Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Civilitas Foundation
"Sivilitas" fondu (erm. Սիվիլիթաս հիմնադրամ, ing. The Civilitas Foundation) — mərkəzi İrəvan şəhərində yerləşən Ermənistan qeyri-kommersiya təşkilatı. 2008-ci ilin oktyabrında Ermənistanın keçmiş xarici işlər naziri Vartan Oskanyan tərəfindən təsis edilmişdir. Hal-hazırda Apo Bogigiyanın rəhbərliyində olan təşkilat bir inkişaf agentliyi və düşüncə mərkəzidir. "Sivilitas" fondunun məqsədi vətəndaş cəmiyyətini gücləndirmək, Ermənistanda demokratiyanı, iqtisadi inkişafı və təhsili təşviq etmək, eləcə də bir sıra aktual siyasi məsələlərdə Ermənistanla beynəlxalq ictimaiyyət arasında dialoqun keyfiyyətini artırmaqdır. "Sivilitas" fondunun fəaliyyəti nəticəsində Ermənistanla erməni diasporu arasındakı əlaqələr güclənmişdir. Təşkilatın adı yunan dilindəki "Sivilitas" sözündən yaranmışdır. == CivilNet Media == "Sivilitas" fondunun onlayn media orqanı olan "CivilNet" 21 sentyabr 2011-ci il tarixində Oskanyan tərəfindən başladılmışdır. Fond "CivilNet" vasitəsi ilə erməni və ingilis dillərində müsahibələr, məqalələr və həftəlik icmal videoları kimi məzmun hazırlayır.
Cillian Anderson
Cillian Anderson (ing. Gillian Leigh Anderson) — ABŞ aktrisasıdır. == Həyatı == Cillian Ley Anderson 9 avqust 1968-ci ildə ABŞ-nin İllinoys ştatının Çikaqo şəhərində Homer Edvard «Ed» Anderson III və Rozmari Andersonun (əvvəllər Leyn) ailəsində doğulmuşdur. İngilis, alman və irland əsillidir. Uşaqlıqda bioloq olmaq istəyirdi. Məktəbdə dərslərini yaxşı oxuyurdu. 1990-cı ildə Çikaqonun De Pol Universitetində bakalavr dərəcəsi alır. Cillian televiziyada 1991-ci ildən etibarən görünməyə başlayır. Ən məşhur serialı Məxfi materiallar televiziya serialı olur. 1996-cı ildə Cillian "For Him Magazine" jurnalına görə "Dünyanın ən seksual qadını" hesab edilirdi.
Cilian Eyes
Culian Emyes və ya Culian Emis (ing. Julian Charles Becket Amyes) - Böyük Britaniya rejissoru və prodüseridir. Həyat yoldaşı Böyük Britaniya aktrisası Enn Allandır.
Barbara Cillian Briqqs
Barbara Cillian Briqqs (ing. Barbara Gillian Briggs d: 1934) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Barbara Cillian Briqqs əsasən toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Briggs, B.G. 1962. Interspecific hybridization in the Ranunculus lappaceus group. Evolution 16: 372–390. Johnson, L.A.S., & Briggs, B.G. 1963. Evolution in the Proteaceae. Austral. J. Bot.
Cillian van den Berq
Cillian van den Berq (8 sentyabr 1971, Quda, Cənubi Hollandiya) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Cillian van den Berq, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu. Daha sonra Cillian van den Berq, Niderland yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasını 11:10 hesabı ilə məğlub edən Niderland yığması, XXIX Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.