Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çinarçılıq
İşıqçılıq (türk. Işıkçılık) və ya işıq ələviliyi, həmçinin çinarçılıq (Çınarcılık) — ələvilik və onun tarixi haqqında alternativ anlayışı inkişaf etdirmiş ələvilər arasında yeni sinkretik dini hərəkat. Bu alternativ şərhlər və inanclar Türkiyə yazıçısı Ərdoğan Çinar tərəfindən 2004-cü ildə nəşr kitabından ilhamlanmışdır. İşıqçılıq əhəmiyyətli və güclü ələvi təşkilatlarında çox nüfuz sahibi olmağı bacarmışdır. Məsələn, Avropa Ələvi Konfederasiyası 2006-cı ildə ənənəvi ələvi inanclarından əl çəkmiş, onu marjinal işıqçı tipli anlayışla əvəz etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Çınar, Erdoğan. Aleviliğin Gizli Tarihi (8th). Istanbul: Kalkedon. 2007 [2004]. ISBN 978-9944115056.
Cihadçılıq
Cihadçılıq və ya cihadizm Qərb üçün ekzistensial olaraq təhdid kimi qəbul edilən militant islami hərəkatlar üçün istifadə olunan neologizmdir. O, ideologiyaları islami cihad anlayışına əsaslanan müxtəlif qiyamçı İslam ekstremist, militant islamçı və terrorçu şəxslər və təşkilatlara tətbiq edilmişdir. O, tarixdə cihad adı ilə qeyri-müsəlman xalqlara qarşı geniş kampaniya aparan Əməvilər Xilafəti və Osmanlı İmperiyası kimi müxtəlif İslam imperiyalarına da şamil edilmişdir. Müasir cihadçılığın kökləri daha çox XIX əsrin sonu-XX əsrin əvvəllərində və XX-XXI əsrlərdə Qutbilik və əlaqəli islamçı ideologiyalara çevrilən İslam dirçəlişinin ideoloji inkişafı ilə bağlıdır. Cihadçı ideoloqlar cihadı müsəlman dünyasını “Allahın hökmü” altında birləşdirmək üçün dünyəvi beynəlxalq nizama qarşı “inqilabi mübarizə” kimi təsəvvür edirdilər. 1979-1989-cu illər Sovet-Əfqan müharibəsində iştirak edən islamçı könüllü təşkilatlar 1990-2000-ci illər ərzində müxtəlif silahlı münaqişələr zamanı təbliğ edilən cihadçılığın yüksəlişini gücləndirdi. Gilles Kepel 1990-cı illərin Sələfi hərəkatı daxilində cihadçılığın xüsusi sələfi forması diaqnozu qoyub. Beynəlxalq, panislamist miqyasda olan cihadçılıq qlobal cihadçılıq kimi də tanınır. Araşdırmalar göstərir ki, İŞİD-n güclənməsi ilə həm Qərb ölkələrindən, həm də əksəriyyəti müsəlman olan ölkələrdən gələn bəzi müsəlman könüllülər Suriya və İraqdakı qlobal cihada qoşulmaq üçün gəliblər.