Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Casus foederis
Casus foederis və ya casus fœderis Latın dilindən tərcümədə "müqavilənin qüvvəyə minməsi və məcburi olması şərti" deməkdir. Diplomatik dillə ifadə edilərsə, o, ittifaqın şərtlərinin qüvvəyə mindiyi vəziyyəti təsvir edir və müttəfiqlərdən birinə hücum edildiyi zaman hücuma məruz qalmış olan müttəfiqə hərtərəfli tədbirləri nəzərdə tutur. Casus foederis, müdafiə ittifaqı vəziyyətində müttəfiqlərdən birinə qarşı müharibə elan edildikdə və ya başladıldıqda baş verir. Müttəfiqlik müqavilələri tez-tez nəyin casus foederis hesab ediləcəyini müəyyənləşdirir. == Tarixi nümunələri == === NATO === NATO-nu yaradan Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsi “casus foederis” kimi təsvir edilir və bu maddəyə görə onun üzvlərinin hər hansısa birinə hücum edilərsə və ya hücum təhlükəsi olarsa, buna qarşı müdafiə təmin edilir və bu üzvə edilmiş hücum təşkilatın bütün üzvlərinə qarşı edilmiş olan hücum kimi dəyərləndirilsə də, sözügedən maddənin reallıqda tətbiqi sadəcə olaraq bircə dəfə həyata keçirilmişdir. 2001-ci il sentyabrın 11-də ABŞ-a edilmiş olan hücumlardan sonra təşkilata üzv ölkələr Vaşinqton administrasiyasına hərbi dəstək vermək məcburiyyətində qalmışdırlar.
Deneris Tarqarien
Deyeneris Tarqarien (ing. Daenerys Targaryen) — amerikan yazıçısı Corc R. R. Martinin "Buz və odun nəğməsi" romanının və romandan adaptasiya olunmuş "Taxtların oyunu" serialının personajı. Romandakı hadisələrin bir hissəsi Deneris Tarqarienin baxış bucağından verilir.