 günü şirkət Hilton Worldwide adı altında 26 milyard dollara Blackstone şirkətinin damı altında toplandı.