Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
YTÜ İktisadi ve İdari Bilimler Fakültesi
İqtisadi və İnzibati Elmlər fakültəsi — Yıldız Texniki Universitetinə bağlı fakültə. 1992-ci ildən 2015-ci ilədək Yıldız Texnik Universitetinin Ulduz şəhərciyində, daha sonra isə Davutpaşa şəhərciyində fəaliyyət göstərən fakültənin hədəfi sosial elmlər sahəsində, elmi tədqiqat keyfiyyətinin yüksəldilməsinə rəhbərlik edən, milli və beynəlxalq təhsil standartlarına uyğun olaraq özəl və dövlət sektorunun ehtiyac duyacağı, cəmiyyəti və iqtisadi prosesləri müşahidə edə bilən, vacib araşdırma və nəşrlərdə aparıcı rol oynayacaq təşəbbüskar, yenilikçi və məsuliyyətli şəxsiyyətlər yetişdirməkdir. Dünya universitetləri reytinq təşkilatı Times Higher Education tərəfindən dərc edilən Sosial Elmlər, İqtisadi və İnzibati Elmlər və Hüquq sahələri üzrə 2022-ci il dünya universitetləri reytinqi siyahısında Yıldız Texniki Universiteti, ODTÜ, Sabancı və Bilkent universitetləri ilə birgə olaraq 401-500-cü sırada yerini almışdır. Bununla yanaşı, 2020-ci il Türkiyə universitetləri məzunlarının iş tapma indeksinə görə, Yıldız Texniki Universitetinin iqtisadiyyat və biznesin idarə edilməsi məzunları iş sahiblərinin 1-ci, siyasi elmlər və beynəlxalq münasibətlər məzunları isə Boğaziçi Universitetindən sonra iş sahiblərinin 2-ci seçimi olmuşdur. Universitetin İqtisadi və İnzibati Elmlər fakültəsi İstanbulun Əsənlər rayonunda yer alan Davutpaşa şəhərciyində yerləşir. Məsafədən asılı olmayaraq metro ilə yanaşı avtobus və rinqlər vasitəsilə də İstanbulun bir çox nöqtələrindən rahat nəqliyyat təmin edilir. == Tarixçə == 1992-ci ildə Yıldız Texniki Universiteti nəzdində yaradılan İqtisadi və İnzibati Elmlər fakültəsi, fəaliyyətinə 1993-1994 tədris ilində İqtisadiyyat ixtisası ilə başlamış, 1996-1997 tədris ilində Biznesin İdarə Edilməsi, 1999-2000 tədris ilində isə Siyasi Elmlər və Beynəlxalq Münasibətlər ixtisası ilə davam etmişdir. 2014-2015 tədris ilində İqtisadiyyat, 2018-2019 tədris ilində isə Biznesin idarə Edilməsi ixtisası ingiliscə proqramlarına tələbə qəbuluna başlamışdır. Siyasi Elmlər və Beynəlxalq Münasibətlər ixtisası isə 30% İngilis dili proqramı ilə tədrisi davam etdirilir. Hər üç ixtisas da bakalavr təhsili ilə yanaşı magistratura proqramları üzrə də təhsil verir.
Sirrimi bilirsən (film, 2002)
Sirrimi bilirsən (hind: Humraaz) — Abbas-Mustan ikilisinin rejissorluğu ilə 2002-ci ildə hind dilində çəkilmiş musiqili romantik triller filmidir. Baş rollarda Bobby Deol, Akshaye Khanna və Amisha Patel çəkilmişdirlər. Film 1998-ci ildə çəkilmiş Mükəmməl Cinayət filmindən ilhamlanaraq çəkilmişdir. Film Soham Çakraborti, Om və Mahiya Mahinin baş rollarda oynadığı 2018-ci il istehsalı olan Benqal filmi Tui Sudhu Amaar üçün də ilham mənbəyi olmuşdur. Film həmçinin Tamil dilində Girivalam adı altında yenidən işlənmişdir.
Nə sən bilirsən, nə də mən (film, 2002)
Nə sən bilirsən, nə də mən (hind: Na Tum Jaano Na Hum) 2002-ci ildə baş rollarda Saif Əli Xan, Hritrik Roşan və Esha Deolun oynadığı hindi dilli romantik dram filmidir. Bu, Roşan və Xanın birlikdə rol aldığı ilk filmdir. Filmin rejissoru Arjun Sablok, prodüseri isə Future Groupun sahibi Kishore Biyani olmuşdur. Filmin adı Roşanın debüt filmi Kaho Naa... Pyaar Hai (2000) filminin bir mahnısından götürülmüşdür. Film buraxıldıqdan sonra çox mənfi rəylərlə qarşılaşdı və mükəmməl bir aktyor heyətinə sahib olmasına baxmayaraq, kassa fəlakəti olmuşdur.