Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bəyhəqi Əhməd
Əbu Bəkir Əhməd ibn Hüseyn Bəyhəqi– Görkəmli fəqih, mühəddis və təfsirçi == Həyatı == Bəyhəqi Əhməd İranın Nişapur şəhərinin yaxınlığındakı Bəyhəq bölgəsində doğulmuşdur. Xorasan, Bağdad, Kufə, Məkkədə təhsil almışdır. == Elmi fəaliyyəti == Bəyhəqi Əhməd yüzdən çox müəllimdən hədis və fiqh elmlərini öyrənmişdir. Daha sonra Bəyhəqi müəllimlik etmiş və elmi fəaliyyətlə məşğul olmuşdur. O, hüquq, kəlam (I) və hədis elminə aid bir çox kitabın müəllifidir. O, Şafi məzhəbinin davamçılarından hesab edilir.
Beyhəqi
Əbubəkr Əhməd bin Hüseyn Beyhəki ( (fars.)) — İslam alimi. == Həyatı == Məşhur hədis və fiqh alimidir. Adı Əhməd ibn Hüseyn, künyəsi Əbu Bəkrdir. Nişapurun Beyhək qəsəbəsindən olduğu üçün Beyhəki deyə məşhur olmuşdur. Beyhək qəsəbəsinə bağlı Hüsrəvcird kəndində 994-cü ildə (hicri 384) doğuldu, 1066-cı ildə (Hicri 458) Nişapurda vəfat etdi. Kişik yaşda elm öyrənməyə başlayan Beyhəki zəkasının itiliyi, yaddaşının qüvvəti, öyrənmək arzusu və elm öyrənməkdəki ixlası ilə xocalarının diqqətlərini üzərinə çəkdi. Beyhəki Xorasan, Bağdad, Kufə və Məkkə kimi elm mərkəzlərində zamanın alimlərindən ağlı və nəqli elmləri təhsil aldı. Yüzdən atıq xocadan hədis öyrəndi. Əbul-Fəth Nasir ibn Muhamməd Üməridən fiqh elmini, Hakimidən hədis elmini, İbni Fürəkdən kəlam elmini, Əbu Əli Rudbaridən təsəvvüf elmini öyrəndi. Böyük alim oldu, ona elmin minarəsi deyildi.
Əl-Beyhəqi

Sünəni əl-Beyhəqi
Sünəni əl-Beyhəqi (ərəb. سنن البيهقي‎) və ya Sünəni əl-Kubra (ərəb. السنن الكبرى‎) —— Məhəmməd peyğəmbərin (s.a.v.), səhabələrinin həyat və fəaliyyətinə dair mühəddis Beyhəqi tərəfindən tərtib edilmiş hədislər toplusu. Əbu Bəkr Əhməd ibn əl-Hüseyn əl-Beyhəqi Nişapur (İran) yaxınlığındakı bir kənddən idi, Xorasan, Bağdad, Kufə və Məkkədə bir çox üləmadan təhsil almış, əl-Həkim Nişapurinin tələbəsi olmuşdur. Əl-Beyhəqi İslamla bağlı 1000-ə yaxın əsərin müəllifidir. Əl-Beyhəqinin "Sünəni" 10 cilddən ibarətdir. İbn əl-Salah "Müqəddimə" əsərində əl-Beyhəqinin məcmuəsini yüksək qiymətləndirmiş və "Altı mötəbər məcmuə" ilə tanış olduqdan sonra onun öyrənilməsini tövsiyə etmişdir.