Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çopper əməliyyatı (Vyetnam)
Çopper əməliyyatı 12 yanvar 1962-ci ildə baş verdi və ABŞ qüvvələri ilk dəfə Vyetnam müharibəsində böyük döyüşlərdə iştirak etdi. == Əməliyyat == Vertolyotlar Vyetnam Respublikası Ordusunun (ARVN) 1,000-dən çox paraşütçüsünü Sayqondan 10 mil (16 km) məsafədə Vyetkonq bazası olduğu düşününlən əraziyə hücum etmək üçün daşımışdır.
Hopper
Stiven Donald Hopper (ing. Stephen Donald Hopper; 18 iyun 1951) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Stiven Donald Hopper toxumlu bitkilər və qıjıkimilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Life on the Rocks. 2008. Fremantle Press ISBN 978-1-921361-28-9 Soul of the Desert. 2005.
Jurinea cooperi
Jurinea cooperi (lat. Jurinea cooperi) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Lycium cooperi
Lycium cooperi (lat. Lycium cooperi) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin i̇tüzümü cinsinə aid bitki növü.
Paphiopedilum topperi
Paphiopedilum kolopakingii (lat. Paphiopedilum kolopakingii) — səhləbkimilər fəsiləsinin pafiopedilum cinsinə aid bitki növü.
Pinus cooperi
Pinus cooperi (lat. Pinus cooperi) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Polystachya cooperi
Polystachya cooperi (lat. Polystachya cooperi) — səhləbkimilər fəsiləsinin polystachya cinsinə aid bitki növü.
Vitex cooperi
Vitex cooperi (lat. Vitex cooperi) — dalamazkimilər fəsiləsinin viteks cinsinə aid bitki növü.
Dominic Cooper
Dominik Kuper (2 iyun 1978, Qriniç[d], Böyük London) İngilis aktyorudur. Londonun Qrinviç şəhərində anadan olub. Bir çox filmlərdə, radioda və teatrda rol alıb. Tarixi oğlanlarda (The History Boys) Dakin obrazını canlandırmışdır. Dracula: Inception filmində, Fateh Məhəmmədi, Mamma Mia! filmində Sky rolunu oynamışdır. 2011-ci il istehsalı olan Şeytanın əkizi filmində Udey Hüseyni oynamışdır. 2012-ci ildə çəkilən Vampire Hunter: Abraham Lincoln (Vampir ovçusu: Abraham Lincoln) filmində Henry rolunu oynamışdır. The Devil's Double (Şeytan Cütlüyü və ya Şeytanın əkizi) filmində iki obrazı canlandırdığı üçün böyük təriflər almışdır. O, həmçinin Captain America: The First Avenger (Kapitan Amerika: İlk Qisasçı) və Agent Carter filmlərində Howard Stark rolunu oynamışdır.
Edvard Hopper
Edvard Hopper (ing. Edward Hopper, 22 iyul 1882[…] – 15 may 1967[…], Nyu-York, Nyu-York ştatı) — Amerikan realizmi üslubunda işləyən məşhur rəssam və qravür ustasıdır. Daha çox yağlı boya ilə işlənmiş rəsmləri ilə məşhur olmasına baxmayaraq Hopper həmçinin oyma sənətində gözəl qryavurçu və akvarelist idi. Onun ehtiyatla və dəqiqliklə hesablanaraq işlənmiş şəhər və kənd səhnələrində müasir amerikan həyatına rəssamın şəxsi baxışları öz əksini tapmışdır.
Karl Popper
Ser Karl Raymond Popper (alm. Karl Raimund Popper‎; 28 iyul 1902[…], Vyana – 17 sentyabr 1994[…]) — Avstriya və Britaniya filosofu və sosioloqu. Karl Popper Avstriyanın paytaxtı Vyanada anadan olmuş, 1937-ci ildə isə Yeni Zelandiyaya köçmüş, 1946-cı ildə Londona gələrək həmin ildən 1970-ci illərin ortalarına kimi London İqtisad Məktəbində professor kimi çalışmışdır. 1976-cı ildən Kral Cəmiyyətinin üzvü, 1982-ci ildə isə Şöhrət Ordeni kavaleri olmuşdur. 1945-ci ildə, "Açıq cəmiyyət və onun düşmənləri" əsəri ilə, Popper demokratiya və "Açıq cəmiyyət"in müdafiəsinə çıxır, hakimiyyətin heç bir konflikt olmadan devrilməsindən söz açır. Eləcə də o, insan düşüncəsinin daim inkişafda olduğunu, bununla yeni tələb və narazılıqlar yaratdığını qeyd edir və hakimiyyətin buna uyğunlaşması üçün çox səlis olmasını bildirir. Cəmiyyətin hər zaman müxtəlif mövqelərə malik olduğunu və bu mövqelərin büruzəsi üçün şəraitin labüdlüyündən söz açır. == Həyatı == Karl Raymund Popper 1902-ci ilin 28-i iyulunda Vyanada hüquqçu ailəsində doğulmuşdur. Atası Simon Ziqmund Karl Popper, anasısa Cenni Şifdir. Onun atası Vyana Universitetində hüquq professoru idi, fəlsəfə, sosiologiya və politologiya problemləri ilə maraqlanırdı, geniş kitabxanası var idi və tez-tez oğlu ilə sosial-siyasi məsələləri müzakirə edirdi.
Qreys Mürrey Hopper
Qreys Mürrey Hopper (ing. Grace Murray Hopper; 9 dekabr 1906, Nyu-York, Nyu-York ştatı – 1 yanvar 1992, Arlinqton dairəsi, Virciniya[…]) — Amerikalı hərbçi, kontradmiral, proqramçı. == Həyatı == Qreys Mürrey Hopper 9 dekabr 1906-cı ildə ABŞ-nin Nyu-York şəhərində anadan olmuşdur. == Fəaliyyəti == Qreys Mürrey Hopper ilk işləyən kompilyatorun və Cobol proqramlaşdırma dilinin müəllifi, amerikalı hərbçi, kontradmiral, proqramçıdır. Mark I kompüteri üçün proqram təminatını yaratmış Hopperin şərəfinə ABŞ-də mina gəmisi USS Hopper (DDG-70) adlandırılmışdır. O, dünyada ilk mnemonik proqramlaşdırma dili olan Assembler dilinin yaradıcısı, həmçinin "kompilyasiya" və "kompilyator" terminlərinin müəllifidir. == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Stiven Donald Hopper
Stiven Donald Hopper (ing. Stephen Donald Hopper; 18 iyun 1951) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Stiven Donald Hopper toxumlu bitkilər və qıjıkimilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Life on the Rocks. 2008. Fremantle Press ISBN 978-1-921361-28-9 Soul of the Desert. 2005.
Yozef Popper-Linkeus
21 fevral 1838-ci ildə avstriyalı mütəfəkkir, alim, yazıçı və ixtiraçı Yosef Popper-Linkeus (Josef Popper-Lynkeus) anadan olmuşdur.Mühəndislik, fizika və fəlsəfə sahəsindəki xidmətlərinə görə Vyanada ömrünün son illərini yaşadığı küçəyə onun adı verilmişdir.Anadan olmasının 150 illiyi münasibətilə Frankfurtda Höte adına Universitetdə PopperLinkeus yaradıcılığının araşdırılması və onun ideyalarının təbliği məqsədilə fond yaradılmışdır.
Karl Popper Bioqrafiya
Karl Raymond Popper— avstraliyalı və britaniyalı filosof və sosioloq == Bioqrafiya == Karl Raymond Popper 28 iyul 1902-ci ildə Vyanada boqemiyalı hüquqşünas Simon Zigmund Karl Popper və Cenni Şiffin ailəsində doğulmuşdur. Oğulları doğulmamışdan əvvəl yəhudi mənşəli olan valideynləri lüteranlığı qəbul etdilər. Atası Vyana Universitetində hüquq professoru, fəlsəfə, sosiologiya və politologiya problemləri ilə maraqlanmışdır. Böyük kitabxanası olduğuna görə oğlu ilə tez-tez ictimai və siyasi məsələləri müzakirələr aparmışlar. Bunun sayəsində Karl hələ gənc yaşlarında klassik fəlsəfəyə dair çoxsaylı əsərlərlə, habelə K.Marks, F.Engels, K.Kautski, E.Bernşteyn və başqalarının sosial fəlsəfə əsərlərinə marağı artır. Karl 1918-ci ildə Vyana Universitetinə daxil olaraq riyaziyyat və nəzəri fizikanı öyrənir, eyni zamanda fəlsəfə ilə maraqlanmağa davam edir. Hələ gənclik yaşlarında Popperə anası musiqi sevgisi aşıladığı üçün (1920-1922) o musiqiçi olmaq haqqında düşünür. O, A.Şenberqin Şəxsi Konsertlər Cəmiyyətinə daxil olaraq, 1 il Vyana Konservatoriyasında təhsil alır. Lakin özünü yetərincə bacarıqsız hesab etdiyi üçün musiqi təhsilini dayandırır. O doktorluq imtahanı zamanı əlavə fənn kimi musiqi tarixini seçir.
Bağırsaq çöpləri
Escherichia coli- Enterobacteriaceae fəsiləsinin Escherichia cinsinə daxildir. İnsan patologiyalarında əhəmiyyət kəsb edən E.coli növü ilk dəfə 1885-ci ildə T. Eşerix tərəfindən nəcisdən əldə edilmiş və onun şərəfinə də adlandırılmışdır. Morfo-bioloji xüsusiyyətləri. E.coli ölçüləri 0,5–3,0*0,5–0,8 mkm olan qram mənfi qısa çöplərdir. Peritrix flagellalar hesabına hərəkətlidirlər. Bir çox ştammları mikrokapsula əmələ gətirir. Fakultativ anaerobdur, adi qidalı mühitlərdə 37° temperaturda pH 7.2–7.6 intervalında asanlıqla inkişaf edir. Bərk qidalı mühitlərdə hamar, azacıq qabarıq, parlaq, yarımşəffaf koloniyalar əmələ gətirir. Maye mühitlərdə diffuz bulanıq və çöküntü əmələ gətirir. Laktozanı parçaladığı üçün Endo mühitində metal parlaqlığı olan moruğu-qırmızı, MacConkey mühitində çəhrayı, eozin-metilen abısı mühitində (Levin mühitində) tünd bənövşəyi koloniyalar əmələ gətirir.
Mariya Göppert-Mayer
Mariya Göppert-Mayer (28 iyun 1906[…], Katovitse, Prussiya, Almaniya imperiyası – 20 fevral 1972[…], San-Dieqo, Kaliforniya) — Alman – ABŞlı fizik. Fizika sahəsində atom nüvəsinin nüvə qabıq modeli ilə Nobel mükafatına layiq görülmüşdür. Mariya Küridən sonra Nobelə layiq görülən ikinci qadındır. Göttigen Universitetindən məzun olan Mariya Göppert-Mayer doktorluq dissertasiyasını atomlar tərəfindən sovrulan iki mümkün foton nəzəriyyəsi üzərində yazmışdır. Hazırladığı tezisinin təcrübi təsdiqlənməsi o illərdə uzaq bir ehtimal olarkən, lazerin inkişaf etdirilməsi bunu mümkün etmişdir. Bu gün iki foton udmanın kəsik sahəsinin ölçü vahidi Göppert-Mayer (GM) vahidi ilə xarakterizə olunur. Mariya Göppert-Mayer o sırada Johns Hopkins Universitetində dosent olan Cozef Edward Mayer ilə evlənmiş və Amerika Birləşmiş Dövlətlərinə yerləşmişlər. Johns Hopkins Universiteti o sirlərdən çox qatı olaraq tətbiq olunan "adam / yoldaş himayə etmə" (nepotism) qaydaları səbəbi ilə Mariya Göppert-Mayeri alim olaraq işə almamış. ancaq assistent olaraq bir iş vermişdir. Mariya Göppert-Mayer mövzusunun ən orijinal məqaləsi olaraq qəbul edilən "cüt beta tənəzzülü" (double beta decay) məqaləsini 1935-ci ildə asistent olarkən yazmışdır.