Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avtomen (Korinf çarı)
Avtomen (q.yun. Αὐτομένης) — yunan mifologiyasında personaj. O, Korinf çarı Telestin davamçısıdır. Antik müəllif Pavsani bildirir ki, on iki il hakimiyyətdə olmuş Korinf çarı Telest öz qohumları Aris və Perant tərəfindən öldürülmüşdür. Bundan sonra artıq hakimiyyətdə monarxlar olmamış, burada aristokratik hökumət qurulmuşdur. Buna baxmayaraq, digər antik müəlliflər hakimiyyətin yalnız onun varisi, sadəcə bir il hakimiyyətdə olmuş Avtomendən sonra dəyişdiyini bildirirlər.
Antigen
Antigenlər (yunan dilindən “anti” - əks + “genes” – doğan) - orqanizm üçün yad cisim olub, özünə qarşı spesifik immun reaksiyası yaradan maddələrdir. Bu reaksiyanın nəticəsi kimi orqanizm tərəfindən anticimlər sintez olunur. Antigenlər və antitellər həm in vitro, həm də in vivo daxilində bir-birinə qarşılıqlı təsir etmək qabiliyyətinə malikdirlər. Canlı orqanizmlərin bütün makromolekulyar komponentləri antigen xüsusiyyətinə malikdir. Antigenlər müəyyən bir növün bütün fərdləri, yaxud bu növün müəyyən bir qrupunun bəzi fərdləri üçün ümumi ola bilər. İmmun reaksiyası yaratmaq qabiliyyəti və yaratdığı reaksiyaların forması (antitel yaratmaq, hüceyrə immuniteti, allergiya və s.) fərqli ola bilər. Antigenlər yalnız, onların öz təsiri altında yaranmış anticisimlərlə birləşə bilir. == Xassələri == Antigenlər yad cismlik dərəcəsindən, kimyəvi təbiətindən (zülal, yaxud polisaxarid), dozasından və orqanizmə hansı formada daxil olmasından və s.-dən asılıdır. Antigenlər antitelllərlə və hüceyrə ilə öz molekullarının bir-birinə toxunan müəyyən bir hissəsi vasitəsilə qarşılıqlı təsirə məruz qalırlar. Antigenlərin yad cisim təbiətinin təyini, onun “özününkü”, yaxud “özgəninki” olmasını müəyyənləşdirmək canlı orqanizmlərə məxsus universal xüsusiyyətlərdən biridir.
Patogen
Patogen (yun. παθογένεια ← πάθος "əzab" + γενετική "yaradan") — istənilən mikroorqanizm (göbələklər, viruslar, bakteriyalar və d.), həm də başqa canlı varlıqda xəstəlik törədən, patoloji xarakter daşıya bilən zülal — priondur. Daha ümumi halda, patogen hər hansı bir orqanizm sisteminə zərər verə bilən və ya hər hansı bir xəstəliyin inkişafına səbəb ola biləcək hər hansı bir ekoloji amil kimi başa düşülür. Patogen mikroorqanizmlər öz sahibinə münasibətdə parazitlik edən mikroorqanizmlərdir (xüsusilə heyvanlarda bakteriyalar, bitkilərdə göbələklər). "Patogen" termini 1880-ci illərdə istifadəyə verilmişdir. Ümumiyyətlə, bu termin virus, bakteriya, protozoy, prion, viroid və ya göbələk kimi yoluxucu mikroorqanizm və ya agenti təsvir etmək üçün istifadə olunur. Bəzi qurdlar və həşərat sürfələri kimi kiçik heyvanlar da xəstəliyə səbəb ola bilər. Bununla belə, bu canlılara bir qayda olaraq, patogen deyil, parazit deyilir. Mikroskopik orqanizmlərin, o cümlədən mikroskopik patogen orqanizmlərin elmi tədqiqi ilə mikrobiologiya məşğul olur. Bu patogenləri cəlb edə bilən xəstəliklərin öyrənilməsiylə isə patologiya məşğul olur.
Antonen Arto
Antonen Arto (4 sentyabr 1896[…], Marsel, Buş-dü-Ron, Fransa – 4 mart 1948[…], Paris və ya İvri-sür-Sen) — "Qəddarlıq" və ya "kryuotik teatr" konsepsiyasının müəllifi teatr dilinin novatoru hesab olunur. Fransız yazıçısı, şair, dramaturq, kinossenarist, rejissor və teatr nəzəriyyəçisi A. Artonun tanınmış "Teatr və onun oxşarı" (1938) adlı əsərində "Qəddarlıq teatr"ının iki manifestini elan olunur. Burada o, magiya və dini ayinlərə qayıdış hesab"Qəddarlıq" və ya "kryuotik teatr" konsepsiyasının müəllifi Antonen Arto (1896–1948) teatr dilinin novatoru hesab olunur. Fransız yazıçısı, şair, dramaturq, kinossenarist, rejissor və teatr nəzəriyyəçisi A. Artonun tanınmış "Teatr və onun oxşarı" (1938) adlı əsərində "Qəddarlıq teatr"ının iki manifestini elan olunur. == Həyatı == Marsel şəhərində doğulmuşdu. Dörd yaşı olanda minenqitə tutuldu ki, bunun nəticəsində bütün ömrü boyu psixoloji xəstəlikdən əziyyət çəkdi. İlk ədəbi yazılarını, şerlərini erkən gəncliyində yazan Arto 1914-cü ildə böyük bir depressiya keçirdi və yazdıqlarının hamısını yandırdı. Şeirlərində Edqar Ponun, Andre Bretonun təsirləri hiss olunurdu. Onun işləri uğursuzluqla nəticələnirdi. Arto özü də çox ziddiyyətli adam idi.
Sent-Antonen (Dənizkənarı Alplar)
Sent-Antonen (fr. Saint-Antonin) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Vans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Pyuje-Tenye kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 6,44 km², əhalisi — 104 nəfərdir (2006) artım tendensiyası ilə: 118 nəfər (2012), əhalinin sıxlığı 18,3 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 113 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 118 nəfər.
Avtoqəza
Avtomobil qəzası — bir quru yolu nəqliyyat vasitəsinin digər bir, piyadaya, heyvana ya da hər hansı bir əşyaya dəyməsidir. Avtomobil qəzaları nəticəsində yaralanma, maddi zərər və ölüm meydana gələ bilər. Avtomobil qəzaslarının baş verməsinə başda sürücü, avtomobil və yol olmaqla bir çox şey səbəb ola bilər. Quru yolunda ölümlü bir avtomobil qəzası ilk dəfə 31 Avqust 1896-cı ildə baş vermişdir. İrlandiyalı səma cisimləri alimi Mary Ward, qohumunun buxarlı avtomobilindən düşmüş və avtomobil tərəfindən əzilərək vəfat etmişdir.