Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Coldplay
Coldplay (Koldpley kimi tələffüz olunur) – İngiltərə alternativ rok qrupu. 1996-cı ilin payızında fəaliyyətə başlayan qrup indiki müvəffəqiyyətə 2000-ci ildə yayımlanan Parachutes albomu ilə nail oldu. Albomdakı «Yellow» hiti uzun müddət Böyük Britaniya və Amerika Birləşmiş Ştatları hitparadlarında zirvədə öz yerini saxladı. Coldplay albomları 50 milyondan çox tirajla satılıb. == Üzvləri == Qrup dörd üzvdən ibarətdir: Kris Martin (Chris Martin) — vokal, klavişlər, akustik gitara, piano, dodaq qarmonu; Coni Baklend (Jonny Buckland) — elektrik gitara, bek-vokal; Qay Berrimen (Guy Berryman) — bas-gitara, sintezator, akustik gitara, dodaq qarmonu, bek-vokal; Uill Çempion (Will Champion) — zərb, klavişlər, bek-vokal. Coldplay iştirakçıları müxtəlif sosial və siyasi şirkətlərin aktiv tərəfdarıdır, xüsusilə Oxfam — Make Trade Fair və Amnesty Internationaldə. Qrup həmçinin müxtəlif sosial layihələrdə; Band Aid 20, Live 8 və xərçəng xəstəsi olan uşaqlara dəstək üçün nəzərdə tutulmuş konsertlərdə çıxış edib. == Qrup haqqında == === İlk illər === Coldplay qrupunun üzvləri London Universitet Kollecinin yataqxanasında tanış olmuşdular. Onlar burada oxuyurdular. Qrupun gələcək vokalisti Kris Martin tarixçi olmağa hazırlaşırdı, gitara çalan Coni Baklend astronomiya və riyaziyyatla maraqlanırdı, bas gitarist Qay Berrimen isə özünü mühəndis olaraq görürdü, amma baraban ifaçısı Uill Çempion planlaşdırırdı ki, özünü antropologiyaya həsr etsin.
Molday
Molday — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == === Tanınmışları === Firudin Səməndərov — Azərbaycan hüquqşünası.
Damla Colbay
Damla Colbay — türk aktrisası. 14 yanvar 1993-cü ildə İzmirdə anadan olub. Dokuz Eylül Universitetinin Güzel Sanatlar fakültəsinin məzunudur. "Kara Para Aşk" serialında oynadığı Demet rolu ilə tanınmışdır. 2015-ci ildə "Hayat Mucizelere Gebe" serialında baş rolu – İnci obrazını canlandırıb. 2016-cı ildən Ay Yapın tərəfindən çəkilən "İçerde" serialında müxbir qız – Eylem rolunu oynayır. Hal-hazırda Dokuz Eylül Universitetində təhsilini davam etdirir.
Cody Martin
Kodi Martin — Koul Sprousun "Zak və Kodinin əla həyatı" və Zak və Kodinin gəmidəki macəraları seriallarındakı baş roludur. == Həyatı == Zak Martin əkiz qardaşı Kodidən 10 dəqiqə əvvəl "Joseph's Hospital in Seattle" xəstəxanasında 20 fevral 1993-cü ildə dünyaya gəlmişdir. Buna baxmayaraq onun doğulduğu tarix dəqiq məlum deyil. "Zak və Kodinin əla həyatı" serialının epizodlarına deyilir ki, Zak və Kodi 23 sentyabr 1992-ci ildə doğulub. Epizodlardan birində Zak etiraf edir ki, onun valideynləri İsveç əsillidirlər.
Zack və Cody Gəmidə
Zak və Kodinin gəmidəki macəraları (İngiliscə: The Suit Life On Deck) bir Disney Channel orijinal serialıdır. Zak və Kodinin əla həyatının davam serialıdır. Bu serialda Zak və Kodi yenə vardır. Amma bu səfər Tipton Hoteldə yox, S.S. Tiptondadırlar. Orada 7 Dəniz məktəbi adlı məktəbə gedərlər. Yeni dostlar taparlar. Serialın köhnə aktyor heyətində kiçik bir dəyişiklik olub. Eşli Tisdl yerinə Debbi Rayan (Beyli Pikket) gəlmişdir. Meddi (Eşli Tisdl) Bostonda universitetə getmişdir; ona görə bu səyahətdə yoxdur, lakin "Meddi gəmidədir" adlı seriyada seriala qonaq kimi gəlmişdir. Serial ilk əvvəl Disney Channelda yayımlandı.Sonra Disney XD ilə bərabər yayımlandı.İndi isə həm Disney XDdə həm də Disney Channelda yayımlanır.