Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Balililər
Balililər — İndoneziyada Avstroneziya xalqı. Bali, Nusapenida və Lombok adalarının əsas əhalisi. Sayları 4,2 mln. nəfərdir. 7 min nəfər Sulavesinin cənubunda yaşayır. Avstroneziya dillərinin Bali-sasak qrupuna daxil olan Bali dilində danışırlar. İndiki yazı sistemi latın qrafikası əsasındadır. Dindarları əsasən, hinduistdir. == Tarix == Eramızın 1-ci minilliyinin sonunda Balidə ilk dövlətlər meydana gəlmişdir. Bali hind-Yava mədəniyyətinin təsiri altına düşmüş, 1343-cü ildə Macapahit imperiyasına qatılmışlar; onun süqutundan sonra Bali İndoneziyada hinduizmin əsas dayağı olaraq qalmışdır.
Yezidilər
Yezidilər (ərəb. يَزِيدِيَّةٌ‎; fars. یَزِیدِیَانْ ‎; kürd. یَزِیدِیَانْ) — əsas hissəsi kurmanc dilində danışan etnik-dini toplum. Yezidilərin inandığı din dini ədəbiyyatlarda yəzdanizm formasında adlandırılır. Yezidilərin tarixi vətəni Assuriya dövlətinin paytaxtı olan Nineviya şəhəri hesab olunur. Bu gün Yezidi icması kompakt şəkildə İraqın şimal hissəsində, Suriya, Gürcüstan, Ermənistan və Rusiya kimi ölkələrdə yaşamaqdadır. XX əsrin ikinci yarısından etibarən Almaniyaya əmək miqrasiyası edən 50 minlik Yezidi toplumu isə Avropada ən böyük Yezidi icmasını təşkil edir. == Coğrafi yayılma == Ermənistan, Gürcüstan, İran, İraq, Suriya və Türkiyə kimi bölgələrdə camaat halında yaşayan yezidilərin toplam sayı 800.000 civarında olduğu təxmin edilir. Bəzi elmi yöndən irəli sürülən iddialar etnik yezidilərin sayının daha çox olduğu, bunların böyük bir qisminin sonradan müsəlmanlaşdırılması yönündədir.