Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Özalçılıq
Özalçılıq və ya özalizm (türk. Özalcılık) — 1983–1989-cu illərdə Türkiyənin Baş naziri və 1989–1993-cü illərdə Türkiyə Prezidenti olmuş Turqut Özalın iqtisadi və sosial baxışlarına və siyasi üslubuna bağlılıq. Özalçılıq Özaldan sonra baş nazir olan və iqtisadi görüşlərini qismən davam etdirən İldırım Ağbulud və Məsud Yılmazın dövrlərini əhatə etmək üçün də istifadə edilir. == Strukturu == === Zəmin === Turqut Özalın hakimiyyətdə olduğu 1980-ci illər Yeni sağ anlayışının bütün dünyaya hakim olmağa başladığı bir dövr idi. Özal bu prosesdən təsirlənərək bu yeni dövrün siyasi mövzusu olmuşdur. Marqaret Tetçerin "Özal siyasətinin sona qədər müdafiəçisiyəm" ifadəsi Özalın liberal mühafizəkar siyasət anlayışının xarici aləmdə təqdir olunduğunu göstərməklə yanaşı, xarizmatik və praqmatist kimliyini vurğulamaq baxımından da əhəmiyyətli bir ifadə kimi qiymətləndirilir. === İqtisadiyyat === İqtisadiyyatda azad bazar nizamına əsaslanan struktur dəyişikliyi proqramı Turqut Özal hökuməti dövründə tətbiq edilmişdir. 1983–1987-ci illər arasında Baş nazirlik dövrünü əhatə edən Türkiyədə adambaşına düşən gəlir 1980-ci ildə 1,539 dollardan 1987-ci ildə 1,636 dollara yüksəlmişdir. Türkiyəni idxalı əvəz edən modeldən ixraca əsaslanan böyümə modelinə çevirməyi nail olmuş və Türkiyə iqtisadiyyatı rəqabətə açılmışdır. Bu dövrdə bir çox Anadolu vilayət və rayonlarında mütəşəkkil sənaye zonaları yaradılmış, Anadolu istehsal ilə məşğul olaraq məhsulları birbaşa ixrac etmişdir.