Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avtodrom
Avtodrom — avtomobil sınaqları və yarışları üçün lazımi avadanlıqla təchiz edilmiş xüsusi sahə. Motosikl və avtomobillərin sınaq və yarışları avtodromlarda keçirilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Военный энциклопедический словарь/ В 2 томах. Том 1. — Редкол.: А. П. Горкин, В. А. Золотарев, В. М. Карев и др. — М.: Большая Российская энциклопедия, «Рипол Классик», 2001. — 848 с.
Avtotrof orqanizmlər
Produsent (lat. producens, yiyəlik halda "lat. producentis" – törədən, yaradan) – fotosintez, yaxud xemosintez yolu ilə qeyri-üzvi maddələrdən üzvi maddə hazırlayan orqanizmlərdir. Maddələrin biogen dövriyyəsində birinci səviyyəni təşkil edirlər. İstər quru, istərsə də su hövzələrinin əsas produsenti bitkilərdir. Produsent və onun becərilmə şəraitinin seçilməsi. Ferment istehsalının ilk mərhələsi çoxlu miqdarda istənilən fermenti sintez edən produsentin seleksiya yolu ilə seçilməsidir. Produsent aşağıdakı tələbləri ödəməlidir: – ferment hüceyrədən xaricə sintez edilməlidir. Hüceyrəxarici fermentlərin alınması hüceyrə divarının parçalanmasını tələb etmir, çox asan və ucuz başa gəlir; – az müddət ərzində çoxlu ferment sintez etməlidir; – əmələgələn fermentin ayrılması asan getməlidir. Deməli, produsent əlavə ferment və zülallar sintez etməməli və ya az miqdarda sintez etməlidir, belə olduqda fermenti asanlıqla ayırırlar; – ştamm antibiotik və toksin əmələ gətirməməlidir.
Soçi Avtodrom
Soçi Avtodrom (rus. Сочи Автодром) — Rusiyanın Krasnodar diyarının Sirius qəsəbəsindəki avtomobil yarışları üçün yarış treki. Soçi Olimpiya Parkının ərazisindəki İmeretin ovalığında yerləşir. 2014 Qış Olimpiya Oyunlarının Olimpiya parkı ətrafında trek ideyası Sidneydəki Olimpiya parkı ətrafındakı Jil Vilnyov adın avtodromu və Homebush Street Circuit trassasına bənzəyir. İl boyu fəaliyyət göstərir. == Tarixi == 2010-cu il oktyabrın 14-də Rusiya Federasiyası Hökumətinin dəstəyi və Vladimir Putinin iştirakı ilə Soçi şəhərində "Sentr "Omeqa"" və "Formula One Management" (FOM) qrupunun şirkətləri arasında Formula-1 Rusiya Qran-prisi yarışının təşkili ilə bağlı saziş imzalandı. Müqavilə yeddi illik nəzərdə tutulmuşdur və yenilənməsi mümkün idi. 28 oktyabr 2010-cu ildə "Sentr "Omeqa"" şirkəti "Tilke Gmbh & Co. KG" şirkəti ilə trassanın layihələşdirilməsi üçün müqavilə imzaladı. Trassanın tikintisinə federal mənbələrdən 5,8 milyard rubl ayrılıb.