Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Etik hakerlik
Cakeli qəsri
Cakeli qəsri, (gürc. ჯაყელის ციხე) — Gürcüstan şəhəri Axaltsixedə yerləşən Axaltsixe qalasının (Rabat) içində qədim qəsr. == Tarixi == Qəsr ilk olaraq, Mesxeti hakimləri, Çorçaneli evindən olan, atabəy rütbəsi daşıyan gürcü feodal nəsli Cakelilərə aid idi. Cakelilər beş əsr ərzində (XII əsrdən - XVII əsrə qədər) Cənubi Gürcüstanın ən güclü siyasi qüvvəsi idi. 1578 ildə regionun Osmanlı imperiyası tərəfindən işğalından sonra, Cakelilər ilk vaxt osmanlılara qarşı mübarizəyə başçılıq etmişdilər, lakin sonra onların tərəfinə keçdilər və gürcü feodalları arasında birinci olaraq islamı qəbul etdilər. Osmanlı imperiyasında Cakeli nəsli rusların 1829 ildə gəlişinə qədər irsi paşa rütbəsini daşıyırdılar. [1 Nəslin nümayəndələrindən biri -Əhməd Paşa - müasir Axalsixin ən görməli yerlərindən biri olan Əhmədiyyə məsçidini tikdirir. == Bərpası == 2011 ilin may ayında Gürcüstan hökuməti Rabat qalasında, 2012 ildə qurtaran bərpa işlərinə başlayır. Bu məqsəd üçün budcədən 24 mln. lari xərclənir.
Şalva Cakeli
Şalva Cakeli - hakimiyyətinə dair çox məlumat yoxdur. Əmir Teymura tabe olduğu, oğlu I Ağbuğanın 1389-cu ildə hakimiyyətə keçdiyi və qızı Sinduxtarın IX David ilə evləndiyi bilinir.
II Keyxosrov Cakeli
II Keyxosrov (13 fevral 1523 – 29 sentyabr 1573, Qəzvin) — III Kvarkvare 1535-ci ildə məğlub olandan sonra ölkəsi imeretiyalılar tərəfindən işğal olunmuşdu. Keyxosrov Osmanlıya müraciət etmişdi. Osmanlı ordusu da Musa Paşanın başçılığı altında ordunu Mesxetiyə göndərdi və 1545-ci ildə I Luarsabla III Baqratın birləşmiş ordusunu məğlub edərək Keyxosrovu taxta çıxardı. 1555-ci ildə Amasya sülh müqaviləsinə əsasən Səfəvi vassallığı rəsmən təyin olundu. Lakin Osmanlıların sülhü pozaraq yeni hücumu Keyxosrovu İrandan kömək üçün Qəzvinə getməyə məcbur etdi. Ora çatanda isə vəfat etdi. Yerinə IV Kvarkvare keçdi.
I Keyxosrov Cakeli
I Keyxosrov - II Kvarkvarenin oğlu. Onun hakimiyyəti qısa çəkmiş, Osmanlıları dəfələrlə məğlub etmişdi. 1500-cü ildə vəfat edəndən sonra yerinə qardaşı Mzetçabuki keçdi.
I Yusif Cakeli
I Yusif - Səfər paşanın oğlu. 12 il paşalıq etmişdir. Mesxetiyanın müsəlmanlaşdırılması işi ilə məşğul olmuşdur. Yerinə Rüstəm paşa gəlmişdir.
Qrabenvari çökəklik
Qrabenvari çökəklik (rus. грабенообразный прогиб, ing. graben-like depression) — uzunluğu 500–1000 km, eni bir neçə on km, bəzən 100–150 km-ə çatan ensiz, xətti uzanan iri mənfi platforma strukturu. Genetik cəhətdən dərin qırılmalarla əlaqədardır və platformanın inkişafının erkən mərhələlərində yaranır. Q. ç. inkişaf dövrü nisbətən qısa olur (bir neçə on mln. il) və bu müddətdə 2–3 km qalınlığında çöküntü toplanır; formalaşması adətən vulkanizmlə müşayət olunur.
Tektonik çökəklik
Tektonik hərəkət nəticəsində Yer qabığında əmələ gəlmiş çökəklikdir. Tektonik çökəklikdə adətən çöküntü və vulkanogen süxurlar toplanır. Geosinklinal batıqlar, dağlararası çökəkliklər, habelə okeanların dərin çökəklikləri, kənar və daxili dənizlərin çökəklikləri tektonik çökəklikdir.
Çökəklik karstı